İnsan ölərkən əgər mömindirsə toy kimi sevinclə, məhəbbətlə qarşılanar. Əzrail (ə.s), yanında, mələklər, sevdikləri, dostları məhəbbətlə, qucaqlayaraq, gözəl, fərəhli, şən, gözəl ətirlə, xoş əda ilə, sevgi ilə möminin canını alar. Və təbrik edilərək, coşqu ilə, bağıra basılaraq alınar. “Ay MaşaAllah”-deyib, götürüb apararlar.
Küfr isə Allah göstərməsin, şiddətli yumruq zərbələri ilə, faciəli şəkildə döyülərək canı alınar. Ayədə Allah: “Kürəyinə”-deyir, “Kürəklərinə vurularaq canları alınarkən bir görsən”-deyir Allah. Başqa bir aləmə alındığına görə insanlar onu görə bilməz, ikinci aləmə alınar. O aləmdəki nə mömini görə bilərsən, nə də onu görə bilərsən. “Qəbir əzabı vardırmı?” Küfr əhli onsuz da birbaşa bəlasını tapır. Onsuz soruşular: “Nə qədər qaldınız?'– dedi. (Bəziləri:) “Bir gün yaxud günün bir hissəsi qədər qaldıq”– dedilər”. Qəbir dediyiniz vaxt o qədərdir. Diqqət edin: “Bir gün yaxud günün bir hissəsi qədər” -deyirlər. Ayədəki ifadəyə görə qalxdıqlarında təəccüblə oyanırlar. “Bizi yatdığımız yerdən kim qaldırdı?” (Yasin surəsi, 52)-deyir, heyrət içində qalxır. Buradakı ifadədən cəhənnəm əzabının əsas olduğunu başa düşürük. Əgər mömindirsə dərhal cənnətə gedər. Yəni mömin gözləməz, inşaAllah.