Hz. Mehdinin (ə.s.) bu əsrdə gəlməyəcəyini, ya da sonrakı əsrdə gələcəyini bildirən bəzi insanların iddiaları Peyğəmbərimizdən (s.ə.v.) rəvayət edilən hədislərlə açıq bir şəkildə yalanlanmışdır. Məsələn, Peyğəmbərimizdən (s.ə.v.) rəvayət edilən bir hədisdə:
"İnsanlar 1400-cü ildə Hz. Mehdinin (ə.s.) yanında toplanacaqlar"
(Risaletül Huruc-ül Mehdi, s. 108)
ifadəsilə Hz. Mehdinin (ə.s.) hicri 1400-cü ildə zühur edəcəyi açıq şəkildə xəbər verilmişdir. Son 1000 ilin ən böyük İslam alimi Ustad Səid Nursinin külliyyatında Hz. Mehdinin (ə.s.) hicri 1400-cü ildə zühur edəcəyini bildirmişdir:
İstikbal-i Dünyeviyede - (dünyanın gələcəyində) 1400 il sonra gələcək bir həqiqəti əsrlərinə yaxın zənn etmişdilər. (Sözler, s. 318)
Həqiqətən də hicri 1400-cü ilin başlaması ilə Peyğəmbərimiz (s.ə.v.) tərəfindən bildirilən axır zaman əlamətləri bir-bir və ardıcıl olaraq reallaşmağa başlamışdır.
Peyğəmbərimizdən (s.ə.v.) rəvayət edilən bir çox hədis böyük İslam alimi İmam Rəbbaninin məşhur əsəri Məktubatı-Rəbbanidə, Əhli-sünnə hədis ədəbiyyatında ən əhəmiyyətli altı kitabdan biri olan Sünen-i Əbu Davudda yer tutur. Bunqan başqa, dəfələrlə Səid Nursinin əsərlərindən olan Barla Lahikası, Kastamonu Lahikası və Şüalarda və Ustadın hicri 1327-ci ildə Şamda Əməvi Məscidində on min adama verdiyi xütbəsində Hz. Mehdinin (ə.s.) hicri 1400-cü ildə çıxacağı çox açıq bir şəkildə ifadə edilmişdir.
(Bu mövzu ilə əlaqədar digər məlumatlar üçün baxın: http://www.hazretimehdi.com/1400_1500.html)
Peyğəmbərimizdən (s.ə.v.) rəvayət edilən hədislərdə və İmam Rəbbani, Cəlalləddin Suyuti, Əhməd ibn Hənbəl, Ustad Səid Nursi kimi böyük İslam alimlərinin əsərlərində ümmətin ömrünün hicri təqvimi ilə 1500-cü ilə qədər olacağını qeyd edilmişdir.
‘’Mənim ümmətimin ömrü 1500 ili keçməyəcək’’
(Suyuti, el-Keşfu an Mücavezeti Hazihil Ümmeti el-Elfu, el-havi lil Fetavi, Suyuti. 2/248, tefsiri Ruhul Beyan. Bursevi)
(Ərəbcə) 4/262, Əhməd ibn Hənbəl, Kitabu'l-İləl, səh. 89.)
Səid Nursi ümmətin ömrünün hicri 1500-cü ilə qədər olacağını söyləmişdir
"...Birinci cümlə, min beş yüz (1500) il mövqesilə axır zamanda bir taife-i mücahidinin (din üçün çalışanların) son zamanlarına və ikinci cümlə, min beş yüz altı (1506) il mövqesilə, qalibanə (qalib olan) mücahidənin (Allah yolunda göstərilən səyin) tarixinə... işarə edir. Bu tarixə qədər (1506) zahir (görünən) və aşikaranə (açıq, müəyyən), bəlkə qalibanə davam edəcəyinə rəmzə yaxın (işarə yolu ilə eyham edir)..."
(Sikke-i Tasdik-i Gaybi, s. 46)
Ustad Kastamonu Lahikasının 33-cü səhifəsində qiyamətin qopacağı tarix 1545-ci il olaraq vermişdir (Doğrusunu Allah bilir).
"Ümmətimdən bir taifə (din üçün çalışan rəhbər) Allahın əmri gələnə qədər (qiyamətə qədər) haqq üzərində olacaq".
