Hz. İsanın yer üzünə yenidən gəlməsi müsəlmanlar üçün çox mühümdür. O, Allah’ın möcüzəsi ilə atasız doğulan, İsrailoğullarını doğru yola dəvət edən, onlara bir çox möcüzələr göstərən bir peyğəmbərdir. Məsihdir və Qurana istinadən "Allah’ın kəlməsidir" (Nisa Surəsi, 171). Onun yenidən yer üzünə gəlməsi ilə Allah’a inanan, eyni əxlaqi dəyərləri bölüşən və bir-birlərinə "sevgi baxımından ən yaxın olan" (Maidə Surəsi, 82) xristian və müsəlmanlar arasındakı mübahisələr ortadan qalxacaq və dünyanın iki böyük dini birləşəcək. İlahi dinin üçüncü mənsubları, yəni yəhudilər də hz. İsaya iman edərək hidayət tapacaqlar (Nisa Surəsi, 159). Beləliklə, üç İlahi din birləşəcək, yer üzündə Allah’a iman və Onun peyğəmbəri hz. İsaya itaət edilən bir din qalacaq. Bu din Allah’ı inkar edən fəlsəfi cərəyanları və bütpərəst inancları fikri mübarizə ilə məğlubiyyətə uğradacaq, dünya, beləcə, müharibələrdən, münaqişələrdən, irqçilikdən və etnik düşmənçiliklərdən, zülm və haqsızlıqlardan xilas olacaq, bəşəriyyət sülh, xoşbəxtlik və rahatlıq içində "Qızıl dövrü" yaşayacaq.
Bu, dünya tarixinin ən böyük hadisələrindən biridir. Üç İlahi dinin birləşəcəyi mühit bütün Amerika qitəsinin, Avropanın, İslam dünyasının, Rusiyanın, İsrailin bir inanc ətrafında birləşməsi deməkdir ki, belə bir birlik tarixdə heç vaxt qurulmamışdır. Bu birliyin dünyaya bəxş edəcəyi sülh, əmin-amanlıq, sabitlik, xoşbəxtlik heç bir zaman yaşanmamış, bənzəri də görülməmişdir.
Üstəlik, Hz. İsanın yer üzünə qayıtması dünya tarixinin ən böyük möcüzələrindən biridir.
Peyğəmbərlər Allah’ın təqdiri ilə müxtəlif möcüzələr göstərirlər. Hz. İsa Allah’ın lütfü ilə bundan 2000 il əvvəl Fələstin torpaqlarında ölüləri diriltmək, korları və cüzam xəstəliyinə tutulanları sağaltmaq, cansız maddələrə can vermək kimi (Maidə Surəsi, 110) möcüzələr göstərmişdir.
Hz. İsanın 2000 il sonra yenidən dünyaya qayıtması, yetkin yaşında anasız və atasız həyata yenidən başlaması isə çox böyük möcüzə olacaq. Hz. İsa insanlara yeni möcüzələr də göstərəcək. Beləliklə, elmi və fəlsəfi cəhətdən çökən materialist fəlsəfə bütün dünyanın gözü qarşısında yıxılacaq, insanlar Allah’ın varlığının və qüdrətinin açıq-aşkar dəlillərini görəcəklər.
Beləliklə, Allah’ın bizə Quranda bildirdiyi əlamətlər, Peyğəmbərimizin (səv) hədisləri və İslam alimlərinin şərhlərinə əsaslanaraq bu müqəddəs dövrün çox yaxın olduğuna inanırıq. Hz. İsa yaxın zamanda gələcək, buna görə də biz böyük həyəcan keçiririk, özümüzü və dünyanı bu müqəddəs qonağa hazırlamaq üçün əlimizdən gələni edirik.
Xristianlar mümkün qədər həssas, şüurlu və şövqlü olmalıdırlar.
Xristian aləmi hz. İsanın gəlişinə hazırdırmı?
