... Bu gün kafirlər dininizdən əllərini üzdülər. Onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim. Hər kəs günaha meyil etməyərək aclıq üzündən məcbur olarsa, (bilsin ki,) Allah bağışlayandır, rəhmlidir. (Maidə surəsi, 3)
İnsanı yaradan Allah`dır və "Yaradan Lətif və xəbərdar olduğu halda, ola bilərmi ki, O, bilməsin?" (Mülk surəsi, 14) ayəsi ilə də vurğulandığı kimi, yaratdığı qulunu ən yaxşı tanıyan, onun istək və ehtiyaclarını ən yaxşı biləndir.
Allah qulları üçün təyin etdiyi dini fitrətlərinə ən uyğun şəkildə təşkil etmişdir. Məqsəd insanların çətinlik çəkmədən, fitrətlərinə ən uyğun olan sistem içində Allah`ı tanımaları, Ona qulluq etmələri və beləliklə də gerçək qurtuluş və xoşbəxtliyə çatmalarıdır. İslam dini sonsuz ağıl sahibi olan Rəbbimizin seçib bəyəndiyi dindir. Şübhəsiz, bu din vasitəsi ilə qullarını kamala çatdıran da yalnız Allah`dır.
Batildən haqqa tapınaraq üzünü Allah`ın fitri olaraq insanlara verdiyi dinə tərəf tut. Allah`ın dinini heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti bilməz. Tövbə edərək Ona tərəf dönün. Ondan qorxun, namaz qılın və müşriklərdən olmayın! (Rum surəsi, 30-31)