Allah var-dövləti həm müsəlmanlara, həm də kafirlərə verə bilər. Quran da bunu açıq şəkildə bildirir. Lakin ayələrə baxanda məlum olur ki, zənginliyin hər iki tərəfə verilməsinin məqsədləri fərqlidir.
Müsəlmanlara verilən zənginliyin səbəbi gözəl əxlaqlarının əvəzi olaraq Allahın onlara gözəl həyat tərzi vəd etməsidir. Allah müsəlmanları yer üzünün mülklərinə varis edəcəyini bildirmişdir. Belə ki, peyğəmbərlərin həyatına baxanda onların həyatında ortaq dəyişikliyinolduğunu görürük. Bu dəyişiklikpeyğəmbərlərin həyatlarının başlanğıcında maddi çətinlik içində yaşamalarına baxmayaraq, onların bir müddət sonra böyük zənginliklərə qovuşmasıdır.
Bununla yanaşı, Allaha və dinə düşmən olduqları halda, böyük zənginliklər içində yaşayan insanlar vardır. Allah bu insanlara da var-dövlət vermişdir. Lakin Allahın belə insanlara mal-dövlət verməsinin məqsədi müsəlmanlarda olduğundan çox fərqlidir. Həmin məqsəd Quranda belə izah edilir:
«Onların nə mal-dövləti, nə də oğul-uşağı səni heyrətə salmasın. Allah bununla onlara ancaq dünyada əzab vermək və kafir olduqları halda, canlarının çıxmasını istər» («Tövbə» surəsi, 85)
Allahı inkar edən və inkarındainad göstərən insanlara verilən zənginlik, gözəllik, gözəl evlər, geyimlər və ya imkanlar bir imtahan vasitəsidir. Burada əsas məqsəd inkarçılarabu qədər nemətin bağışlanmasına baxmayaraq, onların yenə də nankorluq etdiklərini, hər cür imkanlarına baxmayaraq Allaha qarşı sadiq olmadıqlarını insanlara göstərməkdir.
Allah sonsuz ağıl sahibidir. Buna görə də O, insanları müxtəlif formalarda cəzalandırır. Allah inkarçılara insanın heç düşünməyəcəyi və əsla dərk edə bilməyəcəyi bir çox üsullarla cəza verə bilər. Həmin əvəz gözlə görünən təbii fəlakət, dağıntı da ola bilər, insanı daxildən sarsıdan sıxıntı da ola bilər. Əzabın başqa bir növü isə insanın özü üçün xeyirli hesab etdiyi bir vəziyyətin onun axirətdəki məsuliyyətinin artmasına səbəb ola bilər.
Elə bu səbəbdən də müsəlmanın kafir insanlarda olan imkanlara rəğbətlə baxması Quran əxlaqına uyğun olmaz. Əsl rəğbət ediləcək müsəlmanların əxlaqı və təqvasıdır. Buna görə də Allah insanın daxilində dini əxlaqın qaydalarına əməl etməyən insanların zənginliyinə, yaşadıqları həyata, imkanlarına və ya hər hansı bir xüsusiyyətlərinə qarşı bir heyranlıq hissi duymamalarını əmr etmişdir.