HÖRMƏTLİ ADNAN OKTARIN FƏCR SURƏSİNDƏN AYƏ İZAHLARI
Fəcr surəsi, 1-ci ayə
“And olsun dan yerinə!”
Allah Günəşin doğuşuna and içir. Nə deməkdir? İslam günəşi, inşaAllah. Bədiüzzaman Mehdi (ə.s) üçün “fəcr” deyə söyləyir.
Fəcr surəsi, 2-3-cü ayələr
“And olsun on gecəyə! And olsun cütə və təkə!”
10-a cüt əlavə et, 2; 12. Tək əlavə et, 1; 13.
Fəcr surəsi, 4-cü ayə
“And olsun keçib getməkdə olan gecəyə!”
1400-ə bir istiqamtləndirmə var kimi görünür. Çünki rəqəmlərdən bəhs olunur indi bax. 10 var, cüt var, tək var və gecənin getməsindən bəhs edir. Gecə yəni zülmət, qaranlıq gedir. Günəş doğulur. Bax, Günəşdən bəhs edir. Dörd də hicri 1400-cü ilə işarə edir, inşaAllah. Gecə gedir, qeyb olur. 10, cüt və tək və 4-də də gecənin getdiyindən bəhs edir. Qaranlığın qeyb olduğundan bəhs edir.
Fəcr surəsi, 5-ci ayə
“Məgər bu andlar ağıl sahibi üçün kifayət deyilmi?”
Allah bu ayələrdə bir sirr var deyir. Bax, “ağıl sahibi üçün” deyir amma. Araşdırıb dərin düşünən üçün, “bir and var, deyilmi?” deyir Allah. Bu and nədir? Fəcr. İslamın hakimiyyəti, ona işarədir, inşaAllah.
Fəcr surəsi, 6-7-8-9-10-cu ayələr
“Məgər görmədinmi ki, Rəbbin nələr etdi Ad qövmünə, sütunlar sahibi İrəm qəbiləsinə –halbuki, yer üzündə onlar kimisi xəlq edilməmişdi. Habelə vadidə qayaları yonan Səmud qövmünə? Eləcə də sütunlar sahibi Firona?”
İndi dünyanın böyük şəhərləri həmişə yüksək sütunlar və yüksək binalarla doludur. Allah buna çox diqqət çəkmişdir. Böyük qüllələr, yüksək sütunlar, yüksək binalar və böyük şəhərlər, bunlara Allah diqqət çəkmişdir. Böyük qayalar artıq oyulub biçilir indi. Sırf qaya olan dağ oyulur, dümdüz hala gətirilir. Yaxud tunel açılır içindən, elə deyilmi?
Fəcr surəsi, 11-ci ayə
“Onlar o kəslər idi ki, ölkələrində həddi aşmış,”
Yəni anarxiya, terror çıxarırdılar. Halala, harama diqqət etmirdilər.
Fəcr surəsi, 12-ci ayə
“çoxlu fitnə-fəsad törətmişdilər.”
Məhz darvinizm, materializm fəsad, yəni Allahın dininə uymayan yanlış fəlsəfə və inanclardır.
Fəcr surəsi, 13-cü ayə
“Rəbbin də onları əzabla qamçıladı.”
Bu nədir? İqtisadi böhran, çətinliklər, intiharlar, bəlalar.
Fəcr surəsi, 14-cü ayə
“Həqiqətən, sənin Rəbbin nəzarət edir.”
“Allah sizi hər yerdən müşahidə edir” deyir Allah. Allah bütün gözlərdən görər, amma gözlər Onu idrak edə bilməz. Hər gözdən görər Allah.
Fəcr surəsi, 15-ci ayə
“İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərəndə və ona nemət verəndə: “Rəbbim mənə ehtiram göstərdi!” – deyər.”
“İnsana gəlincə, Rəbbi onu sınayıb”, yəni bir imtahan, bəlalar, xəstəliklər, tərs gedən kimi görünən işlər. Hikmətlə olur. “ehtiram göstərəndə və ona nemət verəndə: “Rəbbim mənə ehtiram göstərdi!” – deyər.” “Oh, əlhəmdülillah” deyir. Allah onu sınaqdan keçirir. Bəla da verir, amma Allah burada bir nemətdən bəhs edir. Bu sınaq nemət sınağıdır. Bolluq verir, rahatlıq, zənginlik. Gözəllik, sağlamlıq, bərəkət, bolluq hər şey.
Fəcr surəsi, 16-17-ci ayələr
“Amma onu sınamaq üçün ruzisini azaldanda: “Rəbbim məni alçaltdı!” – deyər. Xeyr! Əslində siz yetimə ehtiram göstərmirsiniz”
“Amma onu sınamaq üçün ruzisini azaldanda: “Rəbbim məni alçaltdı!” – deyər.” Dərhal dinə, İslama tərs dönür. Hər kəs görür belə adamları, elə deyilmi? Bu çox geniş yayılmışdır. “Xeyr! Əslində siz yetimə ehtiram göstərmirsiniz” Əxlaqınız pisdir deyir Allah. Bax, yetim. Allah həmişə yetimi qoruyur, əzilmişi qoruyur. İslamın xüsusiyyətidir, ictimai ədalət istiqaməti, sevgi istiqaməti, mərhəmət istiqaməti. Ən çox əzilən kimsə oradan başlayır Allah, ayədə bax, dərhal “siz yetimə ehtiram göstərmirsiniz”. Yetim deyiləndə nəzərdə tutulan, atası olmayan, amma eyni zamanda himayəçisi olmayan, qoruyanı olmayan, əzilmiş, ac qalmış, kasıb qalmış, çətin vəziyyətdə olan hər kəsə işarə var.
Fəcr surəsi, 18-ci ayə
“kasıbı yedirməyə bir-birinizi təhrik etmirsiniz”
Fərzdir. Yoxsulu yedirmək üçün bir-birini təşviq etmək fərzdir. Allah deyir bax, ayədə. Yoxsula yemək vermək, geydirmək, sığınacaq vermək, qorumaq. Bax bu, Mehdi (ə.s) dövründə tam mənasıyla olacaq. İslamın bu istiqamətini marksistlər almış tamamilə fərqli hala gətirib, içini, ruhunu boşaldıb sümüyünü qoymuşlar. İslam ruhuyla, ətiylə, sümüyüylə, gözəlliyi yaradarkən; marksizm- kommunizm ətini, ruhunu alıb, sümüyünü çürüdüb, alın sizə sümüyünü deyir.
Fəcr surəsi, 19-cu ayə
“mirası hərisliklə yeyirsiniz”
Məsələn, Osmanlıdan bizə qalan mirası bir çox insan parça- parça etdi. Məsələn, atalardan, səlcuqlulardan qalan mirası bir çox insan parça-parça etdi. Onlardan gələn gözəl mədəniyyəti, gözəl düşüncələri, gözəl əxlaqı. Eyni şəkildə, pul olaraq da, zənginlik olaraq da.
Fəcr surəsi, 20-ci ayə
“var-dövləti də hərisliklə sevirsiniz.”
Allah vəhşi kapitalizmə sədd çəkən bir izah verir. Deyir ki, “var-dövləti də hərisliklə”, vəhşi kapitalizmin xüsusiyyətidir. “hərisliklə sevirsiniz” deyir Allah. Bunu tənqid edir. Bunu haram edir Allah. Bax, “var-dövləti də hərisliklə”, Allah bunu istəmir və hərislik edilməsini də istəmir.
Fəcr surəsi, 21-ci ayə
“Xeyr! Elə ki, yer lərzəyə gəlib parça-parça olacaq,”
Sənin malın da gedəcək, fabrikin də gedəcək. Hamısı gedir, təsislər də gedir.
Fəcr surəsi, 22-23-cü ayələr
“Sənin Rəbbin və səf-səf düzülmüş mələklər gələcək və o gün Cəhənnəm gətiriləcək. O gün insan günahlarını xatırlayacaqdır. Lakin bu xatırlamanın ona nə faydası?”
“Sənin Rəbbin və səf-səf düzülmüş mələklər gələcək”. Qiyamət qopmuş, mələklər bütün ərşi, hər yeri əhatə etmiş. Açıq şəkildə görüldüyü zaman. “və o gün cəhənnəm gətiriləcək.” Dərhal o gün, amma baxın, dərhal. “O gün insan günahlarını xatırlayacaqdır.” Bunların hamısını düşünüb xatırlayır. “Bunların hamısı izah edilmişdi, bunlar Quranda olan hökmlər idi” deyir. “Lakin bu xatırlamanın ona nə faydası?” deyir Allah. Mövzu artıq bitmişdir. O anda xatırlayar, deyir.
