Bu gün dünyada din əleyhdarı olan ən böyük fitnələrdən biri materializm və materializmdən törəyən müxtəlif batil ideologiya və cərəyanlardır. Bütün bu cərəyanları əhatə edən, hamısının “əmələ gəlmə və təməli” olan düşüncə isə darvinizmdir. Darvinizm irəli sürüldüyü tarixdən etibarən materialist və din əleyhinə ideologiya və cərəyanların əsasına çevrilmiş, bu ideologiyaları müdafiə edənlər tərəfindən sanki bir dinə çevrilmişdir. Darvinizmin axırzamanda dəccalın dininə çevriləcəyinə böyük İslam alimi Bədiüzzaman Said Nursi də bu açıqlaması ilə diqqət çəkmişdir:
Təbiətçilik (darvinizm) və materializm fəlsəfəsindən çıxan nəmrudanə (üsyankar) bir cərəyan axırzamanda fəlsəfə vasitəsilə getdikcə yayılaraq güclənəcək, ilahlıq iddia edəcək dərəcəyə çatacaqdır.(Allahı tənzih edirik)
Elə Bədiüzzamanın “təbiətçilik (darvinizm) və materializm fəlsəfəsindən çıxan nəmrudanə (üsyankar) bir cərəyan” kimi ifadə etdiyi kimi darvinizm təbiətə mütəqil güc verən, bütün canlıların kor təsadüflərin əsəri olduğunu, yaradılmadığını iddia edən (Allahı tənzih edirik), insanları Allaha imandan uzaqlaşdırmağa çalışan bir təlimdir. Peyğəmbərimizin (s.a.v) hədislərinin toplandığı və hədislərin açıqlamalarının yer aldığı “Kütubi-Sittə Muxtəsəri Tərcümə və şərhi” adlı kitabda isə bu mövzu belə izah edilmişdir:
Dəccalın yol açdığı axırzaman fitnəsinin ən bariz və ən mühüm vəsfi dinə qarşı olmasıdır. Axırzamanda ortaya çıxacaq bəzi humanist düşüncə tərzi və dəyərlər dinin yerini almağa çalışacaqdır. Bu yeni din insanın üzərində mövcud olan hər cür İlahi hakimiyyəti aradan qaldırmaq üçün inkarı özünə əsas götürər… Əsas ilahı maddə və insan olan dindənkənar bir dindir. (Allahı tənzih edirik)
Darvinistlər təkamül nəzəriyyəsini hər dövrdə saxta dəlillərlə elmi göstərməyə çalışırlar. Canlıların cansız maddələrdən əmələ gəldiyini və təkamül keçirərək inkişaf etdiyini, bütün canlı növlərinin bir-birlərindən mərhələlərlə törədiyini iddia edirlər. Darvinizm bu iddiasının heç bir mərhələsini sübut edə bilməməsinə baxmayaraq, elmi göstərilməyə çalışılan batil inanc sistemidir. Darvinizmə görə bu xəyali inkişafın ən böyük xəyali mexanizmi “təsadüflərdir”. Təsadüflər darvinizmin saxta ilahıdır. Darvinistlərə görə bu saxta ilah imkansız olanı gerçəkləşdirmək gücünə malikdir. Darvinistlərə əsasən bu saxta ilah bir qədər palçıqlı sudan canlı hüceyrə meydana gətirir, balığı pələngə çevirir, ayılardan balinaları meydana gətirir. Darvinistlərə görə bu saxta ilah insanı meymundan törəyən canlı hesab edir, insana ağıl, hafizə, qabiliyyət kimi bacarıqlar verir, yer üzündə heç cür təqlid oluna bilməyən insan şüurunu yoxdan var edir. Belə ki, təsadüflər bütün bunları fantastik şəkildə edərkən necə olursa, planlı, ağıllı davranır, səhv etmir, hətta lazım gəldikdə dərhal tədbir görür.
