Hz. İsa bütün peyğəmbərlər kimi Allah’ın insanları haqq yola çağırmaqla vəzifələndirdiyi seçilmiş bir bəndədir. Ancaq hz. İsanı digər peyğəmbərlərdən fərqləndirən bəzi xüsusiyyətləri var. Ən vacib xüsusiyyəti isə hələ də ölmədiyi, Allah Qatına qaldırılaraq bir gün geri qaytarılacağıdır.
Hz. İsa təxminən 2000 il əvvəl yaşayan, Allah’ın dünyada və axirətdə üstün etdiyi bir elçidir. Hz. İsa doğumu, həyatı, Allah Qatına qaldırılmağı və bu kimi digər hadisələrlə möcüzəvi bir həyata sahib olmuşdur. Bu mübarək şəxsin həyatı Quranda ətraflı şəkildə xəbər verilmişdir. Allah Quranda bir çox peyğəmbərin qissəsini bizə bildirir. Ancaq hz. İsa bir çox xüsusiyyəti ilə digər peyğəmbərlərdən fərqlənir. Allah'ın böyük elm verdiyi bu müqəddəs insan hələ beşikdə olarkən danışmağa başlamış, dünyada qaldığı müddət ərzində isə ətrafındakı insanlara böyük möcüzələr göstərmişdir. Onun bu möcüzəli həyatına bir misal kimi Quranda haqqında xəbər verilən Allah'ın Dərgahına qaldırılmasını və yenidən dünyaya göndəriləcəyini göstərə bilərik. (Nisa surəsi, 156-159; Ali İmran surəsi, 55; Maidə surəsi, 117; Zuxruf surəsi, 57-61; Ali İmran surəsi, 45-48; Maidə surəsi, 110; Ali İmran surəsi, 59; Məryəm surəsi, 33.) Bu ayələrin birində, “Şübhəsiz ki, o, (İsanın zühuru) qiyamət saatı üçün bir əlamətdir. Ona (qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Bu, doğru yoldur!” (Zuxruf surəsi, 61) şəklində buyurulur. Bu ayənin hz. İsanın axırzamanda dünyaya qaytarılacağına açıq-aşkar işarə etdiyini söyləyə bilərik. Çünki hz. İsa Quranın enməsindən təxminən altı əsr əvvəl yaşamışdır. Bu səbəbdən də hz. İsanın ilk həyatının "qiyamət saatı üçün bir əlamət" yəni, qiyamət əlaməti olaraq qəbul etmək olmaz. (Baxın, Məsih Müjdəsi, Harun Yəhya)
Ayə hz. İsanın axırzamanda, yəni qiyamətdən əvvəl yenidən dünyaya qaytarılacağına və bunun da bir qiyamət əlaməti olacağına işarə edir. (Ən doğrusunu Allah bilir.)
Hz. İsanın gəlişi Quranda bir çox ayələrlə bildirildiyi kimi, Peyğəmbərimizin (s.ə.v.) hədislərində də xəbər verilmişdir. Bu hədislərdən bəziləri bu şəkildədir:
"Siz on əlaməti görənə qədər qiyamət qopmaz... Biri də İsanın enməsi..." (Müslim, Kitabü-l Fiten: 39)
"Vallah, şübhəsiz ki, Məryəm oğlu İsa enəcək, ədalətli bir hakim, ədalətli bir hökmdar olaraq enəcək... (Ebu Hureyre r.a. / Buhari, Büyu 102, Mezalim 31, Enbiya 49; Müslim, İman 242 (155); Ebu Davud, Melahim 14 (4324); Tirmizi, Fiten 54 (2234)”
Hz. İsa ilə bağlı hədislərə digər İslam alimləri də şərh vermişdir. Bunlardan bəziləri bu şəkildədir:
İmam Suyuti, " El Havi Lil Fetava" adlı kitabı və " El İ'lam bi Hukmi İsa" adlı risaləsində bu mövzu haqqında ətraflı danışmış və bu hədislərin mütəvatir hədislərdən olduğunu bildirmişdir:
"Hədis elminə sahib olanlara gizli deyil ki, bəhs edilən hədislər mütəvatir hədislərdir. Dolayısilə hz. Mehdi Muntazar (gözlənilən hz. Mehdi) haqqındakı hədislər mütəvatir olduğu kimi, Dəccal haqqındakı hədislər də təvatür dərəcəsinə çatan, hz. İsanın enməsi ilə bağlı hədislər də mütəvatirdir. (El Havi, 2/277) ”
Şövqani də hz. İsanın qayıdışına aid hədisləri bir-bir nəql etmişdir:
“Bizim nəql etdiyimiz hədislər göründüyü kimi təvatür dərəcəsinə çatdı. Bu bəyanımızla bu nəticəyə gəlinir ki, gözlənilən hz. Mehdi haqqındakı hədislər, Dəccal haqqında hədislər və hz. İsanın enməsinə dair hədislər mütəvatirdir." demişdir. (Sünen-i İbn-i Mace, 10/338)”
Qısaca izahını verdiyimiz bu məlumatlardan sonra ağıla gələcək ilk sual, "hz. İsa yenidən dünyaya gələndə kim olduğunun necə bilinəcəyi və onun hansı xüsusiyyətlərindən tanınacağıdır".
Hz. İsanın axırzamanda dünyaya yenidən göndəriləcəyi, İslamiyyəti seçərək hz. Mehdi ilə birlikdə İslam əxlaqının bütün dünyaya hakimiyyətinə vəsilə olacağı Quran ayələrində və Peyğəmbərimizin (s.ə.v.) hədislərində müjdələnmişdir. Beləliklə, yaşadığımız axırzamanın ən əhəmiyyətli mövzularından biri də hz. İsanın hansı xüsusiyyətləri ilə tanınacağıdır.
Hz. İsanı kimlər tanıya biləcək
Bu mövzuda müraciət edilə biləcək ən etibarlı mənbə Qurandır. Quranın bir çox ayəsində peyğəmbərlər və əməlisaleh möminlər ilə əlaqədar məlumatlar verilir. Eyni zamanda Quran ayələrinə baxaraq möminlərə aid xüsusiyyətləri müəyyənləşdirmək də mümkündür.
Hz. İsanın imani xüsusiyyətlərini Quranı araşdıraraq öyrənmək olar. Beləliklə, Qurana tamamilə tabe olan səmimi möminlər hz. İsaya məxsus xüsusiyyətlərə diqqət edərək onu tanıya bilərlər. Ancaq unudulmamalıdır ki, hz. İsanı tanımaq hər kəs üçün mümkün olmaya bilər. Bu mövzu ilə əlaqədar Bədiüzzaman Səid Nursi bunları söyləmişdir:
"Hz. İsa (ə) gələndə hamının onun İsa olduğunu bilməyi lazım deyil. Onun yaxınları və qabaqcıl şəxslər imanın nuru ilə onu tanıyarlar. Yoxsa açıq-aşkar hər kəs onu tanımayacaq." (Mektubat, s. 54)
Göründüyü kimi, Bədiüzzaman da hz. İsanın dünyaya qayıtdığı ilk illərdə ancaq ona çox yaxın olanlar tərəfindən tanınacağını bildirmişdir. Yaxınında olan bu insanların onu tanımasının isə ancaq “imanın nuru” ilə mümkün ola biləcəyini ifadə etmişdir. Burada “imanın nuru” ilə nə nəzərdə tutulduğuna baxmaq lazımdır. “İmanın nuru” Allah'ın varlığına, birliyinə inanan və Qurana tabe olan insanlara Rəbbimizin verdiyi bir qavrama qabiliyətidir. Möminlər Allah’ın verdiyi bu qavrayışla hadisələri çox dəqiq şəkildə qiymətləndirə bilər, bir çox mürəkkəb mövzunu rahat şəkildə dərk edə bilərlər. Quranda bildirildiyi kimi möminlər ətraflarında baş verən hər bir hadisə haqqında dərin düşünən, bu səbəbdən də hadisələrdəki xırdalıqları belə Quran əxlaqına görə qiymətləndirən insanlardır. Belə ki, bir ayədə Allah səmimi şəkildə iman gətirib, hər hadisənin incəliyini və dərinliyini qavramağa çalışan, gördükləri hər şeydə özlərini yaradan Allah'ın böyüklüyünü, gücünü qavrayaraq Ondan qorxanlara “doğrunu yanlışdan ayıra biləcək” bir dərrakə verəcəyini bildirmişdir:
Ey iman gətirənlər! Əgər Allah'dan qorxsanız, O sizə haqla-nahaqı ayırd edən (bir nur) verər (dünyada və axirətdə çıxış yolu göstərər), günahlarınızın üstünü örtüb sizi bağışlayar. Allah böyük lütf (mərhəmət) sahibidir!(Ənfal surəsi, 29)
Bu ayə barədə fikirləşsək, hz. İsa dünyaya qaytarıldıqda onu tanıyıb ona itaət edənlərin Allah'a və Qurana iman edən, hər hadisəni dərindən düşünüb qavramağa çalışan insanlar olacağını görərik. Belə ki, Bədiüzzaman Səid Nursi bir başqa sözündə mövzuya belə diqqət çəkir:
"Hətta Həzrəti İsa Əleyhissalamın zühuru və özünün İsa Əleyhissalam olduğu da imanın nuru ilə bilinər, hər kəs bilə bilməz." (Şualar, s. 487)
Dünyada heç bir qohumu, tanıyanı, ailəsi olmaması ilə tanınacaq
Hz. İsa Quranda bildirilən peyğəmbər xüsusiyyətləri ilə yanaşı başqa xüsusiyyətləri ilə də tanınacaq. Şübhəsiz ki, bunlardan ən əhəmiyyətlisi hz. İsanın bir ailəsinin, bir qohumunun, bir tanışının olmayacağıdır.