Fəcr surəsi, 24-cü ayə
“O: “Kaş axirət həyatım üçün əvvəlcədən hazırlıq görəydim!” – deyəcəkdir.”
Yəni kasıblara paylasaydım. Çünki mal, fabrik getmiş, hər şey getmişdir. Yaxtaları, gəmisi , dənizlər hamısı getmiş; ortalıq darmadağın olmuşdur. “Kaş ki, paylasaydım” deyir, “Kaş ki, yığmasaydım.”
Fəcr surəsi, 25-ci ayə
“O gün heç kəs Allahın verdiyi əzab kimi əzab verə bilməz”
“Çox şiddətli əzab verəcəyəm” deyir Allah.
Fəcr surəsi, 26-cı ayə
“Və heç kəs Onun buxovladığı kimi buxovlaya bilməz.”
Qaçması, xilas olması mümkün deyil. Yenə qandalı qıra bilir adam, ipi qopara bilir, amma Allahın etdiyi bağı qopara bilmir.
Fəcr surəsi, 27-ci ayə
“O gün möminə deyiləcəkdir: “Ey arxayın olan kəs!”
Yəni əminliyə qovuşmuş, sakitləşmiş, düzgün hala gəlmiş, Allah sevgisiylə ürəyi genişlənmiş, ürəyində rahatlıq meydana gəlmiş, ağlı oturmuş, özündən əmin olduğu kimi Allahdan əmin olmuş, Allahı ən dərin eşqlə, bütün ürəyiylə sevmiş “nəfs” deyir Allah bu nəfs üçün.
Fəcr surəsi, 28-ci ayə
“Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön!”
Həm sən məmnun olacaqsan, həm də Rəbbini məmnun etmiş olacaqsan, deyir Allah. Rəbbin səndən bu gözəl əxlaqından ötrü məmnun olacaq deyir. Allah da səni nemətləriylə, sevgisiylə məmnun edəcək deyir. Təbii Allahın sevgisi əhəmiyyətlidir. Razılığı. Neməti onun ikramıdır.
Fəcr surəsi, 29-cu ayə
“Mənim qullarımın cərgəsinə keç!”
Səmimi, gerçək möminlərin cərgəsinə keç.
Fəcr surəsi, 30-cu ayə
“Cənnətimə daxil ol!”
HÖRMƏTLİ ADNAN OKTARIN BƏLƏD SURƏSİNDƏN AYƏ İZAHLARI
Bələd surəsi, 1-ci ayə
“And içirəm bu şəhərə (Məkkəyə)!”
Allahualəm bu ayələrin hamısı İstanbula xitab edir.
Bələd surəsi, 2-ci ayə
“Sən də o şəhərin sakinisən.”
Təbii ilk mənası Peyğəmbərimiz (s.ə.v)-ə, Məkkəyə baxır, amma Axırzamana işarəli mənası baxımından deyirəm.
Bələd surəsi, 3-4-5-ci ayələr
“And olsun valideynə və onun törəməsinə! Biz insanı çətinlik içində xəlq etdik. O, heç kəsin ona gücü çatmayacağınımı güman edir?”
“O, heç kəsin ona gücü çatmayacağınımı güman edir?” Yəni axirətə inanmır, Allaha inanmır, mələklərə inanmır.
Bələd surəsi, 6-cı ayə
“O deyir: “Mən çoxlu var-dövlət sərf etmişəm!””
Bax, yenə vəhşi kapitalizmi Allah tənqid edir. Quranda Allahın ayələri vəhşi kapitalizmə həmişə vurur. İstehlak iqtisadiyyatına Allah diqqət çəkir.
Bələd surəsi, 7-ci ayə
“O, heç kəsin onu görməyəcəyinimi zənn edir?”
Allah deyir, Mən müşahidə edirəm, hər yerdə müşahidə edirəm deyir.
Bələd surəsi, 8-10-cu ayələr
“Məgər ona iki gözü Biz verməmişikmi? Bir dillə iki dodaq verməmişikmi? Onu iki yoxuşlu yola yönəltmədikmi?”
