Rəsulullah (sallallahu əleyhi vəsəlləm) səhabələrinə: “Ey Səhabələrim! Nafilə oruc tutmaqdan və sədəqə verməkdən və namaz qılmaqdan daha fəzilətli bir əməli sizə söyləyimmi?” buyurduqlarında Səhabələr: “Bəli, ey Allahın Elçisi” dedilər. Peyğəmbər belə buyurdu: “Aralarında düşmənlik olan iki möminin arasını düzəltməkdir. O möminlərin arasını vurmaq dini məhv etməkdir”. (Tergib ve Terhib, c. 5/379-2)
Bir-birinizə buğz etməyin. Bir-birinizə həsəd etməyin. Bir-birinizə arxa çevirməyin. Bir-birinizlə əlaqəni kəsməyin. Ey Allahın qulları qardaş olun. Bir Müsəlmanın qardaşını 3 gündən çox tərk etməsi haramdır. (Buhari- Müslim- Riyaz üs-salihin səh. 930)
Peyğəmbərimiz (s.ə.v); “Sizə namaz, oruc və sədəqədən daha üstün bir şey göstərimmi?” buyurdu. Bəli, ya rəsulullah dedilər. Peyğəmbərimiz (s.ə.v) barışdırmaqdır. Çünki aranın pozulması, inciklik saçı kökündən qırxar demirəm, dini kökündən qırxar, dini yox edər, deyirəm buyurdu” (Tirmizi qiyamə-56)
“Bir müsəlmana din qardaşını 3 gün, 3 gecədən çox tərk etməsi haramdır. Bu inciklikdə qarşılaşdığında ilk dəfə salam verib barışan ən xeyirli olandır. (Buhari, Müslim-Riyaz üs- Salihin səh. 946)
Əməllər bazar ertəsi və cümə axşamı günləri Allahu Təalaya ərz olunar. “Allah (c.c) özünə şirk qoşmayan hər kəsi bağışlayar. Ancaq özü ilə din qardaşı arasında inciklik olan kimsəni barışmadıqca bağışlamaz. (Müslim- Riyaz əsas-Salehin- səhifə -946)
“Bir-birlərini sevməkdə, bir-birlərinə mərhəmət etməkdə və bir-birlərinə şəfqət barəsində möminlər sanki tək bir bədən kimidirlər. Ondan bir üzv şikayət etsə, yuxusuzluq və hərarətlə bədənin digər üzvləri də ona qoşular. (Buharî, Salât, 88; Müslim, Birr, 65)
“Möminin möminə bağlılığı, parçaları bir-birinə bağlayan bütöv bir bina kimidir”. (Müslim, Birr, 18.)