Bəzi insanların tez-tez qarşıya qoyduqları həqiqətə uyğun olmayan iddialarından biri də "Hz. Məhəmməd (s.ə.v.) son peyğəmbər olduğu üçün Hz. İsanın (ə.s) gəlməyəcəyi"dir.
 
Əvvəlcə bunu qeyd etmək lazımdır ki, Əhzab surəsinin 40-cı ayəsində də bildirildiyi kimi Peyğəmbərimiz (s.ə.v.) "Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur". Hz. İsanın (ə.s) ikinci dəfə yer üzünə gəlməsi - bəzi insanların düşündüyü kimi - bu həqiqəti dəyişdirməz. Hz. İsa (ə.s) Hz. Məhəmməddən (s.ə.v.) sonra göndərilən bir peyğəmbər deyil, Hz. Məhəmmədin (s.ə.v.) şəriətini davam etdirəcək və dünyaya din əxlaqını hakim edəcək bir elçi olaraq gələcəkdir.
 
Hədislərdə və İslam alimlərinin əsərlərində Hz. İsanın (ə.s) Qurana və Peyğəmbərimizin (s.ə.v.) sünnəsinə tabe olaraq gələcəyi bu şəkildə açıqlanmışdır:
 
Qırx (40) il Allahın kitabı və mənim sünnəmlə hökm edər, vəfat edər. (Suyuti, əl-İlam bi Hökmi İsa, Süleymaniyə Kitabxanası, Nömrə. 1446/9)
                                                                                                                              
Məryəm oğlu İsa Hz. Məhəmmədi (s.ə.v.) təsdiq edərək, onun milləti (dini) üzrə bir imam olaraq və ədalətli bir hakim (hökm verən) olaraq enəcək və Dəccalı yox edəcək. (Hakim, əl Müstədrək, Cild II, s. 309)
Onunla (İsa ilə) mənim aramda heç bir peyğəmbər yoxdur. O, şübhəsiz enəcək. Onu gördüyünüz zaman tanıyın! O, orta boylu, ağa çalan qırmızı rəngdədir. Sarı rəngdə iki paltar geyinəcək. Yağış yağmasa da, saçından su damlayacak. İnsanlarla İslam uğrunda mübarizə aparacaq. Məsih-Dəccalı yox edəcək, sonra yer üzündə düz qırx il qalacaq. Sonra öləcək və namazını Müsəlmanlar qılacaqlar. (Buxari, Müslim, Əbu Davud və Tırmizi, Böyük Hədis Külliyyatı, Rudani, 5. cild, s. 380)
İslamdan başqa (heç bir dini) qəbul etməyəcək... Din muttəhid olacaq... Allahdan başqa heç kimsəyə və heç nəyə ibadət edilməyəcək... (Ruhu'l Meani, 7/60)
Hz. İsa (ə.s) Ümməti Məhəmmədə peyğəmbər olaraq deyil, şəriəti Məhəmmədiyyəni tətbiq etmək üçün gələcəkdir. (Alusi, əl-Cevabu'l Fesih, I, 835)
Hz. İsa (ə.s) enəcək və Rəsulallahın (s.ə.v.) şəriətinə tabe olacaq. (Əbul Münteha, Şerhul Fıkhul Əkbər)
Həzrəti Məhəmmədin (s.ə.v.) şəriəti ilə hökm verəcək, özü Peyğəmbər olduğu halda Peyğəmbərə tabe olacaq və Məhəmmədin (ə.s) ümmətindən olacaq. Peyğəmbərin ümməti və əshabəsi olacaq… Elə isə o, əshabələrin ən üstünü olacaq... (Şınkıti, Edvaül Bəyan, VII, 273)