"Ümmətimdən bir taifə.." hədisinin bu hissəsinin məqam-i cifrisi (cifr hesabına görə olan nəticə, ədəd dəyəri) 1542 (2117) edərək nəhayəti-davamına (varlığının sonuna) işarə edir. "Haqq üzərində olacaq" (şəddə ədədlər) hədisinin də, məqam-i cifrisi (cifr hesabına görə olan nəticə) 1506 (2082), bu tarixə qədər zahir və aşikaranə (açıq və aşkar), bəlkə qalibanə, sonra da 1542-yə (2117) qədər, gizli və məğlubiyyət içində vəzife-yi tənviriyəsinə (açıqlama vəzifəsinə) davam edəcəyinə rəmzə (işarəyə) yaxın eyham edir. "Allahın əmri gələnə qədər" (şəddə ədədlər) hədisinin məqam-i cifrisi ( cifr hesabına görə olan nəticə) 1545 (2120) kafirin başında qiyamət qopmasına eyham edir. (Kastamonu Lahikası, səh. 33)
Bu səhih qaynaqlar istiqamətində Hz. Mehdinin (ə.s.) zühurunun hicri 1500-cü ildən sonrakı əsrdə olmayacağı son dərəcə açıqdır. Ümmətin ömrü hicri 1500-cü ilə qədər olacağına və bütün axır zaman əlamətləri hicri 1400-1500 arasındakı 100 illik dövrdə reallaşacağına görə belə bir iddia son dərəcə əsassızdır. Bütün müsəlmanlar Peyğəmbərimizdən (s.ə.v.) rəvayət edilən axır zamanla əlaqədar səhih hədislərə və ən böyük İslam alimlərinin izahlarına tamamilə güvənməlidirlər.
Hicri 1400-cü ildən başlayaraq, ardıcıl olaraq reallaşan axır zaman əlamətləri Hz. Mehdinin (ə.s.) zühur etdiyini göstərir:
1. Hədislərdə Peyğəmbərimiz (s.ə.v.) Hz. Mehdinin (ə.s.) çıxış əlamətlərinin sanki "təsbeh dənələri kimi" ardıcıl meydana gələcəyini, bu inkişafın da Hz. Mehdinin (ə.s.) çıxdığının xəbərçisi olacağını açıq bir şəkildə bildirmişdir:
Allah Elçisi səlləllahu əleyhi və səlləm buyurdu:
"Köhnəlmiş ipi qopan bir boyunbağının dənələri kimi bir-birinin ardınca gələn əlamətləri gözləsinlər"
Əbu Hüreyre radıyallahu anh. Tirmizi.
Qiyamət əlamətləri bir-birini təqib edərək meydana gələr. Bir ipdəki muncuqların ard-arda qopması kimi.
(Ramuz-El Ehadis, 277/6; Camiü's-Sagir, 3/167)
Həqiqətən də, hicri 1400-cü ilin başlaması ilə mövzu ilə əlaqədar olan əlamətlər "bir silsilə kimi" ardıcıl zühur etməyə başlamışdır. Hz. Mehdinin (ə.s.) hicri 1400-cü ildə çıxacağını qəbul etməyənlər bu əsrdə ardıcıl reallaşan axır zaman əlamətlərini qətiyyən izah edə bilməzlər.
2 oktyabr 1980-ci il tarixində İran-İraq arasında müharibə başlamışdır. Hədisdə müharibə haqqında bu şəkildə bəhs edilir:
"Şəvval ayında qiyam, zilqadədə (Ay təqviminin on birinci ayı) hərb məsləhətləşmələri, zilhiccədə isə müharibə baş verəcək."
(Kıyamet Alametleri, s. 166)
Hədisdə verilən tarixlər İran-İraq müharibəsinin inkişaf mərhələlərilə üst-üstə düşür:
İran şahına qarşı olan ilk qiyam bilindiyi kimi hədisdə ifadə edilən 5 şəvval 1398-ci (8 sentyabr 1976) ildə olmuşdur. Hicri 1400-cü il zilhiccə (1980 oktyabr) ayında da İran-İraq arasında müharibə başlamışdır.