Hz. İsa yenidən dünyaya gələndə dünyada onu tanıyan heç kim olmayacaq. Onun fiziki xüsusiyyətlərini, simasını və ya səs tonunu bilən heç kim olmayacaq. Dünyada heç bir insan "mən onu əvvəldən tanıyıram, filan zamanda görmüşdüm, onun ailəsi və yaxınları bu kəslərdir" deyə iddia edə bilməyəcək. Çünki onu tanıyan bütün insanlar bundan təxminən 2000 il əvvəl yaşayıb və ölüblər. Anası hz. Məryəm, hz. Zəkəriya, dövrün qabaqcıl yəhudiləri və şəxsən hz. İsanın təbliğ etdiyi insanlar vəfat edibdilər. Bu səbəbdən də ikinci dəfə dünyaya gəlişində onun doğumuna, uşaqlığına, gəncliyinə və yetkinliyinə şahid olan heç kim olmayacaq və onun haqqında heç kim heç bir şey bilməyəcək.
Hz. İsa Allah'ın "Ol" əmri ilə atasız olaraq dünyaya gəlmişdi. Əsrlər keçdikdən sonra isə heç bir qohumunun olmaması çox təbiidir. Allah hz. İsanın bu vəziyyətini Quranda hz. Adəmin yaradılışına bənzədir və belə buyurur:
Allah yanında İsa da (İsanın atasız dünyaya gəlişi də) Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “(Bəşər) ol!” – dedi, o da oldu. (Al-i İmran surəsi, 59)
Ayədə də bildirildiyi kimi, Allah hz. Adəmə "Ol" deyir və hz. Adəm yaranır. Hz. İsanın ilk yaranması da Allah'ın "Ol" deməsi ilə baş vermişdir. Hz. Adəmin ana və atası yoxdur. Hz. İsanın ilk dünyaya gəlişində yalnız anası hz. Məryəm var idi. Lakin dünyaya yenidən gələndə onun anası da həyatda olmayacaq. Əsrlər keçdikdən sonra heç bir qohumu olmadan dünyaya qayıdacaq.
Şübhəsiz ki, bununla da hz. İsanın dünyaya yenidən gəlişində onun hz. İsa olduğuna işarə edən heç bir əlamət olmayacaq. Saxta məsihlik iddia edənlərin isə yalanları asan şəkildə aydın olacaq. Çünki bütün uşaqlığı insanlar arasında keçmiş, çox sayda uşaqlıq şəkilinə sahib, onu kiçikliyindən etibarən tanıyan saysız-hesabsız adam olan bir insanın hz. İsa olduğunu iddia etməsi əsassızdır.
Hz. İsanı hansı xüsusiyyətləri ilə tanıya bilərik?
Yuxarıda da qeyd edildiyi kimi, Quran ayələrinə görə bu məsələnin həllində bizə peyğəmbərlərin sahib olduqları ortaq xüsusiyyətlər kömək edəcək. Elə isə bəzi əlamətləri ilə diqqət çəkəcək hz. İsanı tanımaq üçün Quranda bildirilən peyğəmbər xüsusiyyətlərinə baxmaq lazımdır. Əlbəttə, peyğəmbərlərlə əlaqədar Quranda yüzlərlə əlamət var. Ancaq bu hissədə hər kəsin baxanda görə biləcəyi bəzi əlamətlərə nəzər yetirəcəyik.
1) Gözəl əxlaqı ilə digər insanlardan seçiləcək
Allah'ın seçib göndərdiyi hər mübarək peyğəmbər kimi hz. İsa da bütün gözəl əxlaqi xüsusiyyətləri özündə cəmləşdirəcək. Onu digər insanlardan fərqləndirən ən vacib xüsusiyyəti isə yaşadığı cəmiyyətdə qeyri-adi şəkildə yüksələcək bir nüfuza sahib olmasıdır. Belə ki, insanlarda görülməmiş, vərdiş edilməyən və qeyri-adi təsirə malik olan bir əxlaqa sahib olacaq. Allah'a olan etibarı və imanı ilə şox qətiyyətli, cəsarətli, cəmiyyətin təsiri altına düşməyən, əksinə hər kəsi öz təsiri altına salan güclü bir şəxsdir.
Allah, peyğəmbərlərini digər insanlara görə daha üstün xüsusiyyətlərlə yaratdığını aşağıdakı ayələrdə açıq-aşkar bildirmişdir. Bu mövzu ilə əlaqədar Quranda göstərilən bir çox misal var. Məsələn, "...İbrahim özü bir ümmət idi..." (Nəhl surəsi, 120), "Güc və bəsirət sahibi olan qullarımız İbrahimi, İshakı və Yaqubu yad et!..." (Sad surəsi, 45), “Şübhəsiz ki, onlar dərgahımızdan seçilmiş ən yaxşı kimsələrdəndirlər!” (Sad surəsi, 47), "...Bizi öz mömin bəndələrindən üstün edən Allah'a həmd olsun..." (Nəml surəsi, 15) ayələrində bildirilən ifadələr peyğəmbərlərə verilən üstünlüklərin bir hissəsindən xəbər verir. Hz. İsa da Allah'ın seçilmiş peyğəmbərlərindəndir. Bir ayədə belə buyurulur:
(Ya Rəsulum!) Bu peyğəmbərlərin bəzisini digərindən üstün etdik. Allah bunlardan bəzisi ilə danışmış, bəzisinin isə dərəcələrini yüksəltmişdir. Məryəm oğlu İsaya açıq möcüzələr verdik və onu müqəddəs ruhla (Cəbraillə) qüvvətləndirdik. (Bəqərə surəsi, 253)
2) Peyğəmbərlərə məxsus üz ifadəsi ilə tanınacaq
Elçilərin digər insanlardan həm bilgiləri ilə, həm də fiziki xüsusiyyətləri ilə üstün olduqları Quranda belə bildirilir:
Bilgisi, ağılı, fiziki gücü, əxlaqı ilə üstün edilmiş bir insan olan hz. İsanın üzündə peyğəmbərlərə məxsus bir ifadə olacaq. Sahib olduğu güclü Allah qorxusunun və dərin imanın nuru üzündə əks olunacaq. Peyğəmbərlərə məxsus olan nurlu ifadə o dərəcədə olacaq ki, onu görənlər digər insanlarla müqayisədə çox üstün bir insanla qarşılaşdıqlarının fərqinə varacaqlar. Ancaq unutmamaq lazımdır ki, hər kəs bunu qəbul etməyəcək. Bəzi insanlar həsəd və kin səbəbi ilə bu əxlaqi üstünlüyü görməzlikdən gələcəklər. Əslində hiss etsələrdə qürurları və təkəbbürləri əksini göstərməyə məcbur edə bilər. Ancaq imanında səmimi olanlar bu üstünlüyü görüb təqdir edəcəklər.
Allah hz. İsanın, həm dünyada həm də axirətdə “...şanı uca (şərəfli) və (Allah'a) yaxın olanlardan” (Ali İmran surəsi, 45) olduğunu bildirmişdir. Quran əxlaqının təcəllisi olaraq bütün peyğəmbərlər kimi hz. İsa da ətrafındakı insanlar tərəfindən möhtərəmliyi, özünəməxsusluğu və şərəfi ilə tanınacaq.
3) Hikmət və nitqi çox güclüdür
Allah müxtəlif qövmlərə təbliğ etmək, onları qorxudub xəbərdar etmək üçün göndərdiyi peyğəmbərlərinə eyni zamanda hikmət də vermişdir. Hikmətli izahlar, məqsədli danışıqlar, yaxşını əmr etmək və pis işdən uzaqlaşdırmaq bütün peyğəmbərlərin ortaq xüsusiyyətləridir. Quranın bir çox ayəsində də peyğəmbərlərin hər birinə ayrı-ayrılıqda verilən hikmətə də diqqət çəkilir. Məsələn, hz. Davud üçün “...biz onun mülkünü (səltənətini) möhkəmləndirmiş, ona hikmət (peyğəmbərlik) və (haqla batili ayırd edib) düzgün hökm vermək qabiliyyəti bəxş etmişdik.”(Sad surəsi, 20). Hz. Yəhya üçün, “... biz uşaq ikən ona hikmət (Allah kəlamının incəliklərini anlamaq, peyğəmbərlik) verdik.” (Məryəm surəsi,120). Hz. Musa üçün, “...(Musa) yetkinləşib kamilləşəndə (otuz-qırx yaşlarına çatanda) ona hikmət və elm (şəriət elmi) verdik.”(Qəsas surəsi, 14). Hz. Loğman üçün, "And olsun, Loğmana "Allah'a şükr et" deyə hikmət verdik..." (Loğman surəsi, 12). Hz. İbrahim üçün, "...biz İbrahim övladına da kitab və hikmət vermişdik və onlara böyük mülk (hökmranlıq) bəxş etmişdik.” (Nisa surəsi, 54) belə bildirilmişdir.
