• Hud surəsinin 86-cı ayəsi
"... O (hz. Mehdi (ə.s)) çıxınca kürəyini Kəbəyə yaslayar. Ona (hz. Mehdi (ə.s)-a) 313 nəfər tabe olar. Hz. Mehdi (ə.s) əvvəlcə bu ayəni oxuyar: “Əgər möminsinizsə, bilin ki, Allahın saxladığı nemətlər sizin üçün daha xeyirlidir. Mən sizin üstünüzdə gözətçi deyiləm”. (Hud surəsi, 86)
Bu ayəni oxuyub belə deyər: "mən Allahın sizin üçün buraxdığı xəlifəsiyəm (Müsəlmanların mənəvi lideriyəm). Mən onun hüccətiyəm." Hz. Mehdi (ə.s)-a salam verənlər belə salam verərlər: "salam sənə ey Allahın yer üzündə buraxdığı”. Sonra hər kəs ona (Hz. Mehdi (ə.s)-a) beyət edər. Hz. Mehdi (ə.s)-ın adamlarının sayı on minə çatar. Allahın xaricində bir başqasına ibadət edən, yəhudi və xristian olan hər kəs ona iman edər. Beləcə yer üzündə tək bir millət hasil olar, o İslam millətidir. Sonra Allahdan başqasına tapınanların üzərinə göydən bir atəş düşər və onları yandırar. Doğrusunu Allah bilir."
(Nurul Ebsar, Ehl-i Beyt, Oniki İmam, Kutuplar ve Mezhep İmamlarının Menkıbeleri Şeblenci (1250),Tercüme: Saim Güngör, (Pamuk Yayıncılık Nisan 2004 Cilt: 628 77 93) s. 594)
• Nur surəsinin 55-ci ayəsi
Əli ibn Həsən vasitəsi ilə Ayyasi tərəfindən rəvayət edildi: Onun yanında bu ayə oxundu: Allaha and olsun ki, onlar bizim əhli beytin sevənlərindəndir. Allah bizdən bir şəxsin (hz. Mehdi (ə.s.)-ın) əli ilə onlara bunu etdirər. O şəxs isə bu ümmətin Mehdisidir.
(Mecmau’l beyan fi tefsiri’l-Kuran Ebu Ali Eminuddin Fazl, Hasan b. Fazl Tabersi 1986, c:4, sf. 832)
• Ənbiya surəsinin 105-ci ayəsi
• Maidə surəsinin 54-cü və Ənam surəsinin 89-cu ayələri:
İmam Cəfər Sadiq (ə.s) bu ayə ilə əlaqədar olaraq belə buyurmuşdur: "Bu ayədə işarə edilən vəzifənin sahibi (hz. Mehdi (ə.s.)) qoruma altındadır. Əgər insanların hamısı getsə də, Allah onu (hz. Mehdi (ə.s)) və səhabələrini gətirəcək. Onlar uca Allahın haqqında belə buyurduğu kəslərdir: Bunlar, Kitab, hikmət və peyğəmbərlik verdiyimiz kəslərdir. Əgər kafirlər ayələri inkar etsələr, Biz onları inkar etməyən bir qövmə (Hz. Mehdi (ə.s) və ona tabe olan müsəlmanları) həvalə edərik ." (Ənam 89)
"Onlar (hz. Mehdi (ə.s) və ona tabe olan müsəlmanlar) bu ayənin nəzərdə tutduğu kəslərdir: “Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah hər şeyi Əhatə edəndir, Biləndir." (Maidə surəsi, 54)" (Təfsirun Numani.)