(Ətraflı məlumat üçün baxın: http://www.hazretimehdi.com/cikis04.php#10)
Hədislə 1980-ci ildə reallaşan İran-İraq müharibəsi arasında tarixlər və hadisələr baxımından tam bir uyğunluq vardır. Hədisdə qeyd edilən tarixlər, hadisənin şəkli, yeri, bölgəsi və müddəti tamamilə eynidir. Bütün bu vəziyyətlərə baxmayaraq, Hz. Mehdinin (ə.s.) hicri 1400-cü ildən sonrakı bir əsrdə zühur edəcəyini iddia etmək son dərəcə yanlışdır. İran-İraq müharibəsi hədisdə verilən təfsilatı ilə reallaşmışkən, başqa bir əsrdə yenidən belə bir müharibənin baş verməsi iddiasını ortaya atmaq heç məntiqli deyil.
3. Rusların Əfqanıstanı işğalı etdiyi 1979-cu il hicri 1400-cü ilə, başqa sözlə desək, hicri XIV əsrin əvvəlinə uyğun gəlir. Hədisdə Peyğəmbərimiz (s.ə.v.) bu işğalı belə xəbər vermişdir:
"Talikana (Əfqanıstana) təəssüf oldu. Şübhəsiz Allah-Təalanın orada qızıl və gümüş olmayan xəzinələri vardır. Orada Allahı haqqı ilə bilən insanlar vardır. Onlar axır zaman Hz. Mehdisinin (ə.s.) köməkçiləridir."
(Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, s. 59)
Ayrıca bu rəvayətdə Əfqanıstanın maddi zənginliklərinə də diqqət çəkilir. Bu gün Əfqanıstanda müxtəlif səbəblərlə istifadə edilməyən böyük neft yataqları, dəmir hövzələri və kömür mədənlərinin olduğu məlumdur. Bu hədisdə ifadə edilən Əfqanıstanın işğalı hicri 1400-cü ildə olmuş və hədis tam təsdiqlənmişdir. Hz. Mehdinin (ə.s.) hicri 1400-cü ildə gəlməyəcəyini iddia edənlər başqa əsrdə bütün əlamətlərlə birlikdə Əfqanıstanın yenidən işğal ediləcəyini iddia etmiş olurlar ki, bu iddialarında da tamamilə haqsızdırlar.
4. Fərat çayının suyunun kəsilməsi Hz. Mehdinin (ə.s.) çıxış əlamətlərindəndir. Bu gün Fərat çayının üzərində anbarlar qurularaq suyu kəsilmiş və bu hədis reallaşmışdır.
"Fərat çayının suyu çəkilərək qızıl xəzinəsinin açılması vaxtı yaxınlaşır. Hər kim, o vaxt orada olsa o xəzinədən bir şey götürməsin."
(Hədisi Buxari və Müslim rəvayət etmişlər)
(Riyazü's Salihin, 3/332)
Hz. Mehdinin (ə.s.) bu əsrdə deyil, başqa bir əsrdə çıxacağını iddia edən şəxslər bu vəziyyəti necə izah edəcəklər? Fərat çayının suyu artıq bir dəfə kəsilmişdir. Hədisə görə ilk dəfə kəsilməsi əsasdır. Bu səbəblə yenidən kəsilməsi kimi bir vəziyyətin hədisin reallaşması baxımından artıq bir mənası yoxdur.
5. 1981 və 1982-ci illərinin Ramazan ayında, 15 günlük ara ilə və iki il üst- üstə Ay və Günəş tutulmaları olmuşdur.
(Ətraflı məlumat üçün bakınız:http://www.hazretimehdi.com/cikis07.php#13a)
Bu fövqəladə hadisə Peyğəmbərimiz (s.ə.v.) tərəfindən tarixləri ilə birlikdə açıqlanmış və Hz. Mehdinin (ə.s.) əhəmiyyətli bir çıxış əlamətidir. Bu böyük hadisənin də ardıcıl olaraq iki dəfə Ramazan ayında olduğu kimi başqa bir əsrdə yenidən reallaşması Allahın iznilə bir məna daşımaz, çünki bir dəfə tam olaraq təsdiqlənmişdir.
6. Hədislərdə Peyğəmbərimiz (s.ə.v.) Hz. Mehdinin (ə.s.) çıxış əlamətlərindən birinin "Bir ordunun səhrada qumlara batması" olduğunu bildirmişdir. Hədislərdə bu ordunun döyüş əsnasında səhrada qumlara batacağı çox açıq bir şəkildə ifadə edilmişdir.
