Şeyx Tusinin Qeyb əsərindən:

Fəzl, Musa ibn Sədan və Abdullah ibn Qasım əl-Hazremi vasitəsilə Əbu Səid əl-Xorasanidən rəvayət edər:

Əbu Abdullaha (Cəfər Sadiq əleyhissalam) soruşdum:

"Əl-Mehdi və əl-Qaim eyni adamdırmı?"

"Bəli!" dedi.

"Nə üçün əl-Mehdi olaraq adlandırırlar?" dedim.

Buyurdu ki:

"Çünki, özünə bütün gizli şeylər göstərilmişdir. Əl-Qaim olaraq adlandırılması da öldüyü deyildikdən (yəni, çıxışından ümid kəsildikdən, çıxmayacağı iddia edildikdən) sonra böyük bir əmrlə qiyam edəcəyi üçündür."

(Məclisi, Biharül-Ənvar, Beyrut, 1404, c. 51, səh. 30)