Allah istədiyi şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir.(Bəqərə surəsi, 269) ayəsində bütün peyğəmbərlərin hikmət verilərək mükafatlandırıldığı bildirlir.
Hz. İsanın Allah'ın bir elçisi olaraq hikmətlə mükafatlandırıldığına və bunu öz qövmünə də bildirməyinə Quranda belə diqqət çəkilmişdir:
Allah belə buyuracaq: “Ya Məryəm oğlu İsa! Sənə və anana nemətimi yadına sal. O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən beşikdə olanda da, yetkin çağında da adamlarla danışırdın. Sənə kitabı (yazıb-oxumağı), hikməti, Tövratı və İncili öyrətmişdim. (Maidə surəsi, 110)
Bu ayələrdən hz. İsanı tanımaq üçün bir başqa əlamətin də onun "hikmətli, məqsədli və çox təsirli danışıqlar" olduğu aydın olur. Digər bütün mövzularda olduğu kimi hikmətli danışıq da peyğəmbərlərə məxsus diqqət çəkən bir xüsusiyyətdir. Quranı özlərinə rəhbər edən möminlər hz. İsanın danışıqlarının da digər bir ayədə də ifadə edildiyi kimi «hər şeyi» (Kəhf surəsi, 91) əhatə etdiyini və bunun ancaq Allah'ın seçdiyi elçilərə xas olduğunu başa düşərlər.
Göstərdiyi yol, qoyduğu diaqnozlar, tapdığı çarələr həmişə çox dəqiq olacaq, Allah'dan xüsusi olaraq verilmiş bir hikmətin açıq-aşkar əlamətlərini göstərəcək. Beləcə, üstün şəxsiyyəti və ağılı aydın şəkildə görünəcək.
4) Çox etibarlıdır
Quranda bildirildiyi kimi, hər bir elçi göndərildiyi cəmiyyətə ilk olaraq “Şübhəsiz ki, mən sizin üçün etibar olunası (bel bağlanılası) bir peyğəmbərəm!” (Şuəra surəsi, 107) ) ifadəsi ilə sözə başlayaraq özünü təqdim etmişdir. Peyğəmbərlərin etibarlı olmaları Allah'ın əmrlərinə, bildirdiyi din əxlaqına əskiksiz tabe olmalarından qaynaqlanır. Heç bir vəziyyətdə İslam əxlaqından kənara çıxmazlar. Yalnız Allah'ın rizasını qazanmaq istədikləri üçün heç kimə boyun əyməzlər.
Quranda bütün peyğəmbərlərin bu xüsusiyyətlərini daha qabarıq göstərdikləri xəbər verilir. Məsələn, hz. Musanın özünü qövmünə tanıtması Quranda belə xəbər verilir:
And olsun ki, Biz onlardan əvvəl Firon qövmünü imtahana çəkmişdik. Onlara möhtərəm bir peyğəmbər gəlmişdi. (O demişdi:) “Allah'ın bəndələrini mənə verin. Həqiqətən, mən sizin üçün mötəbər (güvəniləsi, sözündə düz, əmanətə xəyanət etməyən) bir peyğəmbərəm!(Duxan surəsi, 17-18)
Ancaq qövmlər elçilərin bu əhəmiyyətli xüsusiyyətlərini hər zaman layiqincə təqdir edə bilməmişdir. Hətta çox vaxt elçilərə qarşı səhv fikirdə də olmuşlar. Cahiliklərini tərk edib onların dəvət etdiyi haqq dinə tabe olmaq istəməmişlər. Ancaq aradan müəyyən bir vaxt keçdikdən sonra elçilərin ən etibarlı insanlar olduqları hər kəs tərəfindən qəbul olunmuşdur.
