Saffat surəsi: Yenidən diriliş
ucgen

Saffat surəsi: Yenidən diriliş

1567

Adnan Oktarın 2 yanvar 2010-cu il Qaziantep Olay TV və Kral Qaradəniz TV-dəki reportajından

ADNAN OKTAR: Məsələn, Saffat surəsi 12-ci ayədə Allah deyir ki: "Xeyr, sən (bu möhtəşəm yaradılışa və onların inkarına) təəccüb etdin "; Allahın yaratmasına, onların inkarına da təəccübləndin, necə inkar etdiklərinə heyrətlənirsən deyir. "Onlar isə lağ etdilər" deyir meymun kimi, şimpanze kimi həyəcanlanırlar. "Bir ayə (möcüzə) gördüklərində də, lağ mövzusu edib əylənirlər. Bu, açıqca bir cadudan başqası deyil dedilər" deyir ayə— "Biz öldüyümüz, torpaq və sümük olduğumuzdamı, həqiqətən, bizmi dirildiləcəkmişik? Və ya əvvəlki atalarımızdamı?", yəni keçmiş bablarımızdamı dirildiləcək deyir. "De ki: "Bəli, üstəlik boyun bükmüş kəslər olaraq" Allah deyir, boyunuzu da bükəcəyəm, o şəkildə də dirildəcəyəm, Allah deyir. "O bir qışqırıqdan ibarətdir; artıq özləri (dirildilmiş olaraq) baxıb dayanırlar. "Birdən ayağa qalxacaqlar, hamısı çaşırlar, bizi yatdığımız yerdən kim qaldırdı deyirlər, yatdıqlarını zənn edirlər. Yəni ölümdən oyanışda ölərkən dirildiyini anlamır, normal yaşadığını, lakin bir yuxu, bir huşunu itirdiyini zənn edir, onun üçün vəziyyəti anlamağa çalışır, bura haradır, bu nədir deyir. Bir nöqtəyə doğru, bir şeyə doğru qaçmağa başlayar Allah deyir, qaçarlar, yəni oradan bir xəbər almağa çalışır, oranın nə olduğunu, getdikləri yerin nə olduğunu anlamağa çalışırlar, bir çağırışçıya uyarlar, hamısı oraya doğru qaçırlar, oraya gedincə hadisəni anlayırlar. Əfsus deyirlər, deməli nəzərdə tutulan din günü budur, deyirlər. Baxın ilk başda anlamır, bizi burdan kim qaldırdı deyirlər, çaşırlar, sonra anlayırlar.

APARICI: Öldükləri anda öldüklərini bilirlərmi ?

ADNAN OKTAR: Əlbəttə ki, öldüyü anda bilər, öldüyü anda bilir. Bəli, dirilərkən anlamır. Yəni huşunu itirdiyini zənn edir. Baxın "deyərlər ki, təəssüflər bizə, bu, din günüdür" deyir. Baxıb dayanırlar, vəziyyəti anladıqdan sonra axirətə gəldiklərini anlayırlar. Baxın əvvəl anlaya bilmirlər, onlar bir yerə şüalandıqlarını və ya dünyanın bir yerinə aparıldıqlarını, səhra kimi bir yerə aparıldıqlarını , yəni onlara bir şeylər edildiyini zənn edirlər, vəziyyəti qavramağa çalışırlar. Əfsuslar bizə din günüdür, axirətə gəldiklərini anlayırlar. "Bu sizin yalanladığınız ayırma günüdür". Allah onlara  ayırma günü olduğunu xatırladır. "Zülm edənləri, yoldaşlarını və tapındıqlarını bir yerə gətirib yığın. "Zülm edənləri, yoldaşları, arvadları da birlikdə, əri arvadı ilə birlikdə. Çünki ona da yapışmış şəkildə gəzir, maraqlısı, Allah onu da birlikdə alır. "Və tapındıqlarını bir araya gətirib yığın". Tapındıqları da birlikdə yanlarındadır. İnşaAllah. Allahdan başqa tapındıqları artıq onları cəhənnəm yoluna yönəldib aparar. Cəhənnəm tərəfə yönəlməyə başlayırlar, daha əvvəl cəhənnəmi də tanımırlar, sonra cəhənnəmlə də qarşılaşacaqlar. Mərhələ-mərhələ. "Və onları dayandırıb həbs edin, çünki sorğuya çəkiləcəklər". Həm də çökdürülürlər, diz üstə aparılır, yerə çökmüş üzüstə aparılırlar. Alçaltmaq üçün, alçaldılmaları üçün, inşaAllah.

PAYLAŞIN
logo
logo
logo
logo
logo