MƏLƏKLƏR İMAN, QURAN MÖVZUSUNDA OLAN SÖHBƏTLƏRƏ QİBTƏ EDƏR, ÇOX XOŞLARINA GƏLƏR
Ev söhbətləri çox gözəldir. Allah mələklərlə onları söhbət etdirər, maşaAllah. Mələklər qibtə edər, bu cür iman və quran mövzusunda olan söhbətlər xoşlarına gələr. Ən sevdikləri şeylərdən biri də budur. Allah mələklər üçün: “Hamısı sıra ilə səcdə halındadırlar”-deyir. Bir qismi qiyam halındadır amma sonsuza qədər elə dayanarlar, MaşaAllah. Heç yorulmurlar, həmişə qiyamdadırlar. Bir qismi də həmişə səcdədədirlər. Milyonlarla il belə dayanarlar, amma çox zövq alarlar, Allah onları bu cür yaratmışdır. Yəni, məsələn cənnət bağçası kimi zövq verir onlara, kimisi rükuda olar, elə rükuda sonsuza qədər dayanarlar mələklər.
MƏLƏKLƏR HƏMİŞƏ ALLAH YOLUNDA CƏHD GÖSTƏRİLƏN YERLƏRƏ TOPLAŞARLAR
Mələklər yer üzü ilə, cəhd, yəni Allah yolunda cəhdlərlə həmişə əlaqədədirlər. Yəni mələklərin ən çox diqqət yetirdiyi mövzu budur. Mələk boş işlə, boş adamlarla məşğul olmazlar. Yəni maraqlanmazlar. Təbliğ aparılan yerlərə, Allah yolunda çox cəhd göstərilən yerlərə yığışarlar. Amma bunu əlbəttə axirətdə görəcəksiniz. Dünyada görsəniz ağlınızı itirərsiniz, onsuz da elə bir mühit olsa hamı inanar.
ƏN BÖYÜK MƏLƏKLƏR MEHDİ (Ə.S)-I HEÇ VAXT TƏK BURAXMAZLAR, HƏMİŞƏ YANINDA OLARLAR
Məsələn, mələklər, Mehdi (ə.s) ilə çox əlaqəlidirlər. Ən böyük mələklər Cəbrayıl, Mikayıl həmişə yanında olarlar, Mehdi (ə.s)-ı heç vaxt buraxmazlar. Mehdi (ə.s)-ın xəbəri belə olmaz. Cəbrayıl, Mikayıl onu heç vaxt tək qoymazlar, həmişə sağında, solunda olarlar. Ömrü boyu Mehdi (ə.s)-ı buraxmazlar, yalnız canı alınarkən ortaya çıxarlar. Cəbrayıl, Mikayıl, o biri mələklər də bağrına basıb götürərlər onu, çünki coşqu ilə, məhəbbətlə aparacaqlar.
MƏLƏKLƏRİ ANCAQ AXİRƏTDƏ GÖRƏ BİLƏRİK
Mələklər bir dəfə görünsələr onu görən şəxs ondan sonra ölər, imtahanı bitər. “Bir dəfə görüm”-deyərlər. Görərsən, amma ondan sonra ölərsən. Yəni imtahanın bitər. Amma axirətdə hamısını görərsən. Məsələn, söhbət edərkən mələklərin yanınızda necə dayandığına heyrətlənəcəksiniz, təəcüblənəcəksiniz. Məsələn, haralarda dayanmışdılar, necə seyr etmişdilər, necə məmnun olmuşdular, necə sevinmişdilər... Allah, Öz yolunda edildiyi üçün çox bəyənər, çox sevər.
İNSANIN BU DÜNYADA HƏR ETDİYİ QEYD EDİLƏR, AXİRƏTDƏ ÖZÜNƏ GÖSTƏRİLƏR
Mələklər şeytani fəaliyyətlərlə maraqlanmazlar. Yaxşıca batmaq üçün onlarla şeytanlar maraqlanar. Amma onların vəziyyətlərini təsbit edən mələklər vardır. Yəni etdikəri əxlaqsızlıqları təsbit edərlər ki, inkar etməsinlər. Allah bildiyi üçün mələyi də vəsilə edər. Çünki mələk məsələn: “Bax, bunu etmişdin, filan şeyi etmişdin”-deyə izah edər. “Heyrət” deyər, çox təəcüblənər və “heç bir şey əskik qalmamışdır” deyər, “Hamısını bilir”-deyər. Heyrətlənər. Onsuz da onun əlinə kaset kimi kiçik bir şey verilər. Bütün məlumatların bunun içərisində olduğu deyilər. Orada onun hamısını görər. Bəlkə də kristal kimi bir daş olar, yəni bütün məlumatların orada kodlaşdırıldığı bir şeydir. Heyrətlər içində qalar. İbtidai məktəbdən etibarən ölənə qədər, nəfəs alıb verməyinə kimi hamısı kodlaşdırılmışdır. Beyində də, daşda da kodlaşdırılmışdır. Və yaxud buna bənzər bir şeydə.