Xristianların hz. İsaya olan sevgiləri tarix boyu onlara gözəl əxlaq qazandırmışdır. Allah Quranda xristianları "insanların içində iman edənlərə sevgi baxımından ən yaxın" olanlar kimi təsvir edir və ayənin davamında belə buyurur:
“... Bu, onların içində keşiş və rahiblərin olması və onların təkəbbür göstərməmələrinə görədir”. (Maidə Surəsi, 82)
Başqa bir ayədə isə xristianların müsbət əxlaqından belə danışılır:
“(Onlardan sonra) Məryəm oğlu İsanı göndərib ona İncil verdik. Onun ardınca gedənlərin qəlblərində bir-birinə şəfqət, mərhəmət oyatdıq…” (Hədid Surəsi, 27)
Tarix boyu xristianlar müxtəlif zülmlərə dözmüş, dünya zövqlərindən imtina edərək əziyyətli həyatı seçmiş, böyük fədakarlıq etmişlər. Bütün bunlar səmimiyyətin əsas göstəricisidir. Ancaq hz. İsanın gəlişinin yaxın olduğu bu əsrdə bu səmimiyyət daha güclü şəkildə göstərilməlidir.
Xristian qaynaqlarında da hz. İsanın yer üzünə qayıdacağı bildirilir.
Əhdi-Cədiddə dəfələrlə hz. İsanın yer üzünə yenidən qayıacağı bildirilir. İbranilərə məktubda yazıldığına görə "Məsih ikinci dəfə... qurtuluş gətirmək üçün onu gözləyənlərə görünəcək." (Bap 9, 28) Bir çox Əhdi-Cədid ayəsində hz. İsanın yenidən gələcəyi müjdələnir. Bu vəd qəti olduğu üçün bütün xristianlar bunu həyatlarının əsas məsələsi halına gətirməli, ikinci gəlişi hər zaman gözləməli və dünyada buna əsasən fəaliyyət göstərməlidirlər.
Xristian qaynaqlarına görə də hz. İsanın qayıdışı ən yaxın zamanda olacaq
Bir çox xristian ikinci gəlişin çox yaxın olduğunu düşünür. Çünki Əhdi-Cədiddə və Əhdi-Ətiqdə Məsihin gəlişi ilə əlaqədar məlumatların demək olar ki, hamısı reallaşmışdır. Bütün dünyada din əxlaqının yayılması, ateist fəlsəfənin çökməyə başlaması, insanların Allah inancına yönəlməsi də mühüm əlamətdir. Belə olduğ təqdirdə heç bir xristianın hz. İsanın ikinci gəlişi barəsində laqeyd qalması düzgün olmaz.
Xristian qaynaqlarına görə də hz. İsanın qayıdışı tarixin ən böyük hadisəsi olacaq.
İkinci qayıdış xristian qaynaqlarına görə də qəti və yaxın bir həqiqət olduğundan bu, bütün xristianlıq aləminin ən əsas mövzusu olmalıdır. Hz. İsa kimi Allah’ın üstün saydığı müqəddəs peyğəmbər yaxında dünyaya gələcək, bunun üçün hazırlıq görülməli, bu mövzu gündəmdə tutulmalıdır.
Hz. İsa gələndə bütün inananları birləşdirəcəyindən əsassız ayrılıqlar və münaqişələr bir kənara qoyulacaq
Hz.İsa gəldiyi zaman ona inanan bütün xristianlar və müsəlmanlar bir inancda birləşəcəyindən aralarındakı güvənsizlik və etibarsızlıqların aradan qaldırılması üçün indidən səy göstərmək lazımdır.
İncilin son hissəsi olan "Vəhy"də belə deyilir: "... Rəbbimiz və Onun Məsihi Dünya üzərində Padşahlığa sahib oldu! O əbədi olaraq padşahlıq edəcək!"(Vəhy, 11,15)
Bütün xristianlar yaxınlaşan bu böyük müjdənin həyəcanı, eşqi, şövqü içində olmalıdır.
Bu həyəcanı, eşqi və şövqü yaşayan müsəlmanlar olaraq xristianlara səslənirik:
Gəlin hz. İsanın yaxınlaşan qayıdışına birlikdə hazırlanaq. Hz. İsanın bizə doğrunu öyrədəcəyini bilərək, aramızdakı inanc fərqliliklərinə hörmət göstərək. Onun görmək istədiyi kimi dünyanı sülh, qardaşlıq, mərhəmət və sevgi ilə doldurmağa çalışaq. Ona düşmən olan, Allah’ı inkar edən fəlsəfə və ideologiyalara qarşı birlikdə fikri mübarizə aparaq. Gəlin dünya tarixinin yaxınlaşan ən böyük möcüzələrindən və müjdələrindən birini birlikdə gözləyək.