Təsadüfləri bütləşdirmiş bu batil nəzəriyyə ağılsız və məntiqsız iddiaları ilə hər cür demoqogiya və saxtakarlıqlarla kütlələrə hakim ola bilmişdir. Bunun səbəbi isə dəccaldır. Peyğəmbərimizin (s.a.v) hədislərində bu yalanın mənbəyinin dəccal olduğu bildirilmişdir. Dəccalı təsvir edən bir çox hədisdə müxtəlif bənzətmələrlə tərif edilən xüsusiyyətlər bir ideologiyanın xüsusiyyətləri kimi dəyərləndirildikdə mövzu daha da aydın olur. Buna görə məntiqsiz və əsassız iddialarla üzə çıxan, insanları inkara sürükləyən, din əxlaqından uzaqlaşdıran, insanlar arasında fitnə və qarışıqlıq əmələ gəlməsinə şərait yaradan hər cür ideologiya və düşüncə sistemi dəccalı təmsil edir. Darvinizm hədislərdə tərif edilən bu dəccali sistemə əsaslanan əsas ideologiyadır. Uca Rəbbimiz Allah bir ayəsində dəccalın batil sisteminə tabe olanları belə tərif edir:
“Şübhəsiz ki, günahkarlar haqq yoldan azmışlar və (axirətdə də) cəhənnəm odu içərisində olacaqlar. (Yaxud günahkarlar heyrət, yanlışlıq və dəlilik içindədirlər)” (Qəmər surəsi, 47)
Darvinizm dünyanı aldatmağa, insanları Allaha imandan uzaqlaşdırmağa əsaslanan ideologiya olduğu üçün dəccalın tərəfdarları üçün nə olarsa olsun, bu batil dinin dirçəldilməsi vacibdir. Elə bu səbəbdən dəccalın himayəsinə girən bəzi şəxslər bu ideologiyanı yaşatmaq üçün indiyə qədər hər üsuldan istifadə edirlər. Heç bir elmi dəlilin olmamasına baxmayaraq, təkamül nəzəriyyəsini bütün dünyaya sübut etmiş nəzəriyyə kimi təqdim edirlər. Olmayan dəlilləri var kimi göstərir, fosilləri öz nəzəriyyələrinə uyğunlaşdırmaq üçün saxtakarlıq etməkdən də çəkinmirlər. Bircə ara-keçid forma belə olmamasına baxmayaraq, xəyali ara-keçid formalar düzəltmiş, saxtakarlıq etmiş, bunları məktəb dərsliklərində elmi dəlil kimi tədris etmişlər. Təkamül əleyhinə ortaya çıxan saysız-hesabsız dəlili gözardı etmiş, qəsdən gizlətmiş, görməməzliyə vurmuş, insanlardan uzaq tutmuşlar.
Saxtakarlıqlarının üstü açıldıqda utanmaq yerinə aldadıcı üsullarına davam etmiş, yeni saxtakarlıqlara əl atmaqdan və bunları müdafiə etməkdən çəkinməmişlər. Təkcə bir zülalın belə təsadüfən əmələ gələ bilməyəcəyi elmi cəhətdən sübut edilməsinə baxmayaraq, həyatın əvvəlcə palçıqlı suda başlaması iddiasına israrla davam etmişlər (bir funksional zülalın təsadüfən əmələ gəlmə ehtimalı 10950-dir, yəni sıfırdır). Saxta dəlilləri qəzetlərdə, elmi jurnallarda, televiziyada yayımlamaqdan çəkinməmiş, bunu dərs kimi illərlə tələbələrə öyrətmişlər. Darvinizm saxtakarlıq, uydurma və yalan üzərində qurulmuş inanc sistemidir. Darvinizm elm deyil. Darvinin təkamül nəzəriyyəsi irəli sürüldüyü ilk gündən insanları bütpərəst etməyə çalışmış, Allaha imandan uzaqlaşdırmaq istəmişdir. 150 il boyu insanları aldatmış, 150 il boyu insanları yalana inandırmağa çalışmışdır. Darvinizm saxtakarlığa ehtiyacı olan, tərəfdar əldə etmək üçün yalan söyləyən, darvinizmin yalan olması həqiqətini söyləyənləri susdurmağa çalışan batil bir dindir.
Allah bir ayəsində belə buyurur:
De: “Allah yanında cəza etibarilə bundan daha pisini sizə xəbər verimmi? Allahın lənətlədiyi, qəzəbləndiyi, özlərini meymunlara, donuzlara və şeytanlara ibadət edənlərə döndərdiyi şəxslər mövqecə daha pis və doğru yoldan daha çox azanlardır!” (Maidə surəsi, 60)
Normal şərtlərdə insanların bu cür yanlış ideologiyanın arxasınca getmələrinin, şübhəsiz ki, məntiqi yoxdur. Lakin insanların bir qismi dəccalın qurduğu tələyə düşmüş, şüursuzca bu yalana inanmışlar. Çünki dəccal hiyləgər üsuldan istifadə etmişdir. Lakin şübhəsiz hər batil dində olduğu kimi bu dində də Allaha qarşı qurulan bütün hiyləgər tələlər boşa çıxmışdır. Allah ayələrində bu həqiqəti belə bildirir:
”Həqiqətən, hiylə qurdular. Mən də (hiylələrinə qarşı) onlara cəza verirəm. Elə isə kafirlərə möhlət ver! Onlara azacıq möhlət ver!” (Tariq surəsi, 15-17)