“Ümmətimdən Mehdi çıxacaq. Allahu-Təala həzrətləri insanları varlı etmək üçün onu göndərəcək. O zaman ümmətim nemətlənəcək, heyvanlar bolluq içində olacaq və dünya nəbatatı çoxalacaq, hz. Mehdi insanlara bərabər şəkildə çoxlu mal-dövlət paylayacaq”. (Əl-kavlu'l muhtasar fi əlamət-el mehdiyy-il muntazar, Hədis- 30) |
ADNAN OKTAR: "Ümmətimdən Mehdi çıxacaq", - deyir Rəsulullah (səv). "Allahu-Təala həzrətləri, insanları varlı etmək üçün onu göndərəcək", - deyir, bütün dünyanı zəngin etmək üçün göndərəcək, kasıb qalmır. Hər kəs zəngin olur, zəngin olmayacaq; tək bir insan qalmayacaq deyir, Peyğəmbərimiz (səv). "O zaman ümmətim nemətlənəcək, heyvanlar bolluq içində və dünyanın nəbatatı çoxalacaq". Həm məhsul çox olur, həm heyvan sayı hədsiz olur. "Hz. Mehdi insanlara bərabər şəkildə çoxlu mal-dövlət paylayacaq". Karl Marks bunları oxuyunca bəyənmiş, xoşuna gəlmiş. Nə etsin? Mən də demiş, Mehdi olum. Amma necə Mehdi? Şeytani Mehdi olum demiş və dəccal olaraq ortaya çıxmış. Gerçək Mehdini (əs) təsirsiz etmək üçün, Mehdinin (əs) edəcəyi vəzifəni öz üzərinə götürməyə çalışmış. Halbuki, nə deyir rəvayətdə? "Hz. Mehdi insanlara bərabər şəkildə çoxlu mal-dövlət paylayacaq". Sosial ədalət Mehdinin (əs) vəzifəsidir.