Naim Əbu Səiddən tahric etdi, dedi Rəsulullah (s.ə.v.) buyurdu: İsa b. Məryəmin arxasında namaz qılacağı adam bizdəndir (Hz. Mehdidir). [1]
İbni Əbi Şeybə, Musannefində, İbni Şirindən tahric etdi. Dedi ki: Mehdi bu ümmətdəndir və Hz. İsaya İmam olacaq. [2]
Naim b. Hammad, Abdullah b. Əmrdən tahric etdi. Dedi ki: Mehdi, İsa ibni Məryəmin üzərinə enəcəyi və arxasında namaz qılacağı kimsədir. [3]
Buxari və Müslim, Əbu Hureyrədən tahric etdi. Buyurdu: Məryəm oğlu İsa (ə) aranıza endiyində və imamınız sizdən (HZ. MEHDİ) olduğunda, baxaq nə edəcəksiniz? [4]
Əbu Naim, Cabirdən tahric etdi, Dedi Rəsulullah (s.ə.v.) buyurdu: İsa b. Məryəm göydən enər, müsəlmanların Əmiri (mənəvi lideri) olan Hz. Mehdi, özünə "Gəl bizə namaz qıldır" deyər. O (Hz. İsa (ə)) isə bu ümmətə Allahın bir ikramı olaraq, "xeyr, sizin bəziniz bəzilərinizin əmridir"deyər. (Hz. Mehdini imamlığa keçirər)[5]
İbni Macə, Ravyanı, İbni Huzeymə, Əbu Ovanə, Hakim və Əbu Naim, Əbu İmamədən tahric etdilər. Dedi Rəsulullah (s.ə.v.) bizə xitab etdi. Dəccalı xatırlayaraq belə buyurdu: ...Orada imamları səhər namazını qıldırmaq üçün önə keçdiyi zaman, bir də baxarlar ki, İsa ibni Məryəm (ə) səhər vaxtında enmişdir. Bu imam (Hz. Mehdi) Hz. İsanı önə keçirmək üçün arxaya çəkilər. Hz. İsa (ə) onun çiyinlərinə əlini qoyar və Ona deyər ki: "Keç önə namazı qıldır. çünki qamət sənin üçün gətirilmişdir" Bunun üzərinə imamları (Mehdi) onlara namazı qıldırar. [6]
Əbu Əmr və Dani Sünenində Huzeyfədən (r.a.) tahric etdilər. Dedi Rəsulullah (s.ə.v.) buyurdu: Hz. Mehdi baxar ki, Hz. İsa İbni Məryəm enmişdir, sanki saçından su damlayır. Və Hz. Mehdi Ona deyər ki, "Keç önə insanlara namazı qıldır." Hz. İsa isə deyər ki: "Namaz ancaq sənin üçün iqamə olundu." Bundan sonra, O mənim övladımdan bir şəxsin (Hz. Mehdinin) arxasında namaz qılar. [7]
Əbu Əmr və Dani Sünendə Cabir b. Abdullahdan tahric etdilər, Dedi ki, Rəsulullah (s.ə.v.) buyurdu: Taki İsa İbni Məryəm fecrin doğulması əsnasında Beytül Makdisdə Hz. Mehdi üzərinə nüzul edənə qədər Mənim ümmətimdən bir tayfa Haqq üzrə mübarizə aparacaq. O zaman Hz. Mehdi deyər: "Ey Allahın Peyğəmbəri keç önə bizə namazı qıldır" O (Hz. İsa) isə, "Bu ümmətin biri (HZ. MEHDİ) digərlərinə əmirdir" deyər. [8]
Əhməd, Muslim, İbni Cüreyr və İbni Hıbban, Cabir b. Abdullahdan tahric etdilər, buyurdu: Qiyamətə (Dəccal ilə döyüşə) qədər Mənim ümmətimdən bir qrup, Haqq üzrə qalib olaraq mübarizə aparacaq. Və İsa b. Məryəm göydən nüzul etdiyində, onların Əmiri (mənəvi lideri Hz. Mehdi), Ona, "Gəl bizə namaz qıldır" deyər. Ancaq O, bu ümmətə Allahın bir lütfü olaraq "sizin biriniz, digərlərinizə əmirdir" cavabını verər. (yəni imamınız Mehdi aranızdadır. O qıldırmalıdır demək İstər. ) [9]
"Bilindiyi kimi Hz. İsa (ə) nüzul edəcək və Dəccalı fikri yox edəcək. Bu da bir həqiqətdir ki, Hz. İsa, Hz. Mehdidən hakimiyyəti (müsəlmanların mənəvi liderliyini) almayacaq; çünki liderlər (müsəlmanların mənəvi öndərləri) Qureyşdəndir. Madam ki, insanlar arasında bu ikisi mövcud olacaq, elə isə Hz. İsa (ə) onun əmiri deyil, vəziri olacaq. Buna görədir ki, Hz. Mehdinin arxasında namaz qılacaq və ona tabe olacaq. "[10]
İmamları saleh insan olan Hz. Mehdi olduğu halda, Beytü'l Makdisə sığınarlar. Orada imamları özlərinə səhər namazını qıldırmaq üçün önə keçdiyi zaman, bir də baxarlar ki, Məryəm oğlu İsa səhər vaxtında enmişdir. Hz. Mehdi, Hz. İsanı önə keçirmək üçün arxaya çəkilər. Hz. İsa onun çiyinlərinə əlini qoyar və ona deyər ki, "Keç önə namazı qıldır. Çünki qamət (fərz namazı etmək üçün oxunan azan; namaza başlama işarəsi) sənin üçün gətirilmişdir. "...[11]
... Nəhayət Məryəm oğlu İsa müsəlmanların (mənəvi) əmiri (Hz. Mehdi) ona: Gəl bizə namaz qıldır, deyər. Bunun üzərinə İsa: xeyr, Allahın bu ümmətə bir lütfü olaraq sizin bəziləriniz bəziləri üzərinə əmirlərsiniz, deyər. (Hz. Mehdini imamlığa keçirər)[12]
Şerh'ül Mesabih ‘də Rəsulullah (s.ə.v.) sevinclə belə buyurmuşdur:
"Məryəm oğlu İsa (ə) vali deyil, vəliyüll müvəlladır ( səlahiyyətli hakimdir).
