Baş nazirin qaçırılmasının və azad edilməsinin adi hal kimi dəyərləndirildiyi, onun başqa şəhərə getməsi üçün təyyarəyə minməsinə icazə verilmədiyi bir ölkə - Liviya... Bu cümlə ölkədəki vəziyyəti aydın izah edir.
Qəddafinin devrilməsindən sonra qeyri-sabit vəziyyətin hökm sürdüyü Liviyada hal-hazırda çox ciddi hökumət problemi var. Son 3 ildə qurulan hökumətlər ölkədə nəinki təhlükəsizliyi qorumaqda, iqtisadiyyat və demokratiyanin qurulmasında da irəliləmədi. Dünyanın ən vacib enerji yataqlarına sahib ölkə hal-hazırda ağır vəziyyətdədir. Neft istehsalatında problemlər yaşayır.
Ölkədə hökumətlərin böyük problemi milislərdir. Keçmişdə Qəddafiyə qarşı mübarizə aparan bu qüvvələrə Qəddafidən sonra nəzarət edilə bilmədi. Bu milislərdən bəzilərinin getdikcə radikallaşması, öz aralarındakı və hökumətlə olan hakimiyyət münaqişələri davamlı qarşıdurmalara səbəb oldu. Əl-Qaidə ilə əlaqəsi olan radikal qüvvələrin güclənməsi isə əks fikirdə olan başqa qüvvələr ortaya çıxardı. Təqaüdçü general-mayor, xəlifə Hafter də bunlardan biri idi.
1969-cu ildəki çevrilişdən sonra həmişə Qəddafinin yanında olan 71 yaşlı Hafter 1987-ci ildə ABŞ-a qaçaraq 2011-ci ilə qədər bu ölkədə qaldı. 2011-ci ildə isə Liviyaya qayıdaraq inqilabçılara qoşuldu.
Hafter keçmişdə məğlubiyyətlə nəticələnən müxtəlif çevrilişlər etdi. Ən sonda may ayında isə hökumətin rəhbərliyi yaxşı bacarmadığını irəli sürərək yeni çevrilişə cəhd etdi. Liviya Baş Qərargah rəhbərliyi ilə əlaqəsi olmayan Liviya beynəlxalq ordusunun rəhbərliyində, xüsusilə ölkənin şərqində hakim oldu.
Hafterin son çevrilişindəki hədəflərindən biri hökumət qədər hökumət tərəftarı olduğu iddia edilən bəzi radikal qruplardır. Əl-Qaidə ilə əlaqəli olan Ənsar əl-Şəriadan əlavə, Liviyadakı İhvan da (Müsəlman Qardaşlıq Təşkilatı) Hafterin hədəfləri arasında idi. Hafterin hədəf aldığı qruplar əslində onun əsl niyyətinin radikalizmlə mübarizə olmadığı barədə şübhə yaradır. Liviyadakı radikal qrupların şiddət yönlü hərəkətlərinin ölkəni təhdid etməsi həqiqətdir, ancaq Hafterin Qürur Savaşı adı ilə başlatdığı əməliyyatın dinclik gətirməsi şübhə altındadır.
Liviyadakı qarışıq vəziyyət qonşu ölkələri də narahat edir. Xüsusilə Misir və Əl-Cəzair çox narahatdır. Misir, Hafter tərəftarları tərəfindən gələn yardım və dəstək çağırışları qarşısında hal-hazırda səssiz qalır, Əl-Cəzair isə Liviyada başlaması ehtimal olunan daxili münaqişənin sərhədlərdə yaşayan əl-cəzairlilərə təsirini azaltmaq üçün sərhədə möhkəmləndirici qüvvələr yığaraq burada möhkəm ərazi yaratmağa çalışır. Burada məqsəd silahlı milislərin Əl- Cəzairə girməməsidir.
Liviyada hal-hazırda istər yerli, istər xarici hər kəsin qarşılaşdığı problem təhlükəsizlik problemidir. Liviyada həqiqətən çox silah var və bu silahların xalqa paylanması çox böyük problemdir.
Xalq artıq təhlükəsiz və azad həyat istəyir, silahlı qrupları və bunların yaratdığı qorxunu bir daha yaşamaq istəmir. Ölkədəki pozğunluq və böhran bir çoxunu qorxudub. Nizamın yaradılması üçün çevriliş edilməsini və demokratiya yolların bağlanmasını istəməyən Liviya xalqı ölkənin addım-addıım daxili münaqişəyə sürüklənməsindən narahatdır.
Liviyada qərb qüvvələrinin ən böyük qorxusu isə ölkənin enerji mənbələrinin tamamilə radikal qrupların əlinə keçməsidir. Radikal qrupların nəzarətindəki Sidra zavodundan Şimali Koreyaya edilən neft satışı isə bu qorxunu daha da gücləndirir. Buna görə də müxtəlif müdaxilələr edir, yeni planlar qururdu.
Radikalizmin daha da güclənməsindən qorxan Qərb bu risqə qarşı sosial-mədəni tədbirlər görəcəyinə, bəzən xalqın azad iradəsinin önünə keçməyi , bəzən də daxili münaqişələri qızışdırmağı çıxış yolu kimi görür. Halbuki hər cür anti demokratik üsullar radikalizmi daha da gücləndirir. Qərb çox vaxt öz əli ilə qarışıqlıq yaradır.
Keçən əsri təzyiqçi rejimlərə dəstək verərək keçirənlər bu əsri də radikalizm təhdidi ucbatından anti-demokratik addımlara göz yumaraq keçirmək istəyirlər. Bunun əvvəlcədən çökmüş strategiya olduğu aydındır.
Qəddafinin ərəb sosializminin təzyiqi altında illərlə əzilən Liviya xalqının ehtiyacı yeni təzyiqçi sistemlər deyil, sülh və qardaşlıq şəraitində yaşayacaqları, firavan Liviyadır. Belə Liviyanı inşa etməyin yolu isə inqilabçı rejimlərin deyil, demokratiyanın gücləndirilməsidir.
Ölkədəki xurafatla və radikallarla mübarizədə Quran onlara yol göstərəcək
Qəddafidən sonra hakimiyyətə gələnlərin bu qədər vaxtda sağlam sistem qura bilməməkləri Liviyanı hal-hazırkı vəziyyətinə sürükləyən əsas səbəbdir. Ancaq ölkənin dağılmasına səbəb olacaq daxili münaqişələrin yaranması çox ağır nəticələnər. Liviya xalqı, nə olursa olsun, əvvəlcə ölkəsinin birliyini qorumalıdır. Quran əxlaqı ilə hərəkət etməli, sevgiyə, anlayışa əsaslanaraq çarə tapmalıdır. Silahları aradan qaldırmaqla nəticə əldə edilməz, amma bu anlayışla hərəkət edilsə yeni bir Liviya yaratmaq mümkündür.
Adnan Oktarın Opinion Maker'da nəşr edilən məqaləsi: