Hz. İsa (ə.s), hz. Mehdi (ə.s.) zamanında müsəlman olaraq yer üzünə enəcək
ucgen

Hz. İsa (ə.s), hz. Mehdi (ə.s.) zamanında müsəlman olaraq yer üzünə enəcək

1421
HZ. İSA İNCİLDƏ, BU ÜMMƏTİN TƏRİF DOLU SİFƏTLƏRİNİ GÖRDÜYÜNDƏ, ONLARDAN OLMASI ÜÇÜN ALLAHA DUA ETMİŞ, ALLAH DA ONUN DUASINI QƏBUL ETMİŞDİR. VAXTI GƏLƏNDƏ MÜCƏDDİD OLARAQ YER ÜZÜNƏ ENMƏSİ BUNUN ÜÇÜNDÜR. (Kütüb-i Sitte Tercüme ve Şerhi, Feza Gazetecilik, 1996, 14/74)
Hz. İsa (ə.s) Peyğəmbərimiz (s.ə.v.)-ə ümmət olmaq üçün enəcək. Həqiqi İncildə Məhəmməd əleyhissalamın üstünlüklərini görən HƏZRƏTİ İSA, ONUN ÜMMƏTİNDƏN OLMAQ ÜÇÜN ÇOX YALVARDI, DUA ETDİ VƏ DUASI QƏBUL OLDU. Allahu Təala, onu diri olaraq göyə yüksəltdi. Qiyamətə yaxın, Məhəmməd əleyhissalamın ümməti olmaq üçün yer üzünə enəcək, onun dininə uyğun olaraq onu yayacaq, xristianlıq və yəhudilik kimi təhrif olmuş dinləri İslam dininə çevirəcək.

 (Herkese Lazım Olan İman, Ebü'l-Baha Ziyaeddin Mevlana Halid b. Ahmed Halid-i Bağdadi, 1242/1827 ; Trc: Kemahlı Feyzullah Efendi, 6-cı nəşr, İstanbul, İhlas Yayınları, 1989)

PAYLAŞIN
logo
logo
logo
logo
logo