İmam Sadiq (ə.s) belə buyurmuşdur: (Hz. Mehdi (ə.s.)) Rükn və Mövqe arasında dayanar, yüksək səslə belə səslənər: "Ey mənim nümayəndələrim, xüsusi dostlarım, ey MƏN ZÜHUR ETMƏDƏN ALLAHın MƏNƏ KÖMƏK ETMƏSİ ÜÇÜN YER ÜZÜNDƏ HAZIRLADIĞI KƏSLƏR, itaət edərək mənə tərəf gəlin." Onlar YER ÜZÜNÜN ŞƏRQ VƏ YA QƏRBİNDƏ MEHRAB VƏ YA YATAQLARINDA OLDUĞU HALDA İMAM MEHDİNİN (Ə.S.) SƏSİNİ EŞİDƏRLƏR. Bu bir səs onların HAMISININ QULAĞINA GEDƏR VƏ HAMISI ONA DOĞRU HƏRƏKƏT EDƏRLƏR. ÇOX KEÇMƏDƏN GÖZ AÇIB BAĞLAYANA QƏDƏR HAMISI HÜZURUNA ÇATARLAR. Bu (əzəmətli yığıncaq) Rükn və Mövqe arasında (günəş doğulmadan əvvəl) reallaşacaq."
Bihar-ül Envar, C. 53, S. 7
Allah Hz. Mehdinin (ə.s.) tələbəsi olacaq qiymətli insanları qədərdə xüsusi olaraq seçib hazırlamışdır. Allah Qəsəs surəsinin 68-ci ayəsində "Rəbbin istədiyini yaradır və (istədiyini də peyğəmbər) seçir. Onların isə seçməyə haqqı yoxdur" şəklində bildirir. Bu ayədən də aydın olduğu kimi bir adamın iman etməsi, səmimi təqva sahibi bir Müsəlman olması ancaq Allahın o adama hidayət verməsilə mümkündür. Bir insan nə qədər istəsə də, Allah diləmədikcə sevdiyi birini hidayətə gətirə bilməz. Axır zamanda zühuru böyük bir həyəcan və coşqu ilə gözlənilən, hədislərdə bütün peyğəmbərlərin elmlərinə sahib olacağı və dünyanın ən üstün əxlaqlı insanı olacağı bildirilən Hz. Mehdinin (ə.s.) yanındakı tələbələrindən olma şərəfinə də Allahın qədərdə təyin etdiyi seçmə insanlar nail olacaqlar.
Peyğəmbərimizdən (s.ə.v) rəvayət edilən bu hədisdə Allahın yer üzündə xüsusi olaraq seçib hazırladığı bu insanların Hz. Mehdinin (ə.s.) söhbətlərini dünyanın müxtəlif yerlərindəki televiziya və radio vasitəsilə eşidərək, təyyarə ya da başqa sürətli vasitələrlə çox qısa bir müddət ərzində Hz. Mehdinin (ə.s.) yanına gələcəklərinə işarə edilir.