Müsəlman yarayla, ağrıyla, əziyyətlə qiymətli hala gələr
Allah deyir ki, “Sizə bir yara toxundusa onlara da yara toxundu”. Amma müsəlmana toxunan yara müsəlmanın