...Ona bir ordu göndəriləcək. Bunlar yerin çölündə ikən yerə batırılacaqlar.
(Müslimdən;Geleceğin Tarihi 4, s.31)
Amerikanın 2003-cü ildə İraqı işğal etməsindən sonra İraq ordusunun Respublika mühafizəçiləri adlanan 60 min şəxsi heyəti və təxminən 15 min fədai heyəti yox olmuşdur. Qəzetlər "Mühafizəçilərə nə oldu? Səddam və ordusu itkin düşüb, Səddamın təyyarələri qumlardan çıxarıldı" kimi xəbərlərlə bu fövqəladə vəziyyəti xəbər vermişlər.
(Ətraflı məlumat üçün baxın: http://www.hazretimehdi.com/signs/signs021.html)
Hz. Mehdinin (ə.s.) sonra çıxacağını, zühur vaxtının bu əsr olmadığını iddia edən şəxslər belə fövqəladə bir hadisənin yenidən reallaşacağını iddia edə bilməzlər. Çünki hədis bütün təfərrüatı ilə reallaşmışdır.
7. Hərəkət istiqaməti hədisdə ifadə edildiyi şəkildə "şərqdən qərbə doğru olan" Halley kometası 1986-cı ildə, yəni hicri 1406-cı ildə Yer kürəsinin yanından keçmişdir.
(Əlaqədar hədislər üçün baxın: http://www.hazretimehdi.com/signs/signs007.html)
Bu iddia sahiblərinə görə parlaq və işıltılı bir ulduz olan və ancaq 76 ildən bir yaşadığımız dünyanın yanından keçən Halley kometası bu sabit keçiş müddətini pozaraq başqa bir əsrdə yenidən keçə bilməyəcəyinə görə belə bir iddia da yersizdir.
8. 1979-cu ildə (Hicri tarixi ilə 1 məhərrəm 1400-cü ildə) Həcc əsnasında Kəbədə böyük bir qırğın olmuşdur. Hadisənin meydana gəldiyi tarix (1 məhərrəm 1400-cü il) hicri 1400-cü ilin ilk günüdür. Burada 30 adam həyatını itirmişdir. Peyğəmbərimiz (s.ə.v.)
Hədisdə "Hz. Mehdinin (ə.s.) çıxacağı il" Kəbədə belə əhəmiyyətli bir hadisənin olacağından bəhs edir.
(Ətraflı məlumat üçün baxın: http://www.hazretimehdi.com/cikis10.php)
"Çıxacağı il" ifadəsi bu baxımdan son dərəcə əhəmiyyətlidir. Çünki həm bu hadisə, həm də Hz. Mehdinin (ə.s.) zühur tarixi 1979-cu ili göstərir. 1979-cu ildə reallaşan bu hadisəndən 7 il sonra həcc əsnasında bir qanlı hadisə də meydana gəlmişdir. Bu dəfə 402 adam öldürülmüşdü. Ancaq bu hadisənin əvvəlkindən fərqi ondadır ki, hadisə Kəbənin içində deyil, yanında reallaşmışdı. Bu iki hadisə də hədislərdə Hz. Mehdinin (ə.s.) çıxış əlaməti olaraq izah edilən "Kəbə basqını və Kəbədə qan axıdılması" hadisələri ilə tam olaraq eyni şəkildə olmuşdur.
Hicri 1400-cü ili keçdiyinə görə, Hz. Mehdinin (ə.s.) başqa bir əsrdə gələcəyini iddia edənlər bu hədislərin və Hz. Mehdinin (ə.s.) çıxış əlaməti olaraq bildirilən bütün digər hədislərin də ardıcıl olaraq yenidən reallaşacağını əsla iddia edə bilməzlər.