Quranda bildirilən peyğəmbərlərin bu xüsusiyyətləri şübhəsiz ki, Allah'ın bir elçisi olan hz. İsada da olacaq. Hz. İsanın dünyaya ikinci dəfə gəlişində Allah'ın dəyişməz bir qanunu olaraq cəmiyyətdə etibarlı olması ilə diqqət çəkəcək. Allah digər bütün elçilərə olduğu kimi hz. İsaya da kömək edəcək və onun nə qədər etibarlı bir insan olduğunu vaxtı gələndə hamıya göstərəcək.
5) Allah'ın qoruması altında olacaq
And olsun ki, peyğəmbər bəndələrimiz haqqında əvvəlcədən (lövhi-məhfuzda) bu sözümüz deyilmişdi: “Onlar mütləq qalib gələcəklər. Bizim əsgərlərimiz (möminlər) labüd olaraq (kafirlərə) zəfər çalacaqlar!”(Saffat surəsi, 171-173)
Allah hər zaman elçilərini digər insanlardan üstün etmişdir. Tarix boyu göndərilən hər peyğəmbər Allah'ın köməyi ilə düşmənləri qarşısında qələbə qazanmış, onların qurduqları tələlərdən qorunmuşdur. Aldıqları hər qərar, tətbiq etdikləri hər üsul həmişə xeyirlə və müvəffəqiyyətlə nəticələnmişdir. Rəbbimiz də onları hər vəziyyətdə dəstəkləmişdir.
Bu səbəbdən Allah'ın elçisi hz. İsanı gözləyən möminlər üçün yol göstərən başqa bir əlamət də onun hər işinin müvəffəqiyyətlə nəticələnməsi olacaq. Belə ki, verdiyi hər qərar, tətbiq etdiyi hər üsul özü və ətrafındakı möminlər üçün xeyirli nəticələr verəcək. Hətta ilk baxışda mənfi kimi görünən hadisələr də bir müddət sonra müsbət hala çevriləcək. Hz. İsanın verdiyi bütün qərarların ən doğru, ağıla ən uyğun olduğunu bu hadisələr isbat edəcək. Çünki Allah Quranda elçilərinin nə olursa olsun, bütün çətinliklərə baxmayaraq üstün gələcəklərini, onları köməyi ilə dəstəkləyəcəyini vəd etmişdir.
Allah'ın bu vədi ilə qərar verdiyi hər işdə hz. İsanın əldə edəcəyi müvəffəqiyyət və bərəkət həm düşmənlərinin, həm də yanındakı inananların diqqətini çəkəcək qədər açıq şəkildə olacaq. Düşmənləri də bu vəziyyətin qeyri-adiliyini görəcək, ancaq bunun Allah’dan gələn bir kömək olduğunu qəbul edə bilməyəcəklər. Hər işinin uğurlu olduğuna, atdığı hər addımın doğru olduğuna bir məna verə bilməyəcəklər. Çünki onların məqsədi “özləri kimi bir bəşər” olaraq gördükləri bu mübarək insana qalib gəlməkdir. “Lakin sonra peyğəmbərlərimizi və iman gətirənləri xilas edərik. Möminləri (verdiyimiz vədə əməl edərək) belə xilas etmək Bizə vacibdir.” (Yunus surəsi, 103) ayəsində də bildirildiyi kimi, Allah bu mövzuda etdikləri hər şeyi nəticəsiz qoyacaq və elçisinə kömək edəcək. Ona qurulan tələlər, aparılan mübarizələr heç vaxtuğurla nəticələnməyəcək.
6) Etdikləri üçün qarşılıq gözləməyəcək
Bütün elçilərdə olan ortaq xüsusiyyətlərdən biri də etdikləri üçün mükafat gözləməmələridir. Gördükləri böyük xidmətlər qarşılığında istədikləri tək şey Allah’ın razılığıdır. Ətraflarındakı heç kimdən bir mükafat, bir fayda tələb etməzlər. Belə ki, Quranda da bütün elçilərin bu xüsusiyyətə sahib olduqları və bunu bu sözlərlə dilə gətirdikləri bildirilir:
Ey camaatım! Mən buna (peyğəmbərliyi təbliğ etməyə) görə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım yalnız məni Yaradana aiddir. Məgər dərk etmirsiniz?(Hud surəsi, 51)
Elçilərin bu üstün xüsusiyyətinə Hz. İsada sahib olacaq. Allah’ın peyğəmbəri olaraq bütün insanları İslam dininə dəvət edəcək, ancaq etdiklərinin qarşılığında heç bir maddi gəlir, mükafat tələbi olmayacaq. Quranda bildirilən bütün elçilər kimi etdiklərinin qarşılığını Allah’dan gözləyəcək və bu xüsusiyyəti ilə də istər yaxınları arasında, istərsə də yaşadığı cəmiyyətdə diqqət çəkəcək.
