İTALİYANIN MƏCLİS SƏDRİ GIANFRANCO FİNİ

İtaliyanın Məclis Sədri və Mərkəzi sağ qanadın liderlərindən olan Gianfranko Fini (Gianfranco Fini) İtaliya dövlət məktəblərində və xüsusi məktəblərdə Katolik dininə alternativ olaraq həftədə bir saat İslam dini dərsinin tədris edilməsini irəli sürmüşdür.


VENESUELANIN DÖVLƏT BAŞÇISI HUGO CHAVEZ

Venesuelanın Dövlət Başçısı Uqo Çaves (Hugo Chavez) nitqlərində hz. İsanın (əs) İncildəki sözlərini işlədir.
 
Venesuelanın Dövlət Başçısı Uqo Çavez İslamı araşdırır, Müsəlmanlarla birlikdə iştirak etdiyi konfranslarda isə ərəb dilində salam verərək nitqinə başlayır.
 
Bundan əlavə, İrana etdiyi rəsmi səfərində də İsa Peyğəmbərin (əs) və hz. Mehdinin (əs) yaxında gələcəklərini və dünyaya ədalət gətirəcəklərini ifadə etmişdir.
 
“Hz. İsa (əs) və hz. Mehdi (əs) həyatdadırlar. Bir gün mütləq gələcəklər və dünyanı ədalətlə dolduracaqlar. Hz. Mehdi (əs) və hz. İsanın (əs) tezliklə ortaya çıxmaları və ədalətli hakimiyyət qurmaları üçün biz də lazımi qədər səy göstərməliyik. Ümid edirik ki, bu arzumuz çox qısa müddətdə həqiqətə çevrilər.”

İNGİLTƏRƏNİN KEÇMİŞ BAŞ NAZİRİ  TONO BLER (TONY BLAIR)

İngiltərənin keçmiş Baş Naziri Toni Bler Almaniyanın “Die Zeit” jurnalına verdiyi bir müsahibədə hər gün Qurani-Kərim oxuduğunu söyləmişdir. 55 yaşlı siyasətçi hz. Muhamməd ilə bağlı olaraq “O çox sivil bir lider idi” demişdir. Bundan əlavə, nitqlərində “İnanc hər şeydir. Sizə güc verir...” kimi ifadələr işlədən Bler Allah’a iman gətirməyin əhəmiyyətini davamlı olaraq dilə gətirir.


 

TONİ BLERİN VATİKANIN RƏSMİ YAYIM ORQANI “L’OSSERVATORE ROMANO”YAVERDİYİ AÇIQLAMALARDAN BƏZİ BÖLMƏLƏR
  • Bu uzun müddətdə və fasilələrlə oldu deyə bilərəm. Siyasi vəzifəyə və baş nazirlik ünvanına və məsuliyyətinə son qoyduqdan sonra bunu etməliydim. Ailəm o qədər dindar deyildi. Anam İrlandiyadan gələn bir protestant, atam isə ateist bir əsgər idi. Amma mən dinə də əhəmiyyət verən və dini tədris edən bir liseyə daxil oldum. Beləliklə, din təhsilimin bir hissəsinə çevrildi. Əsl dəyişiklik universitetdə baş verdi. O dövrdə daha çox düşünmə imkanı əldə etdim və onda dinin həyatımın təməli olduğunu dərk etdim.
  • Həyat yoldaşım Çeri Bus (Cherie Booth) ibadətlərini yerinə yetirən bir katolikdir. Bizi yaxınlaşdıranın da din olduğunu deyə bilərəm. Biz din sayəsində tanış olduq. Gənc Katoliklər Hərəkatında aktiv rol oynadığını kəşf etmişdim. O dövrdə 23-25 yaşlarında gənclərin dinlə maraqlanması nadir hal idi.
  • Məncə, din sosial inkişafda rol oynayan bir ünsürdür.
  • Qurduğum vəqf xristian, müsəlman, hindu, buddist, sinkh və musəvi inanclarının müasir dünyada necə bir güc olduğunun və yaxşılığa sövq etdiyinin bir nümunəsidir. Məncə, inanclar əlaqələri möhkəmləndirə bilir...

ABŞ PREZİDENTİ BARAL HUSEYİN OBAMA (BARACK HUSSEIN OBAMA)

ABŞ Prezidenti Barak Obama ölkədəki müsəlman cəmiyyətinin təmsilçilərinə Ağ Evdə verdiyi iftar yeməyindəki nitqində “İslamın böyük bir inanc, ədalət və inkişafın tərəfində olduğunu” söyləmişdir.
 
Bununla yanaşı, Misirə səfərində Qahirə Universitetində söylədiyi nitqində “Ən Böyük Müsəlman Ölkə ABŞ-dır” ifadəsini işlətmişdir.

RUSİYA DÖVLƏT BAŞÇISI VLADİMİR PUTİN

“Çeçenistanın qəlbi” adlandırılan və Çeçenistan Dövlət Başçısı Əhməd Qədirovun adı verilən 10 min nəfərlik Məscidin Qroznıdakı açılışından bir gün əvvəl məscidi ziyarət edən Putin məsciddən çox təsirlənmiş və onu müşayiət edən Qədirova “Böyük iş görmüsünüz. Məscid çox ehtişamlı olub.”demişdir. Bundan başqa, məscidin açılışı ilə birlikdə aparılan “İslam Sülh Dinidir” adlı konfrans haqqında açıqlamalar verən Putin “Bu məscid ilə sadəcə Çeçenistan vətəndaşları deyil, bütün Rusiya müsəlmanları fəxr etməlidirlər. Ölkənin müsəlmanları üçün gözəl bir hədiyyədir. Bu gözəl bir fəaliyyətdir.” ifadəsini işlətmişdir. Məscidin açılışı ilə bağlı konfransda da İslam dini ilə bağlı “İslam sülh dinidir.” deyərək İslam dininə və müsəlmanlara olan düşüncəsini dilə gətirmişdir.