Biz ona “iki yol-iki məqsəd” göstərdik. İkilərin təkrarlaması var, burada da diqqət yetirsəniz var yenə.
Bələd surəsi, 11-ci ayə
“O isə sərt yoxuşu aşmağa can atmadı.”
Yəni imtahanlara, Allahın halallarına, haramlarına diqqət göstərmədi.
Bələd surəsi, 12-13-cü ayələr
“Sən nə bilirsən ki, sərt yoxuş nədir? O, bir kölə azad etməkdir”
İnsanları azadlığa buraxmaq. Bax, azadlıq və sülh Quranın fərzləri, hökmləridir. Bir ölkəni əsarətdən qurtarmaq, bir topluluğu əsarətdən qurtarmaq, insanların üstündəki təzyiqi qaldırmaq, insanları azad hala gətirmək, tam demokratik hala gətirmək.
Bələd surəsi, 14 -cü ayə
“və ya aclıq günündə möhtaca yemək verməkdir –”
Heyvanları da doyurmaq, hamısını doyurmaq. Allah sərhəd qoymamış, “aclıq günündə doyurmaq” deyir Allah. Hamısını içinə alır; quşları, insanları hamısını. Aclıq günündə. Amma Allah hər kəsin malı varkən insan doyurmadan bəhs etmir. Çətinlik anında doyurmaq çox əhəmiyyətlidir. Özündə də olmur, buna baxmayaraq doyurur.
Bələd surəsi, 15-ci ayə
“qohumluq əlaqəsi çatan bir yetimə,”
Yenə bax, həmişə əzilmişləri qoruma. Həmişə əzik insanları, əzilənləri qoruma.
Bələd surəsi, 16-cı ayə
“yaxud aclıqdan yerə uzanmış kasıba!”
Sürünürəm deyirlər, gecəqondularda qardaşlarımız var, hər yerdə var. Yəni sürünən topluluqları, sürünən insanlarımızı, acı çəkən, kasıbçılıq içində qıvrılan cəmiyyətləri. Allah bunların hamısını qoruyacaqsınız deyir, zənginləşdirəcəksiniz. Yedirib içirəcəksiniz, deyir Allah. Fərz etmiş. Quranın hökmü, Allahın hökmü. Bax Mehdi (ə.s) bu hökmləri tətbiq edir.
Bələd surəsi, 17-ci ayə
“Sonra isə o, iman gətirən, bir-birinə səbir və mərhəmət tövsiyə edənlərdən olmaqdır.”
“Sonra isə o, iman gətirən, bir-birinə səbir”, Bax, iman etmiş, səbri bir-birinə tövsiyə edir. “Səbirli ol” deyir. Acı çəkir, “səbirli ol.” Çətinlik çəkir, “səbirli ol.” “mərhəmət tövsiyə edənlərdən olmaqdır.” Mərhəmət. Deyir ki, “Asaq, kəsək, terror çıxaraq, partladaq, dağıdaq.” Mərhəmət, şəfqətlə yaxınlaşmaq, yazığı gəlmək. Allah, “Bu vəziyyətdə sizə kömək edərəm” deyir, “Şiddətdə kömək etmərəm” deyir. “Terrorda, anarxiyada kömək etmərəm.” Mərhəmətlə gedənin yolu açılır. Adam təəccüblənir. Şiddət istifadə edir, “Bunun qazanması lazımdır” deyirlər, mərhəmət edən qazanır. Şiddət edən itirir. Möcüzə budur. Halbuki şiddət əzib keçməlidir, qazanmalıdır. Elə görünür. Elə olmur. Ən mərhəmətli kimsə, ən şəfqətli kimsə baxırsan, o qazanır. Hamısı gedir, şiddəti istifadə edənlər parça-parça olur. Mərhəmət edənlər baxırsan, sultan olmuşlar.
Bələd surəsi, 18-ci ayə
“Onlar sağ tərəf sahibləridir.” (Əshab-ı Meymənə)
Uğursuz deyərlər adamlara. Meymenə (uğurlu) oradan gəlir. Məqbul yaxşı insanlar, gözəl insanlar, uğurlu insan.
Bələd surəsi, 19-cu ayə
“Ayələrimizi inkar edənlər isə sol tərəf sahibləridir.” (Əshab-ı Meşəmə)
Uğursuz, bədbəxt, yəni üzü batmış, bərbad adamlar, Böyük bir pislik axan.
