Hz. Əmr b. Avfdən (r.ə.) rəvayət edilmişdir: Rumlara aid Konstantiniyyə zikrlə və təkbirlə müsəlmanlar tərəfindən fəth edilmədikcə qiyamət qopmaz. (Ramuz-əl-Ehadis, s. 478)
İmam Müslümün Əbu Hureyredən (r.ə.) rəvayət etdiyi hədisdə Peyğəmbər (s.ə.v.) bir gün səhabələrinə xitab olaraq: … Bu mücahidlər o diyara gəlib yerləşdikləri zaman silahla hərb etməzlər, ox da atmazlar. La ilahə illallahu əkbər deyərək təkbir gətirərlər. Bu təkbir üzərinə şəhərin iki tərəfindəki surlardan biri düşər. Sonra ikinci dəfə təkbir gətirərlər. Dərhal sonra şəhərin o biri tərəfi də düşər. Sonra üçüncü dəfə təkbir gətirəcəklər. Bunun üzərinə İslam ordusu üçün surlardan çatlar açılacaq, onlar da dərhal buralardan şəhərə girərək fəth edəcəklər. (Ölüm-qiyamət-Axirət və Ahirzaman Əlamətləri, s. 445-446)
Bu şəhərə gəldikdə, müsəlmanlar döyüşməyəcəklər. Yalnız təkbir gətirdiklərində şəhərin dəniz tərəfi düşəcək, təkrar təkbir gətirdiklərində digər tərəfi düşəcək. 3-cü dəfə təkbir gətirdiklərində də şəhərin hamısı əllərinə keçəcək. (əl-Kavlu'l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, s. 30)
Hz. Mehdi (ə.s.) və tələbələri Allahı zikr edərək İstanbulu və dünyanın bir çox şəhərini mənən, fikri yöndən, mədəni cəhətdən fəth edəcək, mənən Darvinizmi və materializmi məhv edəcəklər. Qurandakı bu ayədə də Allah fikri yöndən məhv etməyə diqqət çəkir.
"Xeyr, Biz batili haqla rədd edərik və o da onu yox edər. (Bir də baxıb görərsiniz ki) o yox olub getmişdir..." (Ənbiya, 18)
Hz. Mehdi (ə.s.) və tələbələri dinsizliyin beynini, yəni fikir sistemini Quranla, elmlə, ağılla, imanla məğlub edəcəkdir. İnancda, fikirdə qalibiyyət meydana gələcək və batil düşüncə, dəlalət, Darvinist, materialist, ateist düşüncə yox olub gedəcək, inşaAllah.