Son illərdə müsəlman ölkələrində baş verən ictimai iğtişaşlar Hz. Mehdinin (ə.s) çıxış əlamətlərindəndir
Peyğəmbərimizin (s.ə.v) axırzaman və hz. Mehdinin (ə.s) çıxış əlamətləri ilə əlaqədar verdiyi ətraflı məlumatlar bir-birinin ardınca zühur edir. Hədislərdə bildirilən əlamətlər arasında müsəlman ölkələrində baş verən hadisələrdən də bəhs edilmişdir. Peyğəmbərimizdən (s.ə.v) edilən rəvayətlərdən məlum olur ki, müsəlman ölkələrində baş verən qarışıqlıqlar, fitnələr və böyük hadisələr hz. Mehdi (ə.s) çıxana qədər davam edəcək (doğrusunu Allah bilir).
Hal-hazırda müsəlman ölkələrində müharibə və qarşıdurmalar, terror, şiddət, anarxiya, qarışıqlıq, qırğınlar, işgəncələr və əxlaqi degenerasiya dözülməz həddə çatıb. Bu ölkələrdə baş verən hadisələr hədislərdəki izahlarla üst-üstə düşür. Bölgədə yaşanan anlaşılmazlıqlar, döyüşlər, işgəncə və qırğınlar hz. İsanın (ə.s) nüzulu və hz. Mehdinin (ə.s) zühuru ilə bağlı olan əlamətlərdəndir.
Peyğəmbərimiz (s.ə.v) müsəlman ölkələrində baş verən hadisələri 1400 il əvvəldən xəbər vermişdir
Əfqanıstanın iki dəfə işğal edilməsi
“Taliqana (Əfqanıstana) heyif oldu. Şübhəsiz, Allahu-təalanın orada qızıl və gümüş olmayan xəzinələri var. (Kitab-ül Burhan Fi Alameti-il Mehdiyy-il Ahir Zaman, səh. 59)” hədisində Əfqanıstanın axırzamanda işğal ediləcəyinə dair işarə var. Həqiqətən də, rusların Əfqanıstanı işğal etdiyi 1979-cu il hicri 1400-cü ilə, yəni XIV əsrin əvvəlinə təsadüf edir. Əfqanıstan 2001-ci ildə başda ABŞ olmaqla, NATO ilə bağlı ölkələr tərəfindən “Terrora qarşı mübarizə, insani kömək, ölkənin yenidən inşa edilməsi və demokratiya” adı altında ikinci dəfə işğal edilmişdir. İkinci işğal 70.000-dən çox insanın ölümü, əkin ərazilərinin əksəriyyətinin minalanaraq yox edilməsi, bunun nəticəsində aclıq və epidemiyadan (başda uşaqlar olmaqla) hər gün yüzlərlə insanın ölümü ilə nəticələnmişdir. Ölkə başdan ayağa dəfələrlə bombardmana məruz qalmış və bu, bu gün də arasıkəsilmədən davam etdiyi üçün sığınma yerləri qalmamış, beləliklə, əhalinin 70%-i işsiz, ac və susuz küçələrdə yaşamağa məcbur olmuş, hər cür sağlamlıq və təhsil imkanlarından məhrum olmuşlar.
Bağdadın alovlarla yox edilməsi
“Axırzamanda Bağdad alovlarla yox ediləcək…” (Risalet-ül Huruc-ül Mehdi, 3-cü cild, səh. 177)
2003-cü ildə İraq müharibəsinin ilk günlərindən etibarən Bağdad ən çox bombardmana məruz qalan şəhərlərdən biri olmuşdur. Güclü bombardman gecələr Bağdadın hədisdə xəbər verildiyi kimi, alov-alov yanmasına səbəb olmuşdur. Bağdadın qəzet və televizor xəbərlərində verilən görüntüləri yuxarıdakı hədisdə diqqət çəkilən “alovlarla yox ediləcək” ifadəsinə tamamilə uyğundur.