Bələd surəsi, 20-ci ayə
“Od onların üzərində qapanacaqdır.”
Cəhənnəm qapısı bağlandığında bir daha çıxa bilmir. Sonsuza qədər çıxa bilmir. Bu kilid bir daha açılmır. Məsələn, cənnətin qapısı bağlandımı bir daha açılmır. Çıxış yox cənnətdən artıq. Cəhənnəm də bağlandımı çıxa bilməz, Allah verməsin.
HÖRMƏTLİ ADNAN OKTARIN ŞƏMS SURƏSİNDƏN AYƏ İZAHLARI
Baxın, Bələd surəsinin dərhal arxasından yenə Şəms surəsi. Mütləq mehdiyyət. Rəhman və Rəhim olan Allahın adıyla, orada şəfəqdən bəhs edirdi, indi burada Allah günəşə keçmiş. Günəş artıq doğulmuş.
Şəms surəsi, 1-ci ayə
“And olsun günəşə və onun saçdığı şəfəqə!”
Allah, and içir. Yəni Mehdi (ə.s)-a və saçdığı nura, inşaAllah.
Şəms surəsi, 2-ci ayə
“And olsun ondan sonra zühur edən aya!”
Burada Mehdi (ə.s)-ın köməkçilərinə də işarə var. Aya da diqqət çəkilir, amma Mehdi (ə.s)-ın köməkçilərinə də işarə edilir.
Şəms surəsi, 3-cü ayə
“And olsun günəşi açıqlığa çıxardan gündüzə!”
Günəş parlayır, gündüz olmuş artıq, ortalıq işıqlanmış. Zülmət getmiş, qaranlıq getmiş.
Şəms surəsi, 4-cü ayə
“And olsun günəşi bürüyən gecəyə!”
Bu dəfə qaranlıq. Arxasından qaranlıq gəlir.
Şəms surəsi, 5-ci ayə
“And olsun göyə və onu qurana!”
Bax, Allah həmişə iman həqiqətlərinə diqqət çəkir. Ay, günəş, göy, onun inşa edilməsi, fizika qanunları… Bunları araşdırın, deyir Allah.
Şəms surəsi, 6-cı ayə
“And olsun yerə və onu döşəyənə!”
Yeri araşdırın, deyir Allah; yer elmləri. Bitkilər, bitkiləri araşdırın deyir Allah.
Şəms surəsi, 7-ci ayə
“And olsun nəfsə və onu yaradıb kamilləşdirənə,”
Qızıl nisbətlə ən düzgün şəkildə yaradana. Bunları da araşdırın, deyir Allah.
Şəms surəsi, 8-ci ayə
“ona günahları və Allahdan qorxmağı təlqin edənə!”
Yəni insan bir pislik etdiyində “Mən bilmirəm onun üçün etdim” deyir. Bilməzsənmi? Bilirsən. Mütləq hər səhv, hər anormal hərəkət, hər insana ilham edilər. Bilərək etdiyi üçün insanların üzü qaralır. Yəni vicdansız deyərlər. Məsələn, nalayiqlik edir, dərhal ona bildirilər. İnsan bildiyi halda edər. Yoxsa baxın, uşaqlıqdan etibarən ölənə qədər hər insana hər an doğru olan ürəyinə vəhylə bildirilər. Məsələn, pis bir söz deyəcək deyilmi? “O yanlışdır” deyir, “söyləmə” deyir Allah. Ürəyinə verilir, ilham olur. Buna baxmayaraq söyləyir, yenə söyləyir. Onsuz da sonra onun gərginliyini yaşamağa başlayır. Məsələn, səsi filan gedər, ağlayar, hirslənər, hirslənər, təzyiqi qalxar, təzyiqi düşər. Allahın dediyini etmədiyi üçün iztirab duyar. Allahın dediyini etsə ürəyi rahat olacaq. Deyir ki, “Mən bilmirəm.” Allah da nə deyir, “sonra ona fücurunu (sərhəd tanımaz günah və pisliyini) və ondan çəkinməyi ilham edənə”. İlham nə deməkdir? Vəhy etmək. İkisini də ilham edirəm, deyir Allah.
