Müsəlmanların yanında özünü onlardan biri kimi göstərən, uzaqlaşdıqdan sonra isə var gücləri ilə möminlər və İslam əleyhində fəaliyyət göstərən münafiqlərin əxlaq və düşüncə pozuqluğunu Allah Quranda ətraflı şəkildə bildirmişdir. Münafiqlərin Quranda bildirilən ən əhəmiyyətli xüsusiyyətlərindən biri isə öz səhv düşüncələrini və zəif ağıllarını çox bəyənmələridir. Eynilə şeytanın ağılsız və əxlaqsızlığına baxmayaraq, Allaha ağıl verməyə (Allahı tənzih edirik) çalışması kimi, münafiqlər də fasiləsiz olaraq Allahın elçilərinə və möminlərə ağıl verərək, ağılsız hərəkət edirlər. Belə ki, dini Peyğəmbərdən daha yaxşı bildiklərini, Peyğəmbərin düşünə bilmədiyini düşündüklərini, Peyğəmbərin dini səhv tətbiq etdiyi kimi çox səhv düşüncəyə sahibdirlər. Özlərinin dini daha yaxşı anladıqlarını və yaşadıqlarını iddia etməklə, əslində əsl məqsədləri insanları din əxlaqından uzaqlaşdırmaqdır. Buna görə də Allahın Quranda,
"...dində sizin üçün heç bir çətinlik yeri qoymadı – atanız İbrahimin dini (dinində olduğu) kimi. (Həcc Surəsi, 78)
ayəsi ilə bildirdiyi kimi insanların təbiətinə ən uyğun, çox rahat yerinə yetirilə bilən, ağlabatan və səmimi din olan İslamı, xurafatlarla, özlərinin əlavə etdikləri halal və haramlarla çətinləşdirib tətbiq oluna bilməz hala gətirirlər. Münafiq İslamı öz düşüncəsinə görə müəyyən edir, qəzəbli, qadağan edici, təzyiqçi, qan tökən din istəyir. Münafiqlərin istədiyi din insana düşmən, təmizliyə düşmən, sənətə düşmən, mədəniyyətə düşmən, sevgiyə düşmən, şəfqətə düşmən, sevincə və şənliyə düşmən, ağıla, səmimiyyətə düşmən dindir.
Quranda və hədislərdə isə öz ikiüzlülüklərinə və fanatizmlərinə uyğun din görə bilməzlər, buna görə də Allahın bildirdiyi kimi "dilini əyib büzməyə" başlayarlar. Yəni, dində olmayan bir çox şeyi dində varmış kimi göstərərkən, səmimiyyət, ağıl, vicdan, təmizlik, etika, ali-cənablıq kimi dinin özündə olan gözəl xüsusiyyətləri də dinə uyğun deyilmiş kimi göstərirlər. Halallar münafiqi sanki narahat edir. Nə qədər çox haram olsa, dinin o qədər qarışıq və yaşana bilməz olacağını düşündüyünə görə hər şeyi özbaşına haram elan edir. Belə ki, insanı heç hərəkət edə bilməyəcək hala gətirir. Beləcə dini öz içində kilidlədiyini, insanların belə bir dini yaşamaq istəməyəcəkləri üçün dindən uzaqlaşacaqlarını düşünür.
Ayələrdə, dini çətinləşdirərək, Allahın dinini dəyişdirməyə cürət edənlərin vəziyyəti belə xəbər verilmişdir:
De: “Allahın sizə ruzi olaraq (göydən) nə endirdiyini gördünüzmü ki, onun bir qismini haram, bir qismini isə halal etdiniz?” De: “(Bunu deməyə) Allah Özü sizə izin verdi, yoxsa Allaha iftira yaxırsınız?” (Yunus Surəsi, 59)
Diliniz (bizə belə əmr edildiyi deyə) yalana vərdiş etdiyi üçün (dəlilsiz-sübutsuz): “Bu halaldır, o haramdır!” – deməyin, çünki (bununla) Allaha iftira yaxmış olursunuz. Allaha iftira yaxanlar (axirət əzabından) nicat tapmazlar! (Nəhl Surəsi, 116)
Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu pak nemətləri (özünüzə) haram etməyin və həddi aşmayın. Doğrudan da, Allah həddi aşanları sevməz! (Maidə Surəsi, 87)
