Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (03 noyabr 2011, 20:00)
Adnan Oktar: Rum surəsi, 32.
"O müşriklər ki", Allah bunlara müşrik deyir, xurafatçı dəstəsinə,
"Öz dinlərini parçalara ayırıb", baxın haqq olan tək dini təriqətlərə, hissələrə, məzhəblərə, camaatlara ayırıb,
"Özləri də parça-parça olublar", yəni öz aralarında da bölünüblər,
"Belə ki, hər qrup öz əlindəkiylə öyünüb sevinir". Allah: “Biz əhli-nəcatıq, firqəyi-naciyəyik, xilas olan qrup bizik deyə öyünürlər” deyir. Allah tək bir din istəyir, tək bir cəmiyyət, tək bir ümmət. Allah: “Onsuz da Quran bütün müsəlmanlara xitab edir, yəni Amerikalı müsəlmana ayrı, Türkiyəli müsəlmana ayrı xitab etmir” deyir. Xitab etdiyi vaxt: "Ya əyyuhəl möminun" deyildikdə, bütün müsəlmanlar nəzərdə tutulur, hamısı. Onlar: “Firqəyi-naciyə bizik. Qardaşım neçə firqəyi-naciyə var? Axırzamanda firqəyi-naciyə mehdiyyətdir, Peyğəmbərimiz (s.ə.v)-in hədislərinə görə başqa firqəyi-naciyə yoxdur. Allah bölünməni istəmir, lakin hazırda təbii ki, zəruri olduğuna görə, məzhəblər var. Lakin biz bunu sevərək və istəyərək etmirik, məcbur olduğumuz üçün, hz. Mehdi (ə.s) çıxana qədər qəbul edirik. Hz. Mehdi (ə.s) çıxdıqda onsuz da bu fitnədir. Din məzhəblərə bölünə bilməz. Zəruri olduğu üçün, hazırda qəbul edirik. Yoxsa hz. Mehdi (ə.s) çıxdıqda, bütün məzhəblər aradan qalxır, tək inşaAllah.
Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (12 dekabr 2011, 22:00)
Adnan Oktar: Şeytandan Allaha sığınıram. Rum surəsi, 32.
"Öz dinlərini parçalara ayırıb" nə deməkdir? Məzhəblər, hissələr.
"Özləri də parça-parça olublar", camaatlara, qruplara ayrılıblar,
"Belə ki, hər qrup öz əlindəkiylə öyünüb sevinir". Ən böyük müctəhid, ən böyük mücəddid bizik, qurtulanlar bizik, əsrin lideri mənəm, bizik, digərləri dəlalətdədir deyirlər. Hazırda ümmətin çox hissəsi bu vəziyyətə düşmədi mi? Düşdü.