Ancaq burada da unudulmamalıdır ki, digər mövzularda olduğu kimi bu mövzuda da onu ancaq səmimi iman sahibləri tanıyacaq. Yaşadığı cəmiyyət Hz. İsanın bu xüsusiyyətini görsə belə düşmənləri ona maneə törətmək üçün digər bütün peyğəmbərlərə edildiyi kimi müxtəlif böhtanlar ata bilər. Bu böhtanların arasında şübhəsiz ki, onun "etdiklərinə bir qarşılıq gözlədiyi, mənfəət güddüyü" kimi şərlər də olacaq. Ancaq Allah hər mövzunu xeyirlə nəticələndirdiyi kimi bu mövzuda da inkarçıların böhtanlarının əsassızlığını bir-bir ortaya çıxaracaq və elçisinə kömək edəcək, inşaAllah.
7) Möminlərə qarşı şəfqətli və mərhəmətli olacaq
Peyğəmbərlərdə olan ən əhəmiyyətli xüsusiyyətlərdən biri də "mərhəmət və şəfqətdir”. Peyğəmbərlər hər zaman ətraflarındakı möminlərə qarşı çox şəfqətli və mərhəmətli olublar. Onların dünyada və axirətdə xoşbəxt olmaqları üçün çalışıblar. Hz. İsanın əxlaqının ən nəzərə çarpan xüsusiyyətlərindən biri də möminlərə qarşı olan bu şəfqəti və mərhəməti olacaq. Allah göndərdiyi elçilərdə olan bu xüsusiyyəti Quranda belə bildirmişdir:
(Ey ümmətim!) Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir! (Tövbə surəsi, 128)
Bu ayədə də bildirildiyi kimi, hz. İsa ətrafındakı möminlərə "şəfqətli və mərhəmətli" davranacaq və bu səmimiyyəti onun hz. İsa olduğunun açıq-aşkar dəlillərindən biri olacaq.
Axırzaman müjdəsi
Məqalədə Quran ayələrinə əsaslanaraq axırzamanda dünyaya ikinci dəfə gələcək hz. İsanın tanınmasına kömək edəcək müəyyən xüsusiyyətləri araşdırdıq. Şübhəsiz ki, hz. İsanın tanınmasına kömək edəcək müqəddəs şəxsiyyətinin və işlərinin ən əhəmiyyətli əlamətlərindən biri də özü kimi axırzamanda ortaya çıxacaq hz. Mehdi ilə birlikdə hərəkət etməsi olacaq. Peyğəmbərimizin (s.ə.v.) hədislərində və İslam alimlərinin əsərlərində haqqında xəbər verilən bu mövzu barədə bir hədisdə belə bildirilir:
Əbul Həsən Məhəmməd ibn Əl-Səncərinin rəvayətinə görə:
"Xəbərlər çoxaldı və hz. Mehdinin gəlməsi və onun Əhli-Beytdən olacağına aid kainatın Əfəndisinin danışdığı rəvayətlər artmışdır. Rəvayətlərdə hz. Mehdinin gəlib 7 il hökm edəcəyi, yer üzünü ədalətlə dolduracağı, Fələstin diyarında Dəccalı yox etmək üçün hz. İsaya kömək edəcəyi, hz. İsanın (ə) arxasında olduğu halda, millətə namaz qıldıracağı hekayəsində izah edilir." (Ali b. Sultan Muhammed el-Kari el-Hanefi “Risaletül Meşreb elverdi fi mezhebil Hz. Mehdi”)
Bədiüzzaman Səid Nursi də Risaleyi-Nur əsərlərində bu həqiqətə belə diqqət çəkir:
"Şahsı İsa Aleyhissəlamın qılıncı və maktul olan (yox edilən) şahsı Dəccallın, təşkil etdiyi dəhşətli maddiyunluk (maddəcilik) və dinsizlik əzəmətli heykəli və şahs-ı mənəvisini məhv edəcək, ancaq İsəvi ruhaniləridir ki; o ruhanilər, din-i İsəvinin həqiqətini (xristianlığın əsaslarını) həqiqət-i İslamiyə ilə məzc edərək (qatarak) o güclə onu dağıdacaq, mənəvi olaraq öldürəcək. Hətta "Həzrəti İsa Aleyhissəlam gələr. Həzrəti Mehdiyə namazda iktida edər(tabe olar)." Deyə rəvayəti bu ittifaqa vəhəqiqəti Quraniyənin mutbuiyətinə və hakimiyətinə (Quran əsaslarının hakimiyətinə) işarət edər." (Şualar, s.493)
Bədiüzzamanın da ifadə etdiyi kimi, hz. İsa və hz. Mehdi "Qızıl dövrə" vəsilə olacaq ortaq fikri mübarizələri ilə Dəccalı yox edəcək, din əxlaqını bütün dünyaya yayacaq və bütün inanclıların rahat yaşamağına və rifahına səbəb olacaqlar.