• Yasin surəsinin, 30-cu ayəsi:
• Ənbiya surəsinin 105-ci ayəsi:
• Nəml surəsinin 62-ci ayəsi:
Nəml surəsi, 62-ci ayə ilə əlaqədar hədis:
Məhəmməd ibn Müslim belə deyir: "Ehtiyacı (ehtiyac, möhtaclıq içində) olan biri onu çağırdığında ona razılıq edər." ayəsi haqqında İmam Məhəmməd Baqir əleyhissalam belə buyurdu: Bu ayə Qaim (hz. Mehdi (ə.s)) əleyhissalam haqqında nazil olmuşdur. Ağ bir quş şəklində Kəbənin novundan gəlib xalqın içində hz. Mehdi (ə.s)-a ilk beyət edəcək olan Cəbrayıl əleyhissalamdır." (Şeyx Məhəmməd İbn İbrahimi Numanı, Gaybəti Numanı səh. 37)
• Bəqərə surəsinin 155-ci ayəsi:
... Əbu Basardan: İmam Cəfəri Sadiq əleyhissalam belə buyurdu: Qaimin (hz. Mehdi (ə.s)-ın) qiyamından əvvəl bir il xalq ac qalacaq və onları öldürülmə qorxusu əhatə edəcək. Malları, canları və məhsulları azalacaq. Bu hadisə Allahın kitabında açıqca yazılmışdı. Sonra bu ayəni tilavət etdi: “Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver.”
(Şeyx Məhəmməd ibn İbrahimi Numanı, Gaybəti Numanı səh. 297)
Hz. Mehdi (ə.s)-ın qiyamından əvvəl dünya səviyyəsində 7 il davam edən çox böyük bir iqtisadi böhran yaşanacaqdır. İmam Cəfəri Sadiq (ə.s), 7 il davam edəcək olan bu iqtisadi böhranın xüsusilə bir il boyunca daha da şiddətini artıracağına və təsirini göstərəcəyinə diqqət çəkmişdir.
Eyni şəkildə Məhəmməd İbn Müslimdən köçürülən digər bir rəvayətdə bildirilir.
• Buyurdu ki: O, Allah buyruğudur. "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver.”
• Buyurur ki: Siz möminləri mütləq aclıqla, yəni məhsulların bahalılığı, malların azalması, ticarətlərin az olması və fəzilətinin azalması ilə sınayacağıq. Canların azalması, yəni sürətli və ani ölümlər. Məhsullar, yəni cütçülüyün azalması və meyvələrin bərəkətinin azalması. Səbir edənlərə müjdə ver. Yəni o zaman Qaim (hz. Mehdi (ə.s)) əleyhissalamın zühuru ilə onları müjdələ. Sonra mənə buyurdu ki, ey Məhəmməd! Bu onun şərhidir. Allah Azzə və Cəllə buyurur: "Onun şərhini yalnız Allah və elmdə dərin olanlar bilərlər."
• Ali İmran surəsinin 83-cü ayəsi:
• Hədid surəsinin, 17-ci ayəsi:
Salam İbn Müstənir də, İmam Məhəmməd Baqir (ə.s)-dan bu hədisi rəvayət etmişdir:
"Allah Təala qiyam edəcək hz. Mehdi (ə.s)-ın əli ilə yeri dirildəcəkdi. O, ədalətlə xalqı idarə edəcəkdir. Beləcə yer üzü zülmlə öldükdən sonra hz. Mehdi (ə.s) ədalətlə təkrar dirildəcəkdir." (Şeyx Tusi, Gaybət, səh. 120; Duhayyil, əl-Hz. Mehdi, səh. 57)
• Hud surəsinin 8-ci ayəsi
“…İshaq İbn Əbdüləzizdən: İmam Cəfəri Sadiq əleyhissalam ayə haqqında belə buyurdu: Əzab Qaim əleyhissalamın (hz. Mehdi (əs)-ın) qiyamıdır. Sayılı bir ümmət isə Bədirdə döyüşənlərin sayı qədər olan səhabələridir."
• Bəqərə surəsinin 148-ci ayəsi
…Əbu Basardan: İmam Cəfəri Sadiq əleyhissalam "...Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Harada olursunuz olun Allah sizin hamınızı bir yerə toplayacaqdır.” ayəsi haqqında belə buyurdu: "Qaim (hz. Mehdi (ə.s)) və səhabələri haqqında nazil olmuşdur. Allah onları (Hz. Mehdi (ə.s) və səhabələrini) vədsiz olaraq bir yerə yığacaqdır."
