HÖRMƏTLİ ADNAN OKTARIN MAİDƏ SURƏSİNDƏN AYƏ İZAHLARI
Maidə surəsi, 56-cı ayə
“Kim Allahı, Onun Elçisini və iman gətirənləri özünə dost tutarsa, bilsin ki, qələbə çalanlar da məhz Allahın firqəsidir”.
Hizbullah, Allah hizbi. Mehdi (ə.s) və tərəfdarları Allahın hizbidir hal-hazırda. Hizbullah onlardır indi, yəni Allahın tərəfdarları. Mehdi (ə.s) və tələbələridir. “qələbə çalanlar”-yəni darvinizmə, materializmə, ateizmə, PKK-ya, vəhşi kapitalizmə, kommunizmə, faşizmə qalib gələnlər - “məhz Allahın tərəfdarlarıdır”. Yəni Hizbullah, Mehdi (ə.s) tərəfdarlarıdır. Mehdi (ə.s), İsa Məsih (ə.s) və tələbələridir.
Maidə surəsi, 58-ci ayə
“Siz namaza çağırdığınız zaman onlar onu məsxərəyə qoyub oyun-oyuncaq sayarlar. Bu ona görədir ki, onlar düşüncəsiz bir camaatdır”.
“Siz namaza çağırdığınız zaman...” –“gəlin, namaz qılaq” dediyinizdə, Allahdan bəhs edildikdə -“onu məsxərəyə qoyub oyun-oyuncaq sayarlar”. Yaxud küfr edərlər, təhqir edərlər, necə ki, indi yeni dəb düşüb. Dinə, imana, müqəddəsata qəzetlərdə, Facebookda, orada-burada küfr edər, lağ edər. “Bu ona görədir ki, onlar düşüncəsiz bir camaatdır”. “Səbəbi dərk edə bilməmələridir”-deyir Allah ayədə.
Maidə surəsi, 63.
“Nə üçün din xadimləri və baş keşişlər onlara günah sözləri və haram yeməyi qadağan etmirlər? Onların törətdikləri necə də pisdir!”
Diqqət edin, Yəhudiləri də Allah xəbərdar edir: “Nə üçün din xadimləri və baş keşişlər...”-Rəbbilər, yəni ravvinlər və din alimləri, baş ravvinlər (baş keşişlər), böyük alimlər (Ruhanilər)- “günah sözləri və haram yeməyi qadağan etmirlər? Onların törətdikləri necə də pisdir!” Yəni bu da Axırzamana bir işarədir. Həqiqətən indi, məsələn İsraildə dindar insanlar olduğu kimi çox böyük bir dinsiz kütlə də var. Bir qisim ravvinlər həqiqətən dinsizlərlə maraqlanmırlar. Halbuki onları xəbərdar etməli, izah etməlidirlər.