Şam, İraq və Ərəbistanda qarışıqlıq
Rəsulullah (s.ə.v) belə buyurmuşdur: “… Elə bəla və müsibətlər olacaq ki, heç kim sığınmağa bir yer tapmayacaq. Bu bəlalar Şamın ətrafında dolanacaq, İraqın üzərinə çökəcək. Ərəbistan yarımadasının əlini və ayağını bağlayacaq… Onlar bəlanı bir tərəfdə dəf etməyə çalışarkən, o, digər tərəfdən yenə ortaya çıxacaq”. (Kenzul Ummal, Kitab-ul kıyame kısm-ul efal, c.5, səh. 38-39)
İraqın yenidən qurulması
“… İraqa hücum edilmədikcə qiyamət qopmaz. İraqdakı günahsız insanlar Şama doğru sığınmağa yer axtararlar. Şam yenidən qurular, İraq da yenidən qurular”. (Kenzul Ummal, Kitab-ul kıyame kısm-ul efal, c.5, səh. 254)
Hədisdə İraqın yenidən qurulacağına diqqət çəkilir. Əvvəl İran-İraq müharibəsi, sonra Körfəz müharibəsi, sonra da 2003-cü il İraq müharibəsindən sonra İraqda bir çox şəhər yerlə-yeksan edilmişdir. Bu müharibədən sonra baş verən qarət hadisələrinin təsiri ilə böyük xarabalığa çevrilən İraqın yenidən qurulması məcburi olmuşdur.
İraqın üç hissəyə bölünməsi
İraq xalqı üç firqəyə ayrılar. Bir qismi soyğunçulara qoşular. Bir qismi ailələrini arxada qoyub qaçar. Bir qismi döyüşər və öldürülər. Siz bunları gördüyünüz zaman qiyamətə hazırlaşın. (Yusuf el-Makdisi, Fera İdu Fevaidi’l Fikr Fi’l İmam El-Mehdi El-Muntazar)
Hədisdə xəbər verilir ki, xalqın bir qrupu soyğunçulara qoşulacaq. Münaqişədən sonra hakimiyyət boşluğundan istifadə edərək, İraqda böyük qarətlər edilmişdir. Hədisdə xalqın bir qisminin olduqları yerdən tezliklə qaçmağa cəhd edəcəkləri, hətta arxada qoyduqları ailələrini belə düşünməyəcəkləri xəbər verilmişdir. Qəzetlərdə buna dair xəbərlər diqqət çəkicidir. Hədisdə xalqın bir qisminin isə döyüşəcəyi və öldürüləcəyi bildirilir. İraq müharibəsində bir qrup insanlar müxtəlif bölgələrdə mübarizəyə qatılmış və şəhid edilmişlər.
Misirdə baş verən hadisələr və Misirin prezidenti Hüsnü Mübarəkin hədislərdə ətraflı şəkildə təsvir edilməsi
Misir son günlərdə tarixin ən qarışıq dövrlərindən birini yaşayır. Qarşıdurmalar sürətlə davam edərkən iki milyon aksiyaçı meydanlara çıxmışdır. Misirdə baş verən hadisələrin və 1981-ci ildən bəri Misirin prezidenti Hüsnü Mübarəkin fiziki xüsusiyyətlərinin Peyğəmbərimizin (s.ə.v) hədislərində ətraflı təsvir edilməsi isə çox heyrətamizdir.