• Rəhman surəsinin 41-ci ayəsi
…Əbu Basardan: İmam Cəfəri Sadiq əleyhissalam ayə haqqında belə buyurdu: Allah onları tanıyar, lakin bu ayə Qaim (hz. Mehdi (ə.s) haqqında nazil olmuşdur. Onları çöhrələrindən tanıyacaq və səhabələri ilə birlikdə onları fikirlə darmadağın edəcək.
• Fussillət surəsinin 53-cü ayəsi
Əbu Basar deyər ki: İmam Məhəmməd Baqir əleyhissalama Allah Azzə və Cəllənin bu ayənin təfsiri soruşuldu: "Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik..." Belə buyurdu: Onlara nəfslərindəki sığal (heyvanlaşma) göstəriləcək və aləmin onlara artıq daraldığı göstəriləcəkdir. Beləcə onlar Allahın qüdrətini həm öz nəfslərində, həm də aləmlərdə görəcəkdirlər. "Sonunda onun haqq olduğunu anlayacaqlar." O zaman Qaimin (hz. Mehdi (ə.s)-ın) zühurdur. O (hz. Mehdi (ə.s)) Allah Azzə və Cəllədən gələn haqdır və bu xalq onu (hz. Mehdi (ə.s)-ı) mütləq görəcəkdir."
• Maidə surəsinin 54-cü ayəsi
Süleyman İbn Harunu İcli belə deyir: İmam Cəfəri Sadiq əleyhissalamın belə buyurduğunu eşitdim: "Bu əmrin sahibinin (hz. Mehdi (ə.s)-ın) səhabələri məhfuzdurlar, əgər xalqın hamısı ölsə belə Allah onun səhabələrini gətirər. Allah Azzə və Cəllə onlar haqqında belə buyurmuşdur: "Onlar ona qarşı kafir olsalar da, ona elə bir qövm vermişik ki, ona qarşı kafir olmazlar." Allah onlar (hz. Mehdi (ə.s) və səhabələri) haqqında ayrıca belə buyurmuşdur: "Allah elə bir qövm gətirəcək ki, Allah onları sevər, onlar da (hz. Mehdi (ə.s.) və səhabələri) Allahı sevərlər. Möminlərə qarşı təvazökar, kafirlərə qarşı əzizdirlər."
• Bəqərə surəsinin 249-cu ayəsi
Əbu Basar belə deyər: İmam Cəfəri Sadiq əleyhissalam belə buyurdu: "Talutun səhabələri bir çayla imtahan olunmuş və Allah onlar haqqında "Sizləri bir çay ilə sınayacağıq." buyurmuşdu. Qaim (hz. Mehdi) əleyhissalamın səhabələri də eynilə onun kimi imtahan olunacaqlar."
• Ali İmran surəsinin 200-cü ayəsi
İmam Məhəmməd Baqir (ə.s) bu ayəyə belə məna vermiş: "Ey Məhəmmədilər! Fərzlərin ədasında səbir edin, düşmənlərinizin əziyyətlərində səbir edin, bir-birinizə kömək edin, imamınız Mehdi rəsula bərk sarılın." (Süleyman İbrahim, Meveddet Pınarları, Hz. Muhammed Aleyhisselam ve Al-i Aba, On İki İmam, Hz. Mehdi (a.s.) Resul Hakkındaki Ayet ve Hadisler, Çeviren: Adnan M. Selman, s. 219)
• Tövbə surəsinin 33-cü ayəsi
İmam Cəfər Sadiq bu ayə haqqında: "Vallah! Qaim (hz. Mehdi (ə.s)) zühur etmədən bu ayənin mənası təcəlli etməz. Əbaya İbn Rəbidən, Əmirəl Möminin hz. Əli (ə.s) yuxarıda zikr edilən ayə haqqında: "Qüdrətli olan Allaha and içirəm ki! Heç bir kənd qəsəbə və şəhər qalmayacaq ki, səhər-axşam içində, "Əşhəduənla ilahə illəllah və əşhəduənnə Məhəmmədən Rəsulullah deyilməsin" buyurdu. İmam Zeynalabdin və İmam Məhəmməd Baqir: "Allah şübhəsiz Qaim (hz. Mehdi (ə.s)) ilə İslam dinini bütün dinlərə qalib gətirəcək." buyurdular.