Şəms surəsi, 9-cu ayə
“Nəfsini günahdan təmizləyən uğur qazanmışdır.”
Təmizləmək nə deməkdir? Əvvəl neft gəlir, deyilmi? Təmiz deyil, emal edilməmiş. Qatranı ayrılır, başqa şeylər ayrılır, onun içindən benzin çıxır. Emal edilir, təmiz hala gətirilir. İnsana da məhz yanlış məlumatla doğru məlumat ikisi birdən verilir. Vəhyi dinləyib təmizləyəcək, doğru olanı alacaq. Səhv qismini istifadə etməyəcək. “Nəfsini günahdan təmizləyən uğur qazanmışdır.” Təmizləmək. Demək ki, bir çirk halında gəlir. Çirkini atırsan, təmizi sənə qalır. Təmizləmə nə deməkdir? Çöküntü qismini, səhv qismini atırsan, sənə faydalı olanı tutursan. “Bu uğur qazanmışdır.” deyir Allah, “Xilas olar bunlar” deyir.
Şəms surəsi, 10-cu ayə
“Onu günaha batıran isə ziyana uğramışdır.”
Qışqırıb çığıraraq, tərsliklə, harama girərək, Quranın hökmünü dinləməyərək günaha batıran. Necə günaha batırır? Demaqoqluq edir. “Mən əslində elə demək istəməmişdim, siz səhv anladınız. Mən əslində elə deyərkən yaxşı niyyətlə dedim.” Bunlar həmişə pərdədir. Bunlar çox görülər, insanlar pərdələyərlər. Açıqca məsələn, müəyyən bir şey, üstünü örtür, anlamazlıqdan gəlir. Bax, “Onu günaha batıran isə ziyana uğramışdır.” O məğlub olar və əzilər, deyir Allah. Axırda günaha girər, bəlaya girər, həlak olar deyir. Allah əsirgəsin.
Şəms surəsi, 11-ci ayə
“Səmud qövmü öz azğınlığı üzündən Allahın elçisini təkzib etdi.”
“azğınlığı üzündən Allahın elçisini təkzib etdi.” Məsələn, indi dünyada da terroristlər az idilər. Savaş çıxarırlar. Amma mənşəyinə endiyimizdə darvinizm çıxır. İnkar fəlsəfəsi çıxır.
Şəms surəsi, 12-ci ayə
“Onların ən bədbəxti dəvəni kəsməyə qalxdıqda”
Bax, qiyam, terror, anarxiya. Məsələn, PKK qiyam qaldırdı. Kommunist qiyam var. “Onların ən bədbəxti”. Yəni pis insanları, amma sərt. Necə? Silahla, bombayla, güc tətbiq edən kəslər, sərt. …qiyam qaldırdığında, yəni terror və anarxiya çıxardığında, hücum etdiyində.
Şəms surəsi, 13-cü ayə
“Allahın elçisi onlara dedi: “Allahın bu dişi dəvəsinə toxunmayın və onun su içməsinə mane olmayın!” ”
İndi, bəla vermək üçün bu dəfə Allah hər hansı bir mövzu meydana gətirir. Bəlanın meydana gəlməsi üçün. Bir səbəb axtarır, Allah. Yəni adını qoyacaq. Məsələn, hz. Adəm (ə.s)-ın yaradılması üçün necə palçığı vəsilə edir. İndi bax, burada da bir dəvə, heyvan sevgisi və heyvana ediləcək zülmü. Allah heyvana ediləcək zülmü əsas götürür. Yəni bax, bəla, Allah oradan vurmaq üçün hazırlayır.
Şəms surəsi, 14-cü ayə
“Onlar isə peyğəmbəri yalançı sayıb, dəvənin diz vətərini kəsdilər. Onların Rəbbi də bu günahlarına görə onların hamısını qırıb yerlə-yeksan etdi.”
