HƏDİSLƏRDƏ HZ. MEHDİNİN (Ə.S.) AXIR ZAMANIN DƏCCALİYYƏT SİSTEMİ İLƏ MÜBARİZƏSİ
ucgen

HƏDİSLƏRDƏ HZ. MEHDİNİN (Ə.S.) AXIR ZAMANIN DƏCCALİYYƏT SİSTEMİ İLƏ MÜBARİZƏSİ

1619

Dəccal çıxanda möminlərdən bir nəfər (Hz. Mehdi (ə.s.)) ona qarşı gələr. O möminə dəccalın silahlıları qarşı çıxar.

(Mehdilik və İmamiyə s. 37, Səhih-i Müslim, 11/393'dən nəql)

 

Mömin şəxs (Hz. Mehdi (ə.s.)) Dəccalı görəndə: “Ey insanlar! Peyğəmbərin xəbər verdiyi dəccal budur” deyər. Dəccal dərhal onunla bağlı əmrini verər. O şəxs qarnı üstə uzadılar və deyilər: “Götürün və yaralayın”. Artıq o şəxsin kürəyi və qarnı döyə-döyə genişləndirilər. Bu dəfə onu iki əli və iki ayağı ilə tutar və atar. İnsanlar Dəccalın onu odun içinə atdığını güman edərlər. Halbuki, o cənnət içinə atılmışdır.

(Mehdilik və İmamiyə, s. 40)

 

Ümmətimdən bir dəstə onlarla düşmənçilik edənlərə qalib gəldikləri halda haqq uğrunda mübarizəyə davam edərlər. Hətta onların sonuncusu, Məsih Dəccal ilə mübarizə aparar. (fikri mübarizə aparar)

Ramıq El-Ahadis, səh. 472 (Hanbelin Müsnedi -Ebu Davud-Tabarani -Hakim)

 

…Biz ele bir ev əhliyik ki, Allah bizim üçün axirəti dünyadan üstün etmişdir. Mənim əhli-beytim məndən sonra bəla, qaçırılma və sürgünə məruz qalacaqlar. Məndən sonra əhli-beytim bəla və çətinliklə qarşılaşacaqlar, zülmə məruz qalacaqlar.

(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 14)

 

Qiyamətə (dəccal ilə savaşa) qədər mənim ümmətimdən bir qrup haqq uğrunda qalib olaraq vuruşacaqdır. (fikri mübarizə aparacaqlar)

(Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, 80)


PAYLAŞIN
logo
logo
logo
logo
logo