Hz. Mehdi (ə.s.) münasib əxlaqlı, yaxşı yaradılışlıdır... ONUN ATI QARANLIQLARDA ON DÖRDLÜK AY KİMİ PARLAYAR. O (HZ. MEHDİ (Ə.S.)), ƏN XEYİRLİ BİRLİYİN QARŞISINDA GEDƏR. Onlar Allahın dininə sarılmış, onunla Allaha yaxınlaşmağa çalışarlar...
(Şeyx Məhəmməd b. İbrahimi Numanı, Gaybeti Numanı s. 171)
Hədisdə Hz. Mehdi (ə.s.) dövründə texniki vasitələrdən birinin də “avtomobil” olacağına və bu avtomobillərin faralarına, iç işıqlandırmasına diqqət çəkilmişdir. Hədisdə verilən məlumatdan Hz. Mehdinin (ə.s.) avtomobilinin faralarının da parlayacağı aydın olur.
Bundan əlavə hədisdə Hz. Mehdinin (ə.s.) "atının on dördlük ay kimi" parlayacağının vurğulanmış olması da heyrətamiz detaldır. Bu ifadə, Hz. Mehdinin (ə.s.) avtomobilindəki oval, iri, işıqlandırıcı işıq qaynağına işarə edir ki, bu da Hz. Mehdinin (ə.s.) avtomobilinin faralarını çox təfərruatlı şəkildə təsvir edir.
"O, ən xeyirli birliyin qarşısında gedər" sözləriylə isə Hz. Mehdinin (ə.s.) avtomobilinin öz tələbələrindən ibarət olan konvoyun qarşısında gedəcəyinə işarə edir.
Ya da "Qarşısında gedər" ifadəsi Hz. Mehdinin (ə.s.) bu avtomobilin ön tərəfində oturacağını göstərir.
Aban bin Tağlib belə deyər: İmam Cəfəri Sadiq əleyhissalamın belə buyurduğunu eşitdim: "Mən Qaimi (Hz. Mehdini (ə.s.)) Kufənin Nəcəfində görən kimiyəm. ...DAHA SONRA (HZ. MEHDİ (Ə.S.)) QARA-AĞ RƏNGLİ İKİ GÖZÜNÜN ARASI İŞIQ KİMİ PARLAYAN BİR ATA MİNƏCƏK..."
Bu hədisdə isə avtomobilin iki tərəfindəki iki faraya diqqət çəkilmiş və Hz. Mehdinin (ə.s.) qara və açıq rəngli avtomobillər istifadə edəcəyi ifadə edilmişdir.