1.Şəxsin üçüncü vəzifəsi Xilafəti-İslamiyyəni (İslam xəlifəliyini) ittihadi-İslama bünövrə edərək (İslam birliyi üzərinə quraraq) isəvi ruhaniləri ilə (dindar xristianlarla və xristian alimləri ilə) ittifaq edib (birləşib) dini İslama (İslam dininə) xidmət etməkdir.
2.Həm aləmi insaniyyətdə (insanlıq aləmində) inkari uluhiyyət (Allahın varlığını inkar) niyyəti ilə mədəniyyət və müqəddəsatı bəşəriyyətti zirü zəbər (qarmaqarışıq) edən Dəccal komitəsini hz. İsanın (ə.s.) dini həqiqətini İslamın həqiqəti ilə birləşdirməyə çalışan mühafizəkar və fədakar isəvi camaatı adı altında və “Müsəlman isəviləri” ünvanına layiq cəmiyyət o Dəccal komitəsini hz. İsanın (ə.s.) başçılığı ilə öldürəcək, dağıdacaq, bəşəriyyəti inkari uluhiyyətdən qurtaracaq. (Mektubat, səh. 441)
3.Dəccalın təşkil etdiyi dəhşətli maddəçilik və dinsizliyin əzəmətli heykəlini və şəxsi mənəvisini məhv edəcək ancaq isəvi ruhanilərdir ki, o ruhanilər dini İsəvinin həqiqətini həqiqəti İslamiyə ilə qarışdıraraq o qüvvətlə onu dağıdacaq, mənəvi olaraq öldürəcək. (Şualar, səh. 493)
4.Belə bir vəziyyətdə o cərəyan çox qüvvətli göründüyü vaxtda hz. İsanın (ə.s.) şəxsi mənəvisindən ibarət olan həqiqi isəvilik dini zühur edəcək, hal-hazırki təhrif olunmuş xristianlıq dini o həqiqətə qarşı saflaşacaq, xürafatdan təmizlənəcək, İslam həqiqəti ilə birləşəcək, mənəvi olaraq xristianlıq bir növ İslama inqilab edəcək.( Mektubat, səh 53)
5.Və Qurana iqtida (uyğun gəlmək, tabe olmaq) edərək, o isəviliyin şəxsi mənəvisi islamiyyətə mətbu (tabe olunan) mövqeyində qalacaq. Haqq din bu iltihaq nəticəsində əzm və güc tapacaq. Dinsizlik cərəyanına qarşı ayrı-ayrılıqda məğlub olan isəvilik və islam birlik nəticəsində dinsizlik cərəyanını məğlub edərkən, səmavat aləmində bəşər cismi ilə olan şəxsi İsa (ə.s.) o haqq din cərəyanının başına keçəcəyini bir Müxbiri-Sadiq (Hz. Məhəmməd (ə.s.)) bir Qadirin vədinə istinad edərək xəbər vermişdir. Madam xəbər verib, haqqdır, madam Qadir vədd edib, əlbəttə edəcək.
6.Axir zamanda hz. Mehdinin Süfyani komitəsi üzərində qələbəsi hz. İsanın (ə.s.) Dəccal komitəsini dağıtması və İslam əxlaqına tabe olmağına dairdir. (Mektubat, 517)