Ümmi Hani deyir ki: “İmam Əbu Cəfər Məhəmməd Bakir əleyhissalam belə buyurdu: “Ey Ümmi Hani! Sonra qaranlıq gecədə nur kimi zahir olar. ƏGƏR SƏN O ZAMANDA (HZ. MEHDİ ƏLEYHİSSALAMIN DÖVRÜNDƏ) YAŞASAN, SEVİNCDƏN GÖZLƏRİN PARLAYAR.”” (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani s. 171)
İbrahim əl Kərhidən. İmam Cəfər Sadiq əleyhissalam belə buyurdu: “Ey İbrahim! O (Hz. Mehdi əleyhissalam) böyük çətinliklərdən, bəlalardan, qorxu və aclıqdan sonra qəlblərdəki qəm-kədəri aradan qaldıracaq. NƏ BƏXTİYARDIR ONUN (HZ. MEHDİ ƏLEYHİSSALAMIN) DÖVRÜNDƏ YAŞAYANLAR!” İbrahim əl Kəhri deyir ki: “Bu vaxta qədər məni bu qədər sevindirən və gözlərimi yaşardan belə bir söz eşitməmişdim.” (Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani, s. 95-96)