• Yunus surəsinin 20-ci ayəsi
...Cəfər Sadiq: "Bu ayədəki qeyb hz. Mehdi (ə.s)-dır" buyurdular.
• Hud surəsinin 80-ci ayəsi
Tərcüməsi: Hz. Lut (ə.s) Allaha şikayət edərək qövmünə qövmünə xitabən: Nə olardı sizə qarşı gəlmək üçün mənim bir qüvvəm olsaydı və ya çox sərt bir qalaya sığına bilsəydim. İmam Cəfər Sadiq: "Bu ayədəki hz. Lut (ə.s)-ın xahiş etdiyi qüvvə, Qaimin (hz. Mehdi (ə.s)-ın) qüvvəsinə, sığınmaq istədiyi qala da hz. Mehdi (ə.s)-ın səhabələri idi. ‘Ruknu Şədid onlardır. Onlardan biri qırx adam qüvvəsindədir və hər birinin ürəyi dəmir kimidir." buyurmuşlar.
• Yusuf surəsinin 110-cu ayəsi
Mufaddaldan, Cəfər Sadiq atasından, atalarından, Əmirəl Möminin hz. Əli (ə.s)-dan: Allahın nusratı (zəfəri), ancaq insanların ölümü yaşamağa seçdikləri zaman gələr, Rəbbimin kitabı bu ayədə bəyan etdiyi kimi: Ta ki, peyğəmbərlər nusratı məvidənin dərhal təcəlli etməməsindən" ümidsiz olduqları, yalana çıxarıldıqlarını zənn etdikləri bir zamanda, qəflətən köməyimiz onlara çatar. Biz istədiyimizi qurtararıq. Cənabi haqqın nusrati Qaim (hz. Mehdi (ə.s) ) ilə gələcək.
• Ənbiya surəsinin 105-ci ayəsi:
Biz bunu Lövhü Məhfuzda yazdıqdan sonra and olsun Zəburda da yazmışdıq. Şübhəsiz ərzə saleh qullarım varis olar. Məhəmməd Baqir və Cəfər Sadiq: "bu ayədə zikr edilənlər, Qaim (hz. Mehdi (ə.s)) və səhabələridir" buyurdular.
• Həcc surəsinin 41-ci ayəsi
Əbul Caruddan: "... Əgər onlara yer üzündə hökmranlıq versək, onlar (hz. Mehdi (ə.s) və səhabələri) namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir."
İmam Baqir: "bu ayə hz. Mehdi (ə.s) və səhabələri haqqında nazil olmuşdur. Allah onları şərqdən qərbə qədər, bütün dünyaya sahib edəcək. İslamı onlarla ucaldacaq, zülmdən və bidətdən əsər qalmayacaq. "
• Zariyat surəsinin, 23-ci ayəsi
• Rum surəsinin 4-5 ci ayələri
İmam Cəfər Sadiq (ə.s) bu ayə haqqında: "Qaim (hz. Mehdi (ə.s)) zühur edincə, möminlər Allahin nusratı ilə fərahlanacaqlar" buyurdu.
• Fussilət surəsinin 53-cü ayəsi
Əbu Basardan: İmam Baqir həzrətlərindən bu ayə haqqında soruşulduğunda belə buyurdular: "İçlərində və xariclərində Allahın əcaib və qəribə möcüzələrini görəcəklər ki, hz. Mehdi (ə.s)-ın zühurunun haqq olduğuna inanacaqlar. Bunda heç kimin şübhəsi qalayacaq."