“Onlar isə peyğəmbəri yalançı sayıb, dəvənin diz vətərini kəsdilər.” Heyvanı. Allah onsuz da onu gözləyir. “Onların Rəbbi də bu günahlarına görə onların hamısını qırıb yerlə-yeksan etdi.” Yəni o, dəvəni öldürmələri simvolikdir. Allah o ankı qəddarlıqlarını özlərinə göstərmək üçün xəbərdar edir. Peyğəmbər deyir ki; “Burada xeyli zülm edirsiniz. Bu dəvəyə toxunmayın”, “Heyvan suyunu içsin” deyir, “toxunmayın” deyir. “Heyvana mərhəmət edin” deyir. Dəvənin heç bir günahı yoxdur. Heyvana su içmə imkanı verəcəklərinə, heyvanı birbaşa öldürürlər. Bu, məhvləri üçün yetərli olur. Yəni, Allah hər hansı bir hökm axtarır. Yoxsa məsələn, orada bir uşağı döymələri də ola bilərdi. Məsələn, bir avtomobili yandırmış da ola bilərlər. Allah bir bəhanə meydana gətirir bəla vermək üçün. Bu, bəhanələrdən biridir. Bax, “onların hamısını qırıb yerlə-yeksan etdi.” deyir Allah. Çünki bəlaya layiq olmuşlar, yalnız bir bəhanə axtarılır. Yəni bir qığılcım.
HÖRMƏTLİ ADNAN OKTARIN ƏLƏQ SURƏSİNDƏN AYƏ İZAHLARI
Ələq surəsi, 1-ci ayə
“Yaradan Rəbbinin adı ilə oxu!”
Oxumanın əhəmiyyətinə diqqət çəkilir.
Ələq surəsi, 3-4-cü ayələr
“Oxu! Sənin Rəbbin müqayisəsiz səxavətə malikdir. O, qələmlə yazmağı öyrətdi.”
Yəni Axırzamanda qələm ərbabı, Axırzamanda qələm hakim olur.
Ələq surəsi, 5-ci ayə
“İnsana bilmədiklərini öyrətdi.”
Məsələn, darvinizmin etibarsızlığını elmlə öyrəndik. Bir çox şeyi insanlar elmlə öyrəndi.
Ələq surəsi, 6-cı ayə
“Xeyr! İnsan, doğrudan da, həddini aşır –”
Dəccaliyyətə baxır. Darvinist, materialist düşüncə içərisində anarxiya, terrorla azırlar.
Ələq surəsi, 7-ci ayə
“özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə.”
Deyir ki, “Mən üstün insanım, ehtiyacsızam”. “Üstün irqəm” deyir. “Elmin, texnologiyanın ən yüksək səviyyəsinə çıxdım mən” deyir. “Əxlaqi cəhətdən də çox yaxşıyam” deyir. Özünü müstağni görür. Darvinin ölüm tarixini verir. Bax, “özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə.” “Xeyr! İnsan, doğrudan da, həddini aşır” Darvinin ölüm tarixini verir. Düşünən ibrət götürər.
Ələq surəsi, 9-10-cu ayələr
“Gördünmü o kəsi ki, mane olur – bir bəndəyə namaz qıldığı zaman?”
Bax, Suriyada, digər ölkələrdə, bir çox İslam ölkəsində bu var. “bir bəndəyə namaz qıldığı zaman?” Demək ki, tahiranə dəccal müsəlmanlara hücum edəcək. Ayə ona işarə edir. Yəni əhli-salate tahiranə hücum edəcəyini işarə edir.
Ələq surəsi, 11-12-13-14-cü ayələr
“Söylə görək, əgər o bəndə doğru yoldadırsa, yaxud Allahdan qorxmağı əmr edirsə, onda necə olsun? Söylə görək, əgər o kafir haqqı yalan sayıb üz döndəribsə, onda necə olsun? Məgər o bilmir ki, Allah görür?”
“Söylə görək, əgər o bəndə doğru yoldadırsa,” Qurana uyğunsa, ihdinas sıratəl-müstəqim, Fatihə surəsində ifadə edilən Quran yolu üzərindədirsə. “yaxud Allahdan qorxmağı əmr edirsə”. Bu ayə xüsusilə mehdiyyətə işarə edir. O biri ayə dəccala, bu ayə də mehdiyyətə. Təqvanı əmr etdisə, İslamı izah etdisə. “Söylə görək,” deyir Allah. “əgər o kafir haqqı yalan sayıb üz döndəribsə,” Yəni, Allahı və İslamı inkar edir, Quranı öyrənməkdən qaçırsa. “Məgər o bilmir ki, Allah görür?”
19 ayədən ibarətdir. Ələq surəsi dəccaliyyətə xüsusilə vuran bir surədir.