9. Hədislərdə "şərq tərəfdən bir atəş görünəcəyi" və bunun Hz. Mehdinin (ə.s.) çıxış əlaməti olacağı bildirilmişdir.
(Ətraflı məlumat üçün baxın: http://www.hazretimehdi.com/cikis11.php)
1991-ci ildə İraq Küveyti işğal etdikdən sonra Küveytə aid neft yataqları yandırılmış, Küveyt və Bəsrə körfəzində çox böyük bir yanğın meydana gəlmişdir. Hədislərdə şərq tərəfdən görünəcək olan bu alovla əlaqədar olaraq, "atəşin sönük bir vəziyyətdə olduğu", atəşin şiddətli əzab olduğu halda insanları bürüyəcəyi, malları yandırıb bitirəcəyi, külək vasitəsilə bulud kimi uçaraq dünyanın hər tərəfinə yayılacağı,..." kimi təfərrüatlar verilmişdir. Verilən bütün təfərrüatlar 1991-ci ildəki bu hadisəyə açıqca işarə edir.
10. Hədisdə Hz. Mehdinin (ə.s.) çıxış əlamətlərindən olan və "tozlu, tüstü qaranlıq bir fitnə" olaraq bildirilən əlamət 11 sentyabr 2001-ci ildə ABŞ-da reallaşdırılan terror hadisəsinə işarə edir. Peyğəmbərimiz (s.ə.v.) bu hadisəni belə xəbər vermişdir:
Tozlu tüstü, qaranlıq bir fitnə görüləcək, bunu digərləri izləyəcək...
(Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 26)
Həqiqətən də 11 sentyabr hücumlarından sonra meydana gələn böyük partlayışlar nəticəsində dəhşətli bir tüstü meydana gəlmiş, bu tüstü həm bütün şəhərdən, həm də ətrafdakı şəhərlərdən görünəcək qədər yüksəlmiş və yayılmışdır. Ayrıca hadisələrlə birlikdə yıxılan binaların meydana gətirdiyi toz buludu bir çox insanın üzərini tamamilə örtmüşdür. Bu böyük terror hadisəsi Hz. Mehdinin (ə.s.) çıxışını müjdələyən digər bütün çıxış əlamətləri ilə birlikdə bu əsrdə reallaşmışdır. Bu vəziyyətdə Hz. Mehdinin (ə.s.) başqa bir əsrdə çıxacağını iddia edənlər bu hadisəni digər bütün hədislərlə birlikdə açıqlaya bilməzlər.
11. Hz. Mehdinin (ə.s.) çıxış əlamətlərindən biri də "onun çıxışından əvvəl" Şam və Misir məliklərinin öldürüləcəyini" xəbər verən hədisdir.
Ondan əvvəl Şam və Misir məlikləri öldürüləcək...
(El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, s. 49)
Bu hədis Hz. Mehdinin (ə.s.) zühurundan əvvəl Orta Şərqdə və Afrika qitəsində yerləşən bəzi dövlət liderlərinin öldürüləcəyini xəbər verir.
1920-ci ildə Suriyanın əvvəlki Prezidenti Səlah Əl-Din Bitər, 1921-ci ildə Suriyanın baş naziri Droubi Paşa, 1949-cu ildə Suriyanın Baş naziri Muhsin Əl-Barazi, 1951-ci ildə İordaniya Kralı Abdulla, 1963-cü ildə İraq Hava qüvvələri tərəfindən törədilən inqilab əsnasında öldürülən İraqın keçmiş Kralı Əbdül Qassim və 1982-ci ildə Livanda bombalı sui-qəsdə məruz qalan Falanjist Lideri Bəşir Cəmayəl kimi bir çox liderin öldürülməsilə bu hədis reallaşmışdır. Hz. Mehdinin (ə.s.) çıxışının başqa bir əsrə qaldığını iddia edən şəxslər ardıcıl reallaşan və Hz. Mehdinin (ə.s.) çıxışından əvvəl meydana gələn bu hadisələrin yenidən və digər bütün əlamətlərlə birlikdə reallaşmalı olduğunu bildiklərinə görə onların belə bir iddiası çox mənasız olacaq.
12. Hz. Mehdinin (ə.s.) çıxış əlamətlərindən biri də Azərbaycanın işğal edilməsidir. 20 Yanvar 1990-cı ildə Azərbaycana aid Dağlıq Qarabağ ermənilər tərəfindən işğal edilmiş və bu vaxt çox sayda müsəlman azəri türkləri şəhid olmuşdur. Hədisdə bildirilən " ... Azərbaycandan mütləq bir atəş çıxacaq. Və heç bir şey onun qarşısında dayana bilməyəcək. Belə bir şey olunca evinizdə oturun..."
