Darvinistlərin, rədd üslublarının ardındakı gizləyə bilmədikləri qəbul müxtəlif elm adamları və şəxsən Darvinistlər tərəfindən bu şəkildə ifadə edilməkdədir. Bioloq William Fix:
Araşdırmanın ön planında olan elm adamları klassik Darvinizmə öldürücü bir zərbə vurmuşdur. Bu xəbəri doğrudan insanlara verə bilmirlər, bunu yalnız texniki yazılarına və gizli tövsiyələrinə saxlayırlar.
Darvinist antropoloq Robert A. Martın:
1972-ci ildə, Amerikan Təbiət Tarixi Muzeyindən Niles Eldredge və Harvard Universitetindən Stephen Jay Gould, "sıçramalı təkamül" anlayışını ortaya atan bir məqalə nəşr etdi. Təkamül yavaş, nizamlı və mərhələli bir şəkildə irəliləyir isə, bu vəziyyətdə növlər arasında tapılması lazım olan bütün aralıq-keçid formalarının harada olduğunu soruşdular. Bəlkə də bunları tapmanın bu qədər çətin olmasının səbəbi, əslində mövcud olmamalarıdır.
Illinois Universiteti ekologiya hissəsindən Darvinist T. H. Frazzetta:
Hər keçən il, təkamülün olduqca sadə fikirləri çöküşə doğru getməyə davam edir.
Fransız Darvinist Jean Pierre Lehman:
Keçmişdəki klassik halıyla Darvinizm artıq dağıntıya çevrilmişdir.
Elm redaktoru Darvinist Gordon Rattray Taylor:
Toplanan dəlillər bioloqların kəşf etdiyi möhtəşəm şəkildə koordinasiya edilən strukturların və mükəmməl uyğunlaşma göstərən davranışların açıqlanması üçün təsadüflərin kafi olmadığını göstərir. İki Amerikalı biyoloqun qısa müddət əvvəl açıqladıqları kimi: 'Əsl bilməcə, daha doğrusu təkamül mexanizminin nə olduğu problemi heç bir həllə çatmamışdır.
• Qısaca, bir əsrdən daha uzun bir müddətdir biologiya ətraflarında hakim olan inanc çökməkdədir.
Fizika professoru Darvinist H. S. Lipson:
Canlı varlıqların hər hansı bir xüsusiyyətinin meydana gəlməsini şərh qabiliyyətindən ötəri təkamül nəzəriyyəsindən hər vaxt bir az şübhədə olmuşam (məsələn zürafənin uzun boyu). Bu səbəblə keçdiyimiz otuz ildən çox bir zaman içində bioloji kəşflərin təkamül nəzəriyyəsinə uyğunlaşma göstərib göstərmədiyini anlamağa çalışdım. Lakin uyğunlaşma göstərdiyini sanmıram. ... Mənə görə, bu nəzəriyyə artıq ayaqda dayanmamaqdadır.
Ekologiya və təkamül biologiyası professoru Darvinist E. O. Wiley:
(Norman) MacBeth təkamülə yeni dünyagörüşüylə baxmamızı və insanlara və lazım olsa özümüzə Darvinizm və sintetik nəzəriyyə haqqında şübhələrimiz olduğunu, bu səbəblə də müzakirəyə açıq olduğumuzu etiraf etməmizi təklif etməkdədir. Məncə bunlar mükəmməl təkliflərdir.
Jurnalist Larry Witham:
Çoxlu elm adamları ilə reportaj etdim. Öz aralarında ikən və ya güvəndikləri bir jurnalist ilə danışdıqlarında, "bu sadələşdirilə bilməz komplekslikdə" və ya "molekulyar biologiya böhran içində" kimi ifadələrdə olurlar, amma bunu cəmiyyət içində açıqca dilə gətirə bilmirlər.
Darvinizmin gəldiyi son nöqtə budur. Darvinistlər illərcə canla başla müdafiə etdikləri öz nəzəriyyələrindən artıq şübhə etməkdədirlər. Darvinizmin dünya aldatmacası artıq sona çatmışdır.
