İslam əxlaqının dünyaya hakim olacağı Quranda vəd edilib. Quranda İslam əxlaqının hakimiyyətinə açıq-aşkar işarə edilir. Bu ayələrdən bəziləri belədir:
Peyğəmbərimizdən (s.ə.v.) sonrakı dövrlərdə yaşayan bir çox İslam alimi də hz. İsanın nüzulu, hz. Mehdinin zühuru və İslam əxlaqının hakimiyyəti haqqında müxtəlif izahlar veriblər. Böyük mücəddid Bədiüzzaman Səid Nursi də əsərlərində bu mövzu ilə bağlı ayələrə və hədislərə geniş yer verərək Hz. İsa və hz. Mehdinin gəlməsi ilə bağlı bütün müsəlmanlara yol göstərən vacib məlumatlar vermişdir.
Bədiüzzamanın izahları çox sadədir. Ancaq müxtəlif səbəblərdən Bədiüzzamanın bu sözlərindəki mənaya əhəmiyyət verilmir, hz. İsa və hz. Mehdinin gəlişi müxtəlif formalarda şərh edilir. “Fərd olaraq gələcəkləri” Peyğəmbərimiz (s.ə.v.) tərəfindən qəti şəkildə bildirildiyi halda bu mübarək şəxslərin “fərd olaraq gəlməyəcəkləri” iddia edilir, hədislər və İslam alimlərinin izahları bu yanlış fikirlər əsasında şərh edilir. Bu məqsədlə böyük İslam alimi Bədiüzzaman Səid Nursi tərəfindən istifadə edilən “şəxsi mənəvi” anlayışı da təhrif edilir, hz. İsa və hz. Mehdinin “mənəvi şəxs” olaraq gələcəkləri kimi yanlış fikir formalaşdırılır.
“Şəxsi mənəvi” olaraq xarakterizə edilməkdən savayı, hz. İsa və hz. Mehdinin gəlişi haqqında Peyğəmbərimizin (səv) hədisləri və İslam alimlərinin izahları ilə ziddiyyət təşkil edən bir çox fikir bildirilir. Bundan əlavə hz. İsa və hz. Mehdinin keçmişdə gəlib vəzifələrini yerinə yetirdikləri, mənəvi olaraq gələcəkləri, hz. Mehdinin üç ayrı mücəddiddən ibarət olacağı kimi yanlış fikirlər mövcuddur.
Halbuki hz. İsa və hz. Mehdinin şəxs olaraq gələcəkləri bilinən həqiqətdir. Bu həqiqətə Peyğəmbərimizin (səv) hədislərində və böyük İslam alimlərinin izahlarında rast gəlinir. Hədislərdə adı çəkilən bütün axırzaman şəxsləri kimi bu dəyərli insanlar da “şəxs olaraq” gələcək, ətrafındakı insanlarla birlikdə Allah'ın qədərlərində təyin etdiyi vəzifəni yerinə yetirəcəklər.
Peyğəmbərimizin (s.ə.v.) hədislərində hz. İsanın xüsusiyyətləri və mübarizəsi haqqında ətraflı məlumat verilmiş və Allah'ın izni ilə yenidən yer üzünə gələcəyi müjdələnmişdir. Hz. Mehdi də Allah'ın Peyğəmbərimizə (səv) 1400 il bundan əvvəl əxlaqını, fiziki xüsusiyyətlərini, fəaliyyətlərini, dünyada meydana gətirəcəyi təsiri bildirdiyi və qədərdə təqdir etdiyi mübarək şəxs olacaq. Bu xüsusiyyətləri təqlid etmək, yaxud hz. İsa və hz. Mehdiyə mane olmaq Allah'ın izni ilə qeyri-mümkündür. Hz. İsa və hz. Mehdi Peyğəmbərimizin (s.ə.v.) xəbər verdiyi kimi bütün vəzifələri yerinə yetirəcək, Allah'ın izni ilə Quran əxlaqını yer üzünə hakim edəcəklər. Bu Allah'ın təyin etdiyi qədərdir.
İslam əxlaqının hakimiyyəti Allah'ın ayələrdə bildirdiyi haqq vəddir. Şübhəsiz Rəbbimiz bu vədini yerinə yetirəcək. Bundan əlavə, Quranda möminlərin başında mütləq bir lider olduğu bildirilir. Bütün peyğəmbərlər, nəbilər və ya elçilər göndərildikləri cəmiyyətə öndərlik ediblər. Tarixi nümunələrdə olduğu kimi, hakimiyyət dövründə də müsəlmanların başında bir lider olacaq. Peyğəmbərimizin (s.ə.v.) hədislərində bu dövrdə möminlərin liderinin hz. Mehdi olacağı bildirilib.