İslam sülh və sevgi dinidir hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın çıxış dövrü sülh və təhlükəsizlik dövrü olacaq
ucgen

İslam sülh və sevgi dinidir hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın çıxış dövrü sülh və təhlükəsizlik dövrü olacaq

830

İslamın sülh, sevgi və qardaşlıq dini olduğuna dair Quran ayələri:

Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir. (Bəqərə surəsi, 208)

Allah əmin-amanlıq yurduna (Cənnətə) çağırır və istədiyini doğru yola yönəldir.  (Yunus surəsi, 25)

... Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür(Maidə surəsi, 32)

Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin. (Hucurat surəsi, 10)

Allaha və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir.  (Ənfal surəsi, 46)

İman gətirib yaxşı işlər görənlər üçün Mərhəmətli Allah qəlblərdə bir sevgi yaradacaq. (Məryəm surəsi, 96)

Siz insanlar arasında üzə çıxarılmış ən xeyirli ümmətsiniz. Siz yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha iman gətirirsiniz(Ali İmran surəsi, 110)

Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər. (Əraf surəsi, 199)

Hz. İsa (ə.s)- ın yer üzünə sülh ve sevgi gətirəcəyinə, cinayət, zülm və döyüşlərə son verəcəyinə dair hədislər:

Vallah Məryəm oğlu İsa ədalətli bir hakim olaraq şübhəsiz enəcək... Və bütün DÜŞMƏNÇİLİKLƏR, BOĞUŞMALAR, HƏSƏDLƏŞMƏLƏR ŞÜBHƏSİZ YOX OLUB GEDƏCƏK.. (Ölüm Kıyamet Ahiret, səh. 498)

İsa ibn Məryəm (ə.s) mənim ümmətim içində ;

Ədalətli bir hakim və ədalətli bir imam olacaq,... (Zimmilərdən) cizyəni (vergini) qaldıracaq, QAB SU İLƏ DOLDUĞU KİMİ YER ÜZÜ SÜLHLƏ DOLACAQ. Din birliyi də olacaq, artıq Allahdan başqasına ibadət edilməyəcək. (Sünen-i İbni Mace, 10/334)

İsa (ə.s) ümmətim içində, ədalətli bir hakim, tam ədalətli bir imam, hökmdar olaraq tapılar... BÜTÜN DÜŞMƏNLİKLƏR, NİFRƏT YOX OLARAQ QALXAR... Yer üzü gümüş qab kimi olar və hz. Adəm zamanındakı kimi (bol) bitkilərini bitirər... (Ölüm-Kıyamet-Ahiret, səh. 496)

Qab su ilə dolduğu kimi yer üzü sülhlə dolacaq. HeÇ Bİr kİmsə ARASINDA BİR DÜŞMƏNLİK QALMAYACAQ. VƏ BÜTÜN DÜŞMƏNLİKLƏR, BOĞUŞMALAR, HƏSƏDLƏŞMƏLƏR ŞÜBHƏSİZ İTİB GEDƏCƏK. (Sahih-i Müslim, 1/136)

Sonra qırx il ömür sürəcək. Onun zamanında kimsə ölməyəcək. Adam, qoyun və heyvanlarına (qalxın gedin, otlayın) deyəcək ; onlar gedəcəklər, əkin ortasından keçdikləri halda bir sünbül belə ağızlarına almayacaqlar. İlan və əqrəblər kimsəyə əza (əziyyət) verməyəcəklər. Yırtıcı heyvanlar qapılarının qarşısında dayanacaq olsa da kimsəyə zərərləri toxunmayacaq... (İmam Suyuti, Kıyamet Alametleri, Ölüm ve Diriliş, səh. 1699, səh. 184)

İnsanlar arasındakı DÜŞMƏNÇİLİKLƏR VƏ KİN qalxacaq. Əqrəb və ilanların zəhərləri olmayacaq, hətta bir uşaq əliylə ilanla oynayacaq, ilan  onu sancmayacaq. Qız uşağı aslanı qaçırmağa məcbur edəcək olsa da, aslan ona toxunmayacaq. Qurd, qoyunlar arasında sanki bir çoban iti imiş kimi keşik çəkəcək. Qabı su ilə dolduğu kimi yer üzü din birliyi ilə dolacaq. Allahdan başqa heç kimə ibadət edilməyəcək. MÜHARİBƏ, DAVA NAMİNƏ HEÇ BİR ŞEY QALMAYACAQ... Yer üzü gümüş süfrəsi kimi olacaq. Bitkisini Adəmin zamanındakı kimi bitirəcək. Bir salxım üzümlə bir nəfər doyacaq. Bir qrup insan tək narla doyacaq. Bir öküzün qiyməti bu qədər olacaq, bir neçə dirhəmlə bir at alınacaq
Deyildi ki:
"Ey Allahın Elçisi! Niyə at o qədər ucuz olacaq?"
"MÜHARİBƏ OLMAYACAĞI ÜÇÜN ONA EHTİYAC DA QALMAYACAQ."
"Niyə öküz o qədər bahalı olacaq?"
"Yer üzünün hamısı əkiləcəyi üçün o, çox lazımlı olacaq.. " (Ibn-i Mace benzerini Ebu Ümame'den nakletti, Büyük Hadis Külliyatı, Rudani, 5-ci cild, səh. 370-371-372)