Ancaq bunu da unutmamaq lazımdır ki, münafiq yalan danışaraq, halalları haram edərək dini yaşana bilməz hala gətirərkən, özü qoyduğu qaydalara əsla əməl etməz. Çünki, münafiqin din anlayışı yalnız görünüşə əsaslanır. İnsanların görəcəyini düşündüyü vaxtlarda namaz qılar, oruc tutar, istəməyərək xərcləyər. Amma tək olduğu zaman ibadətlərin heç birini yerinə yetirməz. Başqaları gördüyü zaman öz uydurduğu dinə əməl edər. Amma gizli qalacağını düşündüyü vəziyyətlərdə bu qaydaların heç birinə əməl etməz. Allah Quranda hz. Musa ilə qövmündən olan münafiqlər arasında keçən söhbəti nümunə verərək, münafiqlərin hər şeyə irad tutduğunu, əxlaqsızlığını, rəftarlarındakı çirkinliyi və ağılsızlıqlarını göstərmişdir:
Yadınıza gətirin o vaxtı ki, Musa öz qövmünə: “Allah sizə bir inək kəsmənizi əmr edir!” – dedi. Onlar isə: “Bizi məsxərəyəmi qoyursan?” – dedilər”. (Musa da: ) Allah Özü məni cahil olmaqdan saxlasın!” – dedi. (Bəqərə Surəsi, 67)
Münafiqlərin istifadə etdiyi "bizi məsxərəyəmi qoyursan" ifadəsi Allaha, dinə və Allahın tər-təmiz elçisinə qarşı nə qədər həyasız olduqlarını göstərməsi üçün əhəmiyyətli nümunədir. Münafiqlər Allahın elçilərinə və Peyğəmbərlərə qarşı hər zaman itaətsiz, nəzakətsiz və hörmətə uyğun olmayan münasibət göstərirlər, rəftarları da həmişə çox həyasız və təkəbbürlüdür.
Onlar dedilər: “Bizdən ötrü Rəbbini çağırıb (Rəbbinə dua edib) soruş ki, o (inək) nə cür olmalıdır?” (Musa: ) “Allah o inəyin nə çox qoca, nə də çox cavan deyil, bunların ikisinin arasında (düyə) olduğunu buyurur. Sizə əmr olunan şeyi yerinə yetirin!” –dedi. (Bəqərə Surəsi, 68)
Bu ayədə bir daha münafiqlərin alçaq və həyasız rəftarları görünür. Allahın adını zikr edərkən, Allaha könüldən iman edən və Onu çox sevən rəftarla deyil, "Rəbbini" ifadəsindən istifadə edərək hörmətsiz rəftarla danışırlar. Şübhəsiz bu onların ağılsız və düşüncəsiz olduqları üçün belədir.
Onlar dedilər: “Bizdən ötrü Rəbbini çağırıb soruş, qoy onun rəngini də bizə bildirsin”. O da cavabında: “(Allah) onun tünd sarı rəngli və görənlərə xoş gələn (bir inək) olduğunu buyurur”, dedi. Onlar (yenə) söylədilər: “Bizim üçün Rəbbinə dua et ki, onun əsl sifətini bizə bildirsin, çünki biz (ümumiyyətlə) inəkləri bir-birinə bənzədirik. Əgər Allah istəsə (biz kəsilməsi əmr edilən o inəyi tapar və bu məsələ barəsində), əlbəttə, düz yolda olarıq”. (Bəqərə Surəsi, 69-70)
Diqqət edilirsə münafiqlər hər dəfə daha çox əlamət istəyirlər, Allahın hökmünün asan tətbiq ediləcəyini qəbul etmirlər. Üstəlik bunu edərkən də "Allah istəsə əlbəttə, düz yolda olarıq" deyərək guya, doğru yolu tapmaq üçün, yaxşılıq üçün daha çox əlamət istədiklərini iddia edirlər. Halbuki Allah onların həqiqi niyyətini sonrakı ayədə xəbər vermişdir:
(Musa) dedi: “(Rəbbiniz) buyurur ki, o (heç kəsə) ram olmayıb boyunduruq götürməyən, tarla sürməyən, əkin suvarmayan, eyibsiz-qüsursuz və ləkəsiz (sapsarı) bir inəkdir”. (Bu zaman) onlar: “İndi işi həqiqətə gətirib çıxartdın”, -dedilər və onu (inəyi tapıb) kəsdilər. Amma az qalmışdı ki, bu işi yerinə yetirməsinlər. (Bəqərə Surəsi, 71)
Bütün əlamətləri soruşduqdan sonra, Allahın hökmünü yerinə yetirməyi qəbul etmişdilər. Ancaq Allah, " Amma az qalmışdı ki, bu işi yerinə yetirməsinlər " buyuraraq bu insanların əsl üzünü və əxlaqsızlıqlarını bildirir. Bu ayələr münafiqlərin şeytan kimi inadkar olduqlarını, itaətsiz olduqlarını, təkəbbürlü olduqlarını, öz zəif düşüncələrinə görə Allahın hökmlərini və Peyğəmbərini bəyənmədiklərini (hamısını tənzih edirik) müsəlmanların etdiklərini təqlid edərək guya yaxşılıq istədiklərini göstərməyə çalışırlar.