Möminlərin əmiri (s.ə.v) öyüdlərində bizə bu müjdəni verdi ki, dünya pislərdən təmizlənəcək və islah olacaq, zalım hökmdara qarşı döyüş (fikri mübarizə) səkkiz ay davam edəcək sonra sevgi və sülh hakim olacaq.  (El-Sahife El-Mehdiye’den Seçme Dualar, Seyyid Murtaza Müçtehidi Sistani, səh. 69)

Hz. Mehdi (ə.s)-ın üç böyük vəzifəsindən biri olan darvinizm və materializmlə apardığı fikri mübarizə nəticəsində dünya üzərində bu fəlsəfələrin nəticəsi olan zalımlıq, mərhəmətsizlik, sevgisizlik kimi insan fitrətinə zidd olan tətbiqlər sona çatacaq. Ölkələri və insanları din əxlaqını yaşamaqdan, bir-birlərini sevməkdən, mərhəmət göstərməkdən, bir-birləriylə xoş münasibətdən, bir-birlərinə din əxlaqına uyğun gözəl davranmaqdan saxlayan cərəyanlar sona çatacaq. İnsanları materialist, Allah inancı olmayan, mənəvi dəyərlərini itirmiş, degenerasiya həyatı yaşamağa məcbur edən bu fəlsəfələr və bunların tətbiq edənləri hz. Mehdi (ə.s)-ın vəsiləsi ilə fikirlə təsirsiz olacaqlar. Dünya üzərində böyük bir sevgi və sülh mühiti yaşanacaq, ölkələr və insanlar arasında dərin dostluq, qarşılıqlı yardım, birlik və bərabərlik ruhu hakim olacaq.