Səid Nursi həzrətləri Risaləi-Nur Külliyyatında yaşadığımız Axırzamanda hz. İsa (ə.s)-ın ŞƏXS OLARAQ yenidən dünyaya gələcəyini, dəccalın fitnəsini təsirsizləşdirəcəyini, İsəviliyin degenerasiya olmuş düşüncə və inanclardan təmizləyəcəyini və İsəviliyin müsəlmanlığa tabe olaraq İslam əxlaqının bütün dünyaya hakim olacağını qeyd edir. Risalə-i Nurun heç bir yerində hz. İsa (ə.s)-ın şəxsi-mənəvi olaraq gələcəyi deyilməmişdir. Ustad Həzrətləri Osmanlıca, ərəbcə və türkcəyə hakim çox gözəl və hikmətli izah etmə üslubuna sahib bir şəxsdir. Əgər hz. İsa (ə.s)-ın şəxsi-mənəvisinin Axırzamanda vəzifəli olacağını düşünsəydi, bunu açıq və dəqiq şəkildə ifadə edərdi. Ancaq Qurana və hədislərə uyğun olaraq Bədiüzzaman Həzrətləri hz. İsa (ə.s)-ın şəxsinin bu əsrdə dünyaya gələcəyini söyləmişdir. Hz. İsa bu əsrdə gələcək, hz. İsa (ə.s)-a tabe olanların yaratdığı bir şəxsi-mənəvisi olacaq və bu şəxsi mənəvinin başında da hz. İsa (ə.s) şəxsən dayanacaq.
Səid Nursi həzrətləri hz. İsa (ə.s)-dan KƏS, CİSMİ-BƏŞƏRİ, ŞƏXS kimi sifətlərlə bəhs edərək onun şəxsi-mənəvi deyil bir bəşər, insan olduğunu çox açıq, şübhələnməməyə əsas verməyən şəkildə dəfələrlə ifadə etmişdir:
1 ) ... səmai-dünyada (göylər aləmində) cəsədi ilə (insani bədəni ilə) OLAN VƏ HƏYATDA OLAN HƏZRƏTİ İSA , bəlkə, aləmi-axirətin (axirət aləminin) ən uzaq küncünə getsəydi və həqiqətən ölsəydi, yenə belə bir nəticəi-əzm (böyük bir son) üçün ONA YENİDƏN CƏSƏD GEYİNDİRİB (bədəni ilə) DÜNYAYA GÖNDƏRMƏK O Hakimin hikmətindən uzaq deyil... bəlkə onun hikməti elə tələb etdiyi üçün vəd etmiş və vəd etdiyi üçün, əlbəttə, göndərəcək. (Mektubat, səh. 60, Mektubat, 15. Mektub, 56-57).
2) ... Dinsizlik cərəyanına qarşı ayrılıqda məğlub olan İsəvilik və İslamiyyət; ittihad (birləşmələri) nəticəsində, dinsizlik cərəyanına (axınına) qələbə çalıb (qalib gəlib) dağıdacaq istedadında (qabiliyyətdə) ikən ALƏMİ-SƏMAVATDA (göylər aləmində) CİSMİ-BƏŞƏRİSİ İLƏ (insani cismi ilə, bədəni ilə) OLAN ŞƏXSİ İSA ƏLEYHİSSALAM O HAQQ DİNİ CƏRƏYANININ (haqq dinin) BAŞINA KEÇƏCƏYİNİ bir Müxbiri-Sadiq (doğru xəbər köçürən-Peyğəmbərimiz ( s.ə.v)-in sifətlərindən biri), bir Qadiri-Kulli Şeyin (hər şeyə müqtədir olan Uca Allahın) vədinə istinad edərək (əsasında) xəbər vermişdir. Madam xəbər vermiş, haqdır; madam ki, QADİRİ-KÜLLİ ŞEY (hər şeyə müqtədir olan Uca Allah) VƏD ETMİŞ, ƏLBƏTTƏ, HƏYATA KEÇİRƏCƏKDİR... (Mektubat, On Beşinci Mektup, səh. 53-54)
3) ... ancaq möcüzə və mucizatlı (möcüzələr sahibi) və ümuminin məqbulu (ümuminin qəbul etdiyi) BİR ŞƏXS ola bilər ki: O ŞƏXS, ən çox maraqlı və əksər (bir çox) insanların peyğəmbəri olan həzrəti İsa Əleyhissalamdır . .... (Şualar, səh. 463)
4) Bəli, o hədisi-şərifin ifadəsi ilə HƏZRƏTİ İSANIN SƏMAVİ NÜZULU əzrəti (səmadan enişi) qəti (dəqiq) olmaqla bərabər... (Kastamonu Lahikası, səh. 80-82)
5) ... Hətta HƏZRƏTİ İSA ƏLEYHİSSALAMIN NÜZULU (enişi) də və ONUN İSA ƏLEYHİSSALAM OLDUĞU, nuru-imanın (imanın işığı ilə) diqqəti ilə bilinir; hər kəs bilməz". (Şualar , səh. 487)
6) ... HƏZRƏTİ İSA ƏLEYHİSSALAM gələrkən hər kəsin onun HƏQİQİ İSA olduğunu bilməsi lazım deyil. Onun mukarreb və havassı (dərin imanlı yaxın tələbələri), nuru-iman (imanın işığı) ilə ONU TANIYAR. Yoxsa bədahət (birdən-birə və açıq şəkildə) dərəcəsində hər kəs onu tanımayacaq ... (Məktubat, səh. 60)
7) ... İSA ƏLEYHİSALAMI NURU-İMAN İLƏ TANIYAN VƏ TƏBİİ OLAN camaatı-ruhaniyəi-mücahidinin (ruhani mücahidlər camaatının) kəmiyyəti (sayı) .... (Şualar, səh. 464)
8) Bax, bu sirri-əzmə (böyük sirrə), həzrəti Peyğəmbər (s.ə.v) işarə etmişdir ki: HƏZRƏTİ İSA GƏLƏCƏK, ÜMMƏTİMDƏN OLACAQ; eyni şəriətimlə əməl edəcək. (Sünuhat-tuluat-işârât, səh. 59)
9) ... bir İsəvi camaatı adı altında və "Müsəlman İsəviləri" ünvanına layiq bir cəmiyyət , o dəccal komitəsini, həzrəti İsa Əleyhissalamın RİSAYƏTİ (LİDERLİYİ) ALTINDA öldürəcək (yox edəcək) ... (Mektubat, səh. 441)
10) Hətta "HƏZRƏTİ İSA ƏLEYHİSSALAM GƏLİR. Həzrəti Mehdiyə namazda iktida edər, TABE OLUR"―deyə rəvayəti, bu ittifaqa (birləşməyə) və həqiqəti-Quraniyənin mətbuiyətinə (Quran həqiqətlərinə inanılmasına, tabe olunmasına) və hakimiyyətinə işarə edər. (Şualar, səh. 587)