HZ. MEHDİ (Ə.S) DÖVRÜNDƏ MİSİRDƏ ZÜHUR EDƏN ALA QARĞA
Naim bin Həmmad Fitən və Əbu Cəfər Məhəmməd bin Əlidən (ə.s) rəvayət etdilər. Buyurdu ki: “Abbasi Xorasana çatdığı zaman Şərqdə buynuz şəklində bir ulduz çıxar… O ulduzun doğulması Günəş və Ay tutulmasından sonra olacaq. Sonra fitnələr “ala qarğa” Misirdə zühur edənə qədər davam edər. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 32)
Hədislərdə deyildiyi kimi, Hüsnü Mübarəkin üzü, saçı, gözlərinin forması, baxışları, üzündəki ifadə, burnu və ağız quruluşu qarğaya bənzəyir. Peyğəmbərimiz (s.ə.v) bu şəxsin fitnələrin yaşandığı və iki uclu kometanın çıxdığı dövrdə yaşayacağını bildirir. Bəhs edilən Lulin kometası 2009-cu ilin fevral ayında Yer kürəsinə ən yaxın nöqtədən keçmişdir. Buna görə də hədisin dövrümüzə baxdığı açıq şəkildə aydın olur. Peyğəmbərimizin (s.ə.v) “Misirdə zühur edən ala qarğa” bənzətməsi Hüsnü Mübarəkə tam uyğun gəlir. (Doğrusunu Allah bilir)
… ÇÖKÜK BURUNLU:
Deyləmi Əbu Əli Mərdənidən (ravi silsiləsi ilə), o da Əbu Zərdən, o da Rəsulullahdan (s.ə.v) rəvayət etdilər. Buyurdu ki: Misirdə Qüreyşdən bir adam çıxar, çökük burunludur, məğlub olar və mülkünü zail edər və Ruma qaçar. Onları tutub İskəndəriyyəyə gətirər və müsəlmanlarla döyüşər və ilk məlhamə bu olar. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 30)
Hüsnü Mübarəkin burnu eynilə hədisdə təsvir edildiyi kimidir.
… YAXŞILARI ÖLDÜRƏN ZALIM MİSİRLİ
Başqa bir rəvayətdə də “Mahzum qəbiləsinə mənsub olan biri başa keçəcək, daha sonra Mövla gələcək, sonra da qarşı gələni yox edən, uzun boylu, çox qüvvətli, geniş çiyinli bir ərəb başa keçəcək…” (El Kavlul Muhtasar Fi Alamatil Mehdiyyil Muntazar, səh. 30)
Bu hədisdə bildirilən xüsusiyyətlərin hər biri Hüsnü Mübarəkə uyğun gəlir. Məsələn, Hüsnü Mübarəkin uzun boylu olması prezidentliyə namizədlik tələblərinə daxil etmişdir. Özü də eynilə hədisdə ifadə edildiyi kimi uzun boyludur.
Hədisdə bildirilən başqa bir xüsusiyyət isə bu insanın özünə qarşı gələni yox etməsidir. Belə ki, Mübarək dövlət başçısı olduğu illərdə xalqa və xüsusilə də müsəlmanlara etdiyi zülmlərə və diktator rəhbərliyinə görə, “son firon” kimi xatırlanır.
Peyğəmbərimiz (s.ə.v) bu adamın bədəncə qüvvətli və geniş çiyinli olduğundan da bəhs etmişdir. Həm keçmişdə əsgər olması, həm də 25 min şəxsi ordusu olduğuna görə, zahirən qüvvətli olan Mübarəkin fiziki cəhətdən də də güclü və geniş çiyinli olduğu açıq şəkildə görünür.