Yəni, O imaməti qəbul etməz.
Hz. Mehdini vali edər və imaməti də ona təslim edər." [13]
[1] (Cəlaləddin Suyutinin Təsnifindən Hədislər, Ahir Zaman Hz. Mehdisi’nin Alametleri, (Kitabül Burhan fi Alametil Hz. Mehdiyyil Muntazar), s. 78, Tərcümə: Müşerref Gözcü - Kahraman Neşriyat)
[2] (Cəlaləddin Suyutinin Təsnifindən Hədislər, Ahir Zaman Hz. Mehdisi’nin Alametleri, (Kitabül Burhan fi Alametil Hz. Mehdiyyil Muntazar), s. 79, Tərcümə: Müşerref Gözcü - Kahraman Neşriyat)
[3] (Cəlaləddin Suyutinin Təsnifindən Hədislər, Ahir Zaman Hz. Mehdisi’nin Alametleri, (Kitabül Burhan fi Alametil Hz. Mehdiyyil Muntazar), s. 79, Tərcümə: Müşerref Gözcü - Kahraman Neşriyat)
[4] (Cəlaləddin Suyutinin Təsnifindən Hədislər, Ahir Zaman Hz. Mehdisi’nin Alametleri, (Kitabül Burhan fi Alametil Hz. Mehdiyyil Muntazar), s. 79, Tərcümə: Müşerref Gözcü - Kahraman Neşriyat)
[5] (Cəlaləddin Suyutinin Təsnifindən Hədislər, Ahir Zaman Hz. Mehdisi’nin Alametleri, (Kitabül Burhan fi Alametil Hz. Mehdiyyil Muntazar), s. 79, Tərcümə: Müşerref Gözcü - Kahraman Neşriyat)
[6] (Cəlaləddin Suyutinin Təsnifindən Hədislər, Ahir Zaman Hz. Mehdisi’nin Alametleri, (Kitabül Burhan fi Alametil Hz. Mehdiyyil Muntazar), s. 79, Tərcümə: Müşerref Gözcü - Kahraman Neşriyat)
[7] (Cəlaləddin Suyutinin Təsnifindən Hədislər, Ahir Zaman Hz. Mehdisi’nin Alametleri, (Kitabül Burhan fi Alametil Hz. Mehdiyyil Muntazar), s. 80, Tərcümə: Müşerref Gözcü - Kahraman Neşriyat)
[8] (Cəlaləddin Suyutinin Təsnifindən Hədislər, Ahir Zaman Hz. Mehdisi’nin Alametleri, (Kitabül Burhan fi Alametil Hz. Mehdiyyil Muntazar), s. 80, Tərcümə: Müşerref Gözcü - Kahraman Neşriyat)
[9] (Cəlaləddin Suyutinin Təsnifindən Hədislər, Ahir Zaman Hz. Mehdisi’nin Alametleri, (Kitabül Burhan fi Alametil Hz. Mehdiyyil Muntazar), s. 80, Tərcümə: Müşerref Gözcü - Kahraman Neşriyat)
[10] (Muhammed B. Resul Al-Hüseyni El Berzenci, ’Kıyamet Alametleri’ Pamuk Yayınları, s. 185)
[11] (Ebu Rafi'den rivayet edilmiştir; İmam Şarani, Ölüm, Kıyamet, Ahiret ve Ahir Zaman Alametleri, Bedir Yayınevi, s. 495-496)
[12] (Səhihi Müslim, c. 1, s. 209)
[13] (Hanedan-ı Ehl-i Beyt, s. 498)