Axırzamanın ilk dövrlərində yaşanan hər cür əxlaqi pozuqluqlar, qarışıqlıq və anarxiya ortadan qalxacaq, ard-arda davam edən böyük fəlakətlər, müharibələr, əzablar bu iki müqəddəs şəxsin ortaq mübarizəsi ilə sona çatacaq. İnkarçıların, bəzi azğın fəlsəfi sistemlərin səbəb olduğu degenerasiya, mənəvi boşluq və əxlaqi pozulma bitəcək, əvəzinə bütün inanclıların əsrlərdir həsrətini çəkdiyi, Quran əxlaqının hakim olacağı “Qızıl dövr” deyilən müqəddəs dövr başlayacaq. Rəbbimiz bütün insanları axırzamanın bəlalarından xilas edəcək və bolluğun, bərəkətin və ədalətin yaşanacağı bir nemətə qovuşduracaq. Uca Allah dünyadakı nurunu elçiləri vasitəsilə tamamlayacağını ayələrdə belə müjdələmişdir:
Onlar Allah’ın nurunu (dəlillərini, islam dinini, Quranı) ağızları (batil sözləri) ilə söndürmək istəyirlər. Allah isə kafirlərin xoşuna gəlməsə də, ancaq öz nurunu (dinini) tamamlamaq istər. Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur! (Tövbə surəsi, 32-33)
Hz. İsanın hilyəsi (fiziki xüsusiyyətləri)
Müxtəlif İslami qaynaqlarda hz. İsanın fiziki xüsusiyyətləri ilə əlaqədar bir çox hədis və məlumatlar var. Bunlardan bəziləri belədir:
1 "Uzuna yaxın orta boylu"
2 "Rəngi qırmızı ilə ağa yaxın"
3 "Üzərində boyanmış iki paltar vardır."
4 "O dərəcədə təmizdir ki, özünə su toxunmadığı halda, başından su damcılayırmış kimidir."
(Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, s.499)) (Ebu Davud, Melahim,4324)
"O qızılı, buruq saçlı və geniş sinəlidir. O, salibi (xaçı) qıracaq, cizyə üsulunu qaldıracaq, İslamdan başqa heç bir dini qəbul etməyəcək... Allah’dan başqa heç kimə və heç bir şeyə ibadət edilməyəcək. Həzrəti Muhəmmədin (səv) yolu ilə hökm edəcək, özü Peyğəmbər olduğu halda, Peyğəmbərə tabe olacaq və Muhəmmədin (səv) ümmətindən olacaq, Peyğəmbərin ümməti və səhabəsi olacaq. Çünki o, onu Merac gecəsi görmüşdü. Elə isə səhabələrin ən fəzilətlisi olacaq." (İmam Suyuti, Kıyamet Alametleri, Ölüm ve Diriliş, s. 182)
"Gecə yeridildiyim zaman Musaya (ə) qovuşdum. (Peyğəmbər onu təvsif edərək:) Bir də gördüm ki, O Şənüəqəbiləsi kişilərindən biri kimi qarayanız, uzun boylu, düz saçlı bir şəxsdir. İsaya da qovuşdum (Peyğəmbər onu da təvsif edərək: İsa, orta cüssəli, sanki hamamdan çıxmış kimi, al çöhrəli idi." (Sahih-i Müslim, 2/1053)
"Mən bu gecə yuxumda özümü Kəbədə gördüm. Qəflətən qarayağız bir adam gördüm. Sanki, o qarayağız insanlardan ən gözəli, saçı iki çiyini arasında sallanırdı, (yeni) daranıb və düzəldilmişdi, saçından su damcılayırdı. İki əlini iki adamın iki çiyininə qoyaraq Beyti təvaf edirdi. (Orada olanlara) bu kimdir? deyə soruşdum. Onlar: bu Məryəmin oğlu Məsihdir (İsa) dedilər." (Sahih-i Buhari, 9/177)