Darvinist-materialist dünyagörüşü müsəlman ölkələrini müharibə və qarışıqlığa sürükləmişdir
Peyğəmbərimizin (s.ə.v) “Hələ bir tərəfdə sönməmiş, digər tərəfdə alovlanan fitnələr görünəcək və səmadan bir münadinin “Əmriniz nədir” şəklindəki səsinə qədər belə davam edəcək. (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s.25)” və “Fitnələr ard-arda davam edər… “Nə vaxt bitdi?” -deyilər, yenə də davam edər gedər” (Kitab-ül Burhan Fi Alamet-il Mehdiyy-il Ahir Zaman, s. 36)” hədisləri ilə diqqət çəkdiyi kimi, müsəlman ölkələrində qarışıqlıq və şiddət hadisələri ard-arda yaşanacaq. Müsəlman ölkələrinin yaşadıqları qarışıqlıq və parşalanmanın təməlində Peyğəmbərimizin (s.ə.v) fitnə kimi bildirdiyi darvinist və materialist dünyagörüşün böyük təsiri var. Bu ölkələr İslam dinini qəbul etmələrinə baxmayaraq, Quran əxlaqının gətirdiyi sevgi və sülh ruhunu tam mənada yaşamırlar. Bu ölkələrin çoxunda uzun illərdir darvinist təhsilə üstünlük verilir, dövlət rəhbərləri darvinizmi dəstəkləyir, gənclər darvinist-materialist kimi yetişdirilir. İslami camaatların və qrupların əzilməsi, din əxlaqının azad şəkildə yaşanmasına mane olunması, xristianlara qarşı hücumlar Quran əxlaqına tamamilə müxalif olan darvinist-materialist dünyagörüşün nəticəsidir. Son günlərdə Misir və Tunisdəki yaşanan hadisələrdə də etirazların zamanla təcavüzkarlığa, talan və zorakılığa çevrilməsi eyni dünyagörüşün nəticəsidir.
Tunisdə, Misirdə və bəzi İslam ölkələrində yaşayan qardaşlarımız haqlı və qanuni tələblərini ifadə edərkən, insani və konstitusion hüquqlarını qazanmaq üçün mübarizə apararkən bunu mütləq Qurana və Peyğəmbərimizin (s.ə.v) sünnəsinə uyğun etməlidirlər. Allahın bildirdiyi yol, Peyğəmbərin (s.ə.v) göstərdiyi həll yolu göz ardı edildiyində Allah arzu edilən müvəffəqiyyəti verməz.
Müsəlmanların parçalanması davam etdikcə və darvinist-materialist dünyagörüş sona çatmadıqca Misirdə reallaşan heç bir etiraz, heç bir döyüş və bunlara qarşı qoyulan heç bir qadağa və heç bir texniki tədbir problemi həll etməyəcək. Tam əksinə, belə hadisələrin nəticəsində müsəlman xalq daim əzilmiş, zərər çəkmiş, itkilər vermişdir. Belə hadisələr daim müsəlman xalqın əzab çəkməsinə və zülm görməsinə səbəb olmuşdur. Bu səbəbdən, çətinliklərin, əzabların, haqsızlıqların sona çatması üçün küçələrə tökülmək, polislə və əsgərlə mübarizə aparmaq, muzeyləri yağmalamaq, dinc əhalini narahat edib qorxutmaq yox, darvinist zehniyyəti tərk etmək və müsəlmanları qardaşlığa çağırmaq lazımdır. Allah belə hadisələrlə müsəlmanlara parçalanmağın dəhşətli nəticələrini göstərir və darvinist-materialist anlayışın gətirdiyi dünyagörüşünü tərk etməyin lazım olduğunu xatırladır.
Müsəlman ölkələrdə yaşanan hadisələr Mehdiyyətin bir hissəsi kimi inkişaf edir
Hədislər müsəlman ölkələrdə yaşanan hadisələrdən sonra İslam aləmində bəzi dəyişikliklərin yaşanacağını müjdələyir. Bir çox İslam ölkəsində demokratik olmayan rəhbərliklər məzlum xalqı uzun illərdir təzyiq altında saxlayır. Bu rəhbərliklərin ədalətsiz siyasəti xalqı yoxsulluq içində buraxmışdır. Xalqın düşüncəsini ifadə etməsini, dinini istədiyi kimi yaşamasını, İslamı azad şəkildə izah etməsini qadağan edən, bu qadağalara riayət etməyənləri işgəncələrlə, həbslərlə, hətta ölüm təhdidi ilə təzyiq altına almağa çalışan bu düşüncə dəyişməlidir. Peyğəmbərimizin (s.ə.v) “… Heç bir tərəfin ondan məhfuz qalmayacağı bir fitnə zühur edəcək, bu fitnə bir yerdən dərhal başqa bir tərəfə yayılacaq və bu vəziyyət bir münadinin səmadan səslənərək: “Ey insanlar, əmiriniz artıq Mehdidir”, -deməsinə qədər davam edəcək. (El Kavlul Muhtasar Fi Alamatil Mehdiyyil Muntazar, səh. 22)” hədisindəki müjdəsinə görə, fitnələrlə dolu, qorxu və şiddətin hakim olduğu bu qaranlıq dövrün dəyişməsi Allahın hz. Mehdini (ə.s) göndərməsi və bu dəyərli şəxsin vasitəsi ilə mümkün olacaq (doğrusunu Allah bilir).