Darvinizmin ehtiraslı tərəfdarları, bəlkə də indiyə qədər Allah inancına qarşı girişdikləri bu döyüşü (Allahı uzaq edərik) məğlub olacaqlarını düşünmürdülər. Sahib olduqları qaynaqlar, təsir etdikləri ətraf, ovsunladıqları insanlar və bəzi dövlətlərin dəstəyi, zahirən özlərini güclü görmələrinə səbəb olurdu. Təkamül nəzəriyyəsinin məktəblərdə oxudulması, yeni yetişən gənclərin təkamül təhsiliylə böyüyüb, həyat boyu bu təhsillə həmsöhbət olmalarını təmin edirdi. Dünyanın irəli gələn qəzetləri, jurnalları, televiziya kanalları həmişə Darvinizm təbliğatı edir, daha da əhəmiyyətlisi bir çox ölkədə rəhbərlikdəki təsirli kəslər Darvinizmin tərəfini saxlayırdı. Son vaxtlarda olduğu kimi, ölkələri təmsil edən Avropa Parlamenti kimi güclər asanlıqla Darvinizmin səhf qərarları götürüb bunları rahatlıqla qüvvəyə qoya bilirdilər.
Lakin artıq bu üsullar Darvinistlərə bir fayda gətirmir.
Günümüzün keçmişdən fərqi, beynəlxalq yığıncaqlarda alınan bu qərarların keçmişdə insanlar üzərində təsirli olması və Darvinizm cadusuna qapılmış olan insanları daha çox Darvinizmə yaxınlaşdıra bilmə məqsədinə çata bilməsi idi. Halbuki bu anda gəlinən nöqtədə, Avropa Şurası yığıncağında Yaradılış Atlası kürsüdə havaya qaldırılaraq, bu kitaba qarşı necə mübarizə edilə biləcəyi mübahisə müzakirə edilmiş və Darvinizmin düşdüyü məğlubiyyətin meydana gətirdiyi hirs açıqca hiss edilmişdir.
Bütün bunlar şübhəsiz ki bir məğlubiyyət göstəricisidir. Bunlar, Darvinizmə qarşı icra edilən elmi mübarizənin təsirli olduğunu göstərməkdədir. Təkamülçü Professor Ümid Sayın, Science jurnalındakı yazısında Harun Yəhya əsərlərinin təsirini bu sözlərlə ifadə etmişdir:
Artıq yaradılışçılara qarşı bir döyüş yoxdur. Döyüşü onlar qazandılar, 1998-ci ildə Türkiyə Elmlər Akademiyasından altı professoru yaradılışçılara qarşı danışmaları üçün motivasiya etmişdim. Artıq, bu gün bir adamı belə motivasiya etmək qeyri-mümkündür.
Əlbəttə heç kim, doğru olmadığını bilə-bilə, açıq olduğunu görə-görə Darvinizm yalanını konfrans salonlarında izah etməyə girişməyəcək. Çünki Darvinistlərin, yaradılış həqiqətinə qarşı gətirə biləcəkləri tək bir dəlil və tək bir elmi şərh yoxdur.
Darvinizm cadusunun təsirinin yox olması, şübhəsiz Darvinizmi tam mənasıyla ortadan qaldırmışdır. Çünki bu azğın din, dəccalın cadu sistemi ilə davam etdirilməyə çalışılmaqdadır. Dəccalın cadusu dağıldığında isə, nəzəriyyənin elmi təməli olmadığından, artıq nəzəriyyəni ayaqda tuta biləcək heç bir ünsür qalmamışdır. Artıq dəccalı sistem olan masonluğun Darvinizmi canlı tuta bilmək üçün istifadə edə biləcəyi heç bir üsul işə yaramayacaq. Keçmiş əsrlərdə insanların canla başla müdafiə etdikləri Dünyanın nəhəng bir tısbağanın kürəyində dayandığı hekayələri bu anda bizlərə nə qədər məntiqsiz gəlirsə, Darvinizm də gələcək nəsillər üçün eyni şəkildə komediya ünsürü olacaq. İnsanlar, Nobel mükafatlı professorların, universitet müəllimlərin, elm adamlarının belə bir komediyaya necə inandıqlarına və necə belə bir boş sözün arxasından süründürüldüklərinə məna verə bilməyəcəklər. 20-ci əsr, bütün Darvinist elm ətrafları üçün bir utanc əsri olaraq xatırlanacaq.