İsa əleyhissalam ümmətim içində, ədalətli bir hakim, tam ədalətli bir imam hökmdar olaraq çıxar... BÜTÜN DÜŞMƏNLİKLƏR, NİFRƏT YOX OLUB QALXAR, hər zəhərli heyvanın zəhəri çəkilib alınar. Hətta uşaq əlini ilanın ağızına salar, ilan uşağa zərər verməz. Qız uşağı aslanı (sevərək) sıxar, aslanın uşağa zərəri toxunmaz. Qurd, qoyun sürüsünün arasında sanki onları qoruyan itləri kimi olar. YER ÜZÜ, QAB SU İLƏ DOLDUĞU KİMİ SÜLH VƏ BARIŞ ilə doldurular. (O zamanda) Tək bir söz (yəni tövhid sözü) olar və tək Allaha ibadət edilər. Hərb (mütəxəssisi) ağırlıqlarını (yəni silah və s.) buraxar... (Ölüm Kıyamet Ahiret, səh. 496-497)

(Hz. İsa əleyhissalam) Sonra qırx il ömür sürəcək. ONUN ZAMANINDA KİMSƏ ÖLMƏYƏCƏK. Adam, qoyun və heyvanlarına (qalxın gedin, otlayın) deyəcək; onlar gedəcəklər, əkin ortasından keçdikləri halda bir sünbül belə ağızlarına götürməyəcəklər. İlan və əqrəblər kimsəyə əza (əziyyət) verməyəcəklər. Yırtıcı heyvanlar qapılarının qarşısında dayanacaq olsa da kimsəyə zərərləri toxunmayacaq. Adam bir qab buğdanı öküzsüz və sapansız əkəcək, qarşılığında yeddi yüz qab buğda əldə edəcək. (İmam Suyuti, Kıyamet Alametleri, Ölüm ve Diriliş, səh. 184)

Yeddi il boyunca KİMSƏ KİMSƏYLƏ DÜŞMƏNÇİLİK ETMƏYƏCƏK." (264- İbn Mende, a.e.II 958-9, el-Mukaddesi, a. E. Vr. 136- a 137-b)

Onun (hz. İsa) zamanında torpaq, dərinliklərindəki xəzinələrini ortaya çıxarar. İnsanlar mal və mülkə rəğbət etməzlər. Həsəd və kin qalxar. Allah hər zəhərli varlığın zəhərini yox edər. Beləcə, uşaqlar ilan və əqrəblərlə oynayar, zərər görməzlər. Qurd, qoyuna zərər verməz. İNSANLAR BİR-BİRLƏRİNİ ÖLDÜRMƏZ. YER ÜZÜNƏ SÜLH HAKİM OLAR. Torpaq ilk dövrlərindəki kimi bol məhsul verər. (265- bk.Müsnet, II, 409, 437; es-Sefarini, Levami, II 95) (İslam inancı açısından nüzul-i İsa meselesi, Dr.zeki sarıtoprak, çağlayan yayınları, izmir –1997 səh. 96)

İnsanlar arasında səbəblər ortadan qalxdığı üçün KİN VƏ ƏDAVƏTƏ YER VERMƏYƏCƏKLƏR... (Kıyamet Alametleri, səh. 242-243)

"Məryəm oğlu (İsa) hər halda enər”... "DÜŞMƏNÇİLİK, KÜSÜŞMƏ VƏ QISQANCLIQ ORTADAN QALXACAQDIR.".(Ebu Hureyre r.a. / Büyük Hadis Külliyatı, Rudani 5-ci cild, səh. 379)

Hz. Mehdi (ə.s.) dövründə qan axıdılmayacağı, yatan adamın belə oyadılmayacağına dair hədislər

