Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (5 yanvar 2012, 21:00)
Adnan Oktar: Ali İmran surəsi, 55-ci ayə. “Bir zaman Allah, İsaya belə dedi: “Ey İsa, Mən səni vəfat etdirəcək (mütefevvike), Özümə tərəf yüksəldəcək”, yəni rəf edəcək, yanıma alacaq, "və inkarçılardan təmizləyəcəyəm", yəni Allah: “Səni tərtəmiz ayıracağam, murdar insanların arasından ayıracağam, yanıma alacağam” deyir. "Həmçinin sənə tabe olanları", kim tabe olur? Biz tabe oluruq, müsəlmanlar tabe olur. Başqa kim tabe olacaq? Kitab əhli tabe olacaq, hamısı tabe olacaq. "Sənə tabe olanları qiyamət gününə qədər", nə vaxta qədər? Qiyamət dövrünün ən son vaxtlarına qədər, yəni təqribən 1506-cı illərə qədər. "İnkar edənlərdən üstün edəcəyəm", yəni Allah: “Dünya hakimi olacaqsınız” deyir, bax açıq-açıq dünya hakimi olacaqsınız deyir.
"Sonra Mənə qayıdacaqsınız, Mən də barəsində anlaşmazlığa düşdüyünüz şeydə aranızda hökm verəcəyəm". Müsəlmanlar, məzhəblərə, onlara-bunlara bölünür ha, "aranızda hökm verəcəyəm" deyir.