(Ətraflı məlumat üçün baxın: http://www.hazretimehdi.com/azerbaycan.html)
şəklində ifadə edilən hadisə 1990-cı ildəki bu işğalla reallaşmışdır. Hz. Mehdinin (ə.s.) bu əsrdə deyil, daha sonrakı bir əsrdə zühur edəcəyini iddia edənlər bu hədisi və reallaşdığı tarixi sonrakı bir əsr baxımından necə şərh edəcəklər? Belə dəqiq reallaşan bir hadisəni izah etmələri qeyri-mümkündür.
13. Hədisdə Fərat çayının kəsilməsindən sonra bölgədə böyük terror hadisələrinin olacağına və çox saylı insanın tələfatına diqqət çəkilmişdir. Həqiqətən də Fərat çayının kəsilməsindən sonra bölgədə PKK terror hadisəsi baş vermiş və çox sayda insan ölmüşdür. Digər tərəfdən də, Fəratın suyu kəsilərək üzərində anbarlar qurulmasından sonra bölgədə böyük bir iqtisadi potensial da ortaya çıxmışdır və bölgənin torpaqlarının dəyəri artmışdır. Bütün bu hadisələr Peyğəmbərimizdən (s.ə.v.) rəvayət edilən bu hədisin reallaşdığını göstərir:
"Fərat çayının suları çəkilərək altından bir dağ ortaya çıxacaq, İnsanlar bunu götürmək üçün vuruşacaq və hər yüz adamdan biri həyatda qalacaq. Bu zaman gələnə qədər qiyamət qopmaz."
(Müslim, Fiten, 29)
O zaman Hz. Mehdinin (ə.s.) bu əsrdə gəlməyəcəyini iddia edənlər hal-hazırda yaşanan və hədisə görə təsdiqlənən bu vəziyyəti görməməzlikdən gəlib belə bir iddiada ola bilməzlər.
14. Hz. Mehdinin (ə.s.) çox dəqiq çıxış əlamətlərindən biri olan və İmam Rəbbani tərəfindən bildirilən əhəmiyyətli bir əlamət də buynuzu xatırladan iki uclu bir ulduzun çıxmasıdır. Bu kometa 24 fevral 2009-cu ildə dünyaya ən yaxın yerdən keçən Lulin kometasıdır. Bu ulduz hədisdə bu şəkildə qeyd olunmuşdur.
"Vəd edilən Mehdinin (ə.s.) zühur müqəddimələri olan Abbasi Məlik Xorasana çatdığı zaman şərq tərəfində iki dişli münəvvər bir buynuz çıxar."
İmam-ı Rabbani, Mektubat-ı Rabbani, 381. Mektup, s.1184
Həqiqətən də bir daha minlərlə il sonra keçəcəyi düşünülən Lulin kometası hədisdəki bu təriflərə tam olaraq uyğun gəlir.
Hz. Mehdinin (ə.s.) hicri 1400-cü ildə çıxacağı həqiqətini inkar edənlər və başqa bir əsrdə çıxacağı iddiası ilə ortaya çıxanlar bu böyük əlamətin reallaşmasını qətiyyən şərh edə bilməzlər.
15. Günəşdə böyük bir əlamətin meydana çıxması hədislərdə Hz. Mehdinin (ə.s.) çıxış əlamətlərindən biri olaraq xəbər verilmişdir:
"O, (Hz. Mehdi (ə.s.)) Günəşdən bir əlamət meydana çıxana qədər gəlməyəcək."
(El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 47)
Həqiqətən də, Günəşdə bu günə qədər müşahidə edilən partlayışların ən böyüyü 2003-cü ilin noyabr ayında, yəni hicri 1430-cu ildə meydana gəlmişdir. Belə böyük bir partlayışın ilk dəfə yaşadığımız bu əsrdə reallaşması və mətbuatda bu partlayışın "Günəşdə ən böyük partlayış meydana gəldi" kimi başlıqlarla qeyd edilməsi Hz. Mehdinin (ə.s.) çıxış əlamətlərindən daha birinin reallaşdığının göstəricisidir.
16. Hədislərdə Hz. Mehdinin (ə.s.) çıxışından əvvəl böyük bir iqtisadi böhranın meydana gələcəyi Peyğəmbərimiz (s.ə.v.) tərəfindən xəbər verilmişdir. İnsanların "az qazanc, bazarın durğun olması, işlərin kasad getməsi" kimi iqtisadi çətinliklərdən şikayətlənəcəkləri bir çox hədislə bildirilmişdir.