Müsəlman ölkələrindəki ictimai hadisələr və fitnələr hz. Mehdi (ə.s) vasitəsilə sona çatacaq
”… Onunla (Hz. Mehdi ilə (ə.s)) da fitnədən xilas olacaqlar”. (Kitab-ül Burhan fi Alametil Mehdiyyil Muntazar)
Peyğəmbərimiz (s.ə.v) Allahın izni ilə hədislərində axırzamanın əlamətlərini ətraflı şəkildə izah etmişdir. Hədislərdəki məlumatlara görə, axırzamanın ilk dövrünü meydana gətirən qarışıqlıq və degenerasiyadan sonra Allah gözəl əxlaqdan uzaqlaşıb, qarşıdurmaya uğrayan cəmiyyətləri doğru yola yönəltmək üçün “Mehdi” (doğruya aparan) ismini daşıyan üstün əxlaqlı bir qulunu vəsilə edəcək. Hz. Mehdi (ə.s) İslam dünyasını bir yerə yığacaq və ikinci dəfə dünyaya gələn hz. İsa (ə.s) ilə birlikdə Quran əxlaqının dünyaya hakim olmasına səbəb olacaq. Bu müjdəli xəbərin reallaşması Allahın izni ilə çox yaxındır. İnananlar dünya tarixinin ən xüsusi və ən görkəmli zamanlarından biri olan bu günləri həyəcan və coşğu ilə gözləyirlər.
Müsəlman ölkələr axtardıqları rahatlıq və rifahı tapmaq üçün ittihadi-İslamın qurulmasına səy göstərməli, hz. Mehdinin (ə.s) adını xatırlamalıdırlar.
“Bir fitnə görünər, bunu digər fitnələr izləyər və birincilər sonuncuların qılıncla qarşıdurmaya dönüşünü qamçılayar və bundan sonra bütün haramların halal sayılacağı bir fitnə gələr. Sonra da xilafət (müsəlmanların mənəvi liderliyi) yer üzünün ən xeyirlisi olan hz. Mehdiyə (ə.s) evində oturarkən gələcəkdir”. (Kitab-ül Burhan fi Alametil Mehdiyyil Muntazar, səh.26) hədisində ifadə edildiyi kimi, müsəlman ölkələrində yaşanan hadisələrdə diktator rejimlərə qarşı xalq küçələrdə toplanmış, xalq və dövlət qüvvələrini qarşı-qarşıya gətirmiş, bir-birlərinə qarşı savaşmışlar. Halbuki dəyişmə küçə qarşıdurmaları, yağmalar, təcavüzkarlıq və şiddətlə reallaşdırıla bilməz. Şiddətə əsaslanan vasitə dəyişikliyi, insanların həsrət qaldıqları və ehtiyacları olduğu rahatlığı, rifahı və etibarı təqdim etməz. Bəzi müvəffəqiyyətlər və inkişaflar əldə edilə bilər. Amma bu, tam təmin edici həll meydana gətirməz. Əsl həll ancaq Allahın və Rəsulullahın (s.ə.v) göstərdiyi yola tabe olmaqla təmin edilə bilər. Allahın və Elçisinin (s.ə.v) göstərdiyi həll isə bütün İslam aləminin mənəvi lider ətrafında birləşməsi, Türk-İslam Birliyinin təsis edilməsidir.