İnsanlar, bal arılarının başçıları ətrafında toplanması kimi, hz. Mehdi (ə.s)-ın ətrafında toplanarlar. Daha əvvəl zülmlə dolu olan dünyanı, ədalətlə doldurar. Ədaləti o cür olar ki, yuxuda OLAN BİR KİMSƏ BELƏ OYANDIRILMAZ VƏ BİR DAMLA QAN BELƏ AXIDILMAZ. Dünya, sanki əsr-i Səadət dövrünə geri dönər.1

Hz. Mehdi (ə.s), Peyğəmbərin yolu ilə gedəcək, yatan adamı OYANDIRMAYACAQ, QAN DA AXIDILMAYACAQDIR.2

ZAMANINDA NƏ BİR KİMSƏ YUXUSUNDAN OYANDIRILACAQ, NƏ DƏ BİR KİMSƏNİN BURNU QANAYACAQDIR.3

Ona (hz. Mehdi (ə.s)-a) beyət edənlər, (Kəbə ətrafındakı) rükn və məqam arasında beyət edərlər. YATANI OYANDIRMAZ, ƏSLA QAN TÖKMƏZLƏR.4

Hz. Mehdi (ə.s.) dövründə MÜHARİBƏ SONA ÇATACAQ, ORDULAR SİLAHLARINI VƏ VƏSAİTLƏRİNİ BURAXACAQLAR:

Savaş (sahibləri) da ağırlıqlarını (silah və vəsaitlərini) buraxacaq.5

Hərb (sahibləri)  ağırlıqlarını (yəni silah və s.) buraxar.6

Düşmənçilik və kini də qaldıracaq... Qab su ilə dolduğu kimi yer üzü sülhlə dolacaq. Din birliyi də olacaq, artıq Allahdan başqasına ibadət edilməyəcək. Döyüş də ağırlıqlarını buraxacaq.7

Hz. Mehdi (ə.s.) dövründə, DÜŞMƏNÇİLİK, MÜBAHİSƏ VƏ DÖYÜŞLƏR SONA ÇATACAQ.

Kimsə arasında bir düşmənlik qalmayacaq. Və bütün düşmənçiliklər, boğuşmalar, həsədləşmələr şübhəsiz itib gedəcək. 8

Hz. Mehdi (ə.s) dövründə YER ÜZÜ ƏDALƏTLƏ DOLACAQ :

Zülm və günahla dolu olan dünya, O (HZ. MEHDİ (Ə.S)) GƏLDİKDƏN SONRA ƏDALƏTLƏ DOLUB DAŞACAQDIR.9

Hz. Mehdi məndəndir, yer üzü zülm və işgəncə ilə dolduğu kimi, ONU DÜZGÜNLÜK VƏ ƏDALƏTLƏ DOLDURAR.10

Hz. Mehdi dövründə YER ÜZÜ SÜLH İLƏ DOLACAQ.

(Hz. Mehdi (ə.s.) dövründə) düşmənçilik və kini qaldıracaqdır. Zəhərli olan hər heyvanın zəhəri də çıxardılıb alınacaq. Hətta kiçik oğlan uşağı, əlini ilanın ağzına soxacaq, ilan ona zərər verməyəcək. Qurd, qoyun -keçi sürüsü içində sürünün iti kimi olacaq. Qab su ilə dolu olduğu kimi YER ÜZÜ SÜLH İLƏ DOLACAQDIR. Din birliyi də olacaq, artıq Allahdan başqasına ibadət edilməyəcək. Döyüş də ağırlıqlarını buraxacaqdır.11

Onun (Hz. Mehdi (ə.s)) zamanında qurdla qoyun bir yerdə oynayacaq, ilanlar uşaqlara zərər verməyəcəkdir... 12

 

1 El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 29 ve 48

2 Kıyamet Alametleri, səh. 163

3 El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 44

4 El-Heytemî, El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 24

5 Sünen-i Ibn-i Mace, 10/334

6 İmam Şa’rani, Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, 496

7 Sünen-i Ibn-i Mace, 10/334

8 İmam Şa’rani, Ölüm-Kıyamet-Ahiret ve Ahirzaman Alametleri, 496

9 El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 20

10 Süneni-i Ebu Davud, 5/93

11 Sünen-i İbni Mace, Kitabü-l fiten Tercemesi ve Şerhi- Kahraman Neşriyat, cilt 10, Mütercim: Haydar Hatipoğlu, Bab 33, səh. 331-3359

12 El Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, səh. 43

PAYLAŞIN
logo
logo
logo
logo
logo