(Ətraflı məlumat üçün baxın: http://www.hazretimehdi.com/ekonomi.html)
Mövzu ilə əlaqadar hədislər bu an bütün dünyada yaşanan böyük iqtisadi böhrana tam olaraq uyğun gəlir. Dünyanın Amerika, Çin, Almaniya kimi böyük dövlətlərin iqtisadiyyatları ağır itkilər vermiş, dünya tərəfindən məşhur nəhəng şirkətlər, banklar, sənayelər böhrana uğramışdır. Axır zamanın bu əhəmiyyətli hadisəsi tam olaraq hədisdə qeyd edilmişdir və hədis reallaşmışdır.
17. Hz. Mehdinin (ə.s.) çıxış əlamətlərindən biri də hədislərdə İtaliyada olacağı bildirilən böyük bir zəlzələ ilə əlaqədardır. Hədisdə İtaliyada böyük bir zəlzələ baş verəcəyi və Vatikanda təxribat olacağı bildirilmişdir.
"Hz. Mehdi (ə.s.) və tələbələri Romanı təsbih və təkbirlə fəth edəcəklər... O şəhərin - Vatikanın divarları, binaları bir-bir yıxılacaq ..."
(Muhammed B. Resul El Hüseyin El Berzenci,Kıyamet Alametleri, sf. 204)
2009-cu il aprelin 6-da İtaliyada meydana gələn zəlzələ hədislərdə bildirilən Hz. Mehdinin (ə.s.) çıxış əlamətini bir daha reallaşdırmışdır. Hz. Mehdinin (ə.s.) daha sonra çıxacağını iddia edən şəxslər İtaliyada meydana gələn və Vatikanda da təxribat yaradan belə böyük bir zəlzələni görməməzlikdən gələ bilməzlər.
18. 15 noyabr 1979-cu ildə dünyanın 4-cü böyük tankeri olan 150 min qrostonluk İndependenta adlı Roman tankeri İslam aləminin son mərkəzi olan İstanbula gəldiyi zaman bir qəza nəticəsində adada saya oturdu. Bu an istanbullular böyük bir partlayışın səsi ilə qorxu və dəhşət yaşadılar. Günlərlə böyük bir atəşlə yanan tanker axırda Heydərpaşa yaxınlığında batdı.
(Ətraflı məlumat üçün baxın: (http://www.hazretimehdi.com/patlama1.html)
(http://us1.harunyahya.org/Detail/T/7EZU2FZ0164/productId/12777/)
Peyğəmbərimizdən (s.ə.v.) rəvayət edilən bir hədisdə belə bildirilir:
Əbu Cəfər ibn Məhəmməd ibn Əlidən (r.a.) rəvayət edildi.
Siz üç və ya yeddi gün şərqdən bir atəşi gördüyünüz zaman Əli-Məhəmmədin (Hz. Mehdinin (ə.s.)) çıxmasını gözləyin, İnşaallahu-Təala bir münadi (göydən bir mələk) Mehdinin adı ilə səmadan (göydən) səslənəcək ki, şərqdə-qərbdə olan hər kəs bu səsi eşidəcək. Elə ki, qorxudan yuxuda olanlar oyanacaq, ayaq üstə duran oturacaq, oturan isə ayağa qalxacaq.
(Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman , s. 32)
Hədisdə verilən məlumatlardan bu hadisənin Hz. Mehdinin (ə.s.) çıxış yeri olan İstanbula gəldiyi günlərdə meydana gələcəyi bildirilmişdir. Göy gurultusu kimi çox yüksək bir səslə günlərlə davam edən nəhəng atəş və tüstü buludu ilə və ara-sıra meydana gələn partlayışlarla Hz. Mehdinin (ə.s.) İstanbula gəldiyi insanlara xəbər verilmişdir.
Hz. Mehdinin (ə.s.) hicri 1400-cü ildə çıxmadığı, daha sonrakı bir əsrdə çıxacağı fikrində olanlar bu və digər bütün əlaqədar hədislər arasındakı tarixi uyğunluğu və ardıcıl olaraq həyata keçən hadisələrə qarşı diqqətsizlik edə bilməzlər.