Esbağ bin Nebatə deyər ki, Emirülmüminin Əli əleyhissalam belə buyurdu: "...Belə ki, sizdən yalnız gözdəki sürmə qədər və ya yeməkdəki duz qədər qalacaq. Və mən sizə bir nümunə verəcəyəm: Bir nəfərin az miqdarda buğdası var. Onu təmizləyər və bir evə qoyar, uzun müddət sonra geri döndükdə onun qurdlandığını görər, onu yenidən təmizləyib evin içinə qoyar. Uzun müddətdən sonra geri döndükdə onun təkrar qurdlandığını görər. Yenidən onu təmizləyər və həmişə eyni işi təkrarlayar. SONDA QURDLARIN HEÇ BİR ZƏRƏR VERƏ BİLMƏDİYİ ÇOX AZ VƏ MÖHKƏM BUĞDA QALAR. Siz də beləsiniz. SONUNDA İÇİNİZDƏ FİTNƏLƏRİN ƏSLA ZƏRƏR VERƏ BİLMƏDİYİ ÇOX AZ BİR QRUP QALACAQ." (Eyni hədisi Əhməd bin Məhəmməd bin Səid də nəql edir.)
(Şeyx Məhəmməd b.İbrahimi Numanı, Gaybeti Numanı, s. 246)
 
Hədisdə Hz. Mehdi (ə.s.) camaatından çıxan münafiqlərin "buğdaya düşən iyrənc qurdlar" kimi olduqları xəbər verilmişdir. Hz. Mehdi (ə.s.) camaatı "buğda kimi gələcəkdə səpiləcək, inkişaf edib böyüyəcək, bərəkət gətirəcək, gələcək vəd edən nemətə" bənzədilmişdir. Münafiqlərin də "buğdanı içindən korlamağa çalışan, qurd kimi iyrənc və xəbis varlıqlar olduqları" xəbər verilmişdir.
Hədisdə sahibinin buğdanı təmizləyəcəyi, amma buğdanın yenə qurdlanacağı, sahibinin hər dəfə bu əməliyyatı təkrarladıqdan sonra ən sonunda buğdada heç bir qurd qalmayacağı izah edilmişdir. Bu məlumatlara görə buğdadakı iyrənc və parazit qurdların ayırd edilib buğdanın pislikdən təmizlənməsi kimi Hz. Mehdi (ə.s.) camaatı da bir müddət sonra münafiqlərdən təmizlənib sonunda tərtəmiz camaatla vəzifəsini yerinə yetirəcək.