"... (Onun (Hz. Mehdinin (ə.s.)) lütfü sayəsində) GECƏ CAHİL, QORXAQ VƏ XƏSİS OLAN İNSAN SƏHƏRƏ SAVADLI, CƏSUR VƏ CÖMƏRD OLACAQ. (Allahın) köməyi onun (Hz. Mehdinin (ə.s.)) önündə gedəcək… Allahın elçisinin addımlarını izləyəcək və heç səhv etməyəcək. O ((Hz. Mehdi (ə.s.)) görmədən onu dəstəkləyən bir mələk olacaq, bədbinləri ayağa qaldıracaq və zəifə kömək olacaq, hərəkətləri sözlərinə görə olacaq və sözləri əməllərinə görə olacaq…
(al -Futuhatu'l Makkiyah, s. 6)
HZ. MEHDİ (Ə.S.) ZÜHUR ETDİYİNDƏ Allah iman edənlərin üzərində güclü görmə və eşitmə qabiliyyəti təcəlli etdirər ki, ARADA BİR VASİTƏÇİ OLMADAN HZ. MEHDİ (Ə.S.) OLDUĞU YERDƏN BÜTÜN DÜNYAYA SƏSLƏNƏR, ONLAR DA ONU EŞİDƏR, HƏTTA GÖRƏRLƏR.
(Muntakab əl Ezhar, s. 483)
İmam (ə.s) (Hz. Mehdi (ə.s.)) dünyanın şərq və qərbini (mənən) fəth edib İslamı (İslam əxlaqını) dünyanın dörd bir tərəfinə hakim edəcək... ALLAH TƏALA İNSANLARA ELƏ BİR GÜC VERƏCƏK Kİ, HƏR KƏS OLDUĞU YERDƏN ONUN (HZ. MEHDİNİN (ə.s.)) SÖZLƏRİNİ EŞİDƏCƏK və İmam (ə.s) İslama həyat verəcək...
(Bihar'ul-Envar, c. 52, s. 279 və c. 53, s. 12 İkmal'ud- Din, c. 2, s. 367)
Hədisdə bəhs olunan "... GECƏ CAHİL, QORXAQ VƏ XƏSİS OLAN İNSAN, SƏHƏR SAVADLI, CƏSUR VƏ CÖMƏRD OLACAQ... " ifadəsiylə Hz. Mehdinin (ə.s.) gecələri böyük ehtimalla televiziya kanalları və internet vasitəsilə xalqa dərslər verəcəyi və xalqı bu şəkildə öyrədəcəyi aydın olur. Bu dərslərin hər hansı birini dinləyən şəxs bu dərslərdən çox təsirlənəcək, dərsə başlayarkən cahil, qorxaq və xəsis insan Hz. Mehdinin (ə.s.) dərslərini dinlədikdən sonra savadlı, cəsur və cömərd olacaq. Hədisdə Peyğəmbərimiz (s.ə.v.), Hz. Mehdinin (ə.s.) dərslərinin belə güclü təsirinin olacağını vurğulayır.