Mömin çoxluga deyil, Allah'ın rizasına tabe olar
ucgen

Mömin çoxluga deyil, Allah'ın rizasına tabe olar

1295
Bəzi insanlar özləri kimi eyni yalnış düşüncədə olan insanların varlığını irəli sürərək səhvlərini məqbul göstərməyə və vicdanlarını bu şəkildə rahatlatmağa çalışırlar. Bu əslində şeytanın ən tanınmış üsullarından biridir. İnsanları pisliyə sövq edərkən, ətraflarındakı mənfi insanlardan nümunələr göstərərək onları cəsarətləndirir, bu insanların da eyni düşüncədə olduğunu irəli sürərək onu bu cür davranmaqda bir yalnışın olmadığına inandırmağa çalışır. Əlbəttə ki, vicdanları bu insanlara doğru olanı göstərir, ancaq nəfslərini təmizə çıxaran insanlar şeytanın vəsvəsələrini bilə-bilə özlərinə bəhanə edirlər. 
 
Onlara hər hansı bir yanlışları xatırladıldıqda dərhal bu bəhanəni irəli sürərək özlərini haqlı çıxarmağa çalışırlar. Bu davranışın ətraflarındakı insanların böyük əksəriyyətində olması həmin insanların özlərini müdafiə etməsinin əsasını təşkil edir. Əslində, bunun məsələni həll etməyəcəyini çox yaxşı bilirlər. Buna baxmayaraq, bu tərz bir məntiqin özlərinə yönəldilən tənqidləri etibarsız hala gətirə biləcəyini düşünür, bu yolla qarışıqlıq yaradıb diqqəti özlərindən uzaqlaşdırmaq istəyirlər.
 
Halbuki, Qurana görə bu məntiqin heç bir açıqlaması yoxdur. Başqalarının da eyni yanlışı etməsi insanı məsuliyyətdən azad etmir. Çünki Rəbbimiz "Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar." (Ənam surəsi, 116) ayəsi ilə insanları çoxluğa tabe olmamaları mövzusunda xəbərdar etmişdir. Bir çox insan eyni anda eyni səhvi edə bilər, ancaq insan tək başına vicdanının səsini dinləməklə və Quran əxlaqını yaşamaqla məsuliyyət daşıyır. Hər insan axirətdə Allah’ın qarşısında tək-tənha hesab verəcək. Eyni səhvi bir insan cahilliyindən, bir insan yanıldığından, bir başqa insan isə qəsdən pis niyyətlə edə bilər. Heç bir insan başqasının əsl niyyətinin nə olduğunu bilə bilməz. Ancaq Allah bütün insanların niyyətlərini, "qəlblərində" nə saxladıqlarını bilir və onları bundan sorğuya çəkəcəkdir.
 
Ey iman gətirənlər! Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, (haqq yoldan ) azmışlar sizə zərər yetirə bilməzlər. Hamınızın dönüşü Allah’a olacaq və O, etdiyiniz əməllər barədə sizə xəbər verəcəkdir. (Maidə surəsi, 105) ayəsi ilə hər kəs öz əməlinə görə məsuliyyət daşıdığını insanlara bildirilmişdir. 
 
Quranda bildirilən hər xatırlatma Allah’ın iznilə, insanlar üçün hər zaman xeyirlərə səbəb olur. Allah’ın edilən bir səhvi insana bildirməsi böyük rəhmətdir. Mömin çoxluğu bəhanə edərək bu səhv rəftarın üzərini örtməyə çalışmamalı, Allah’ın razılığına uyaraq bundan istifadə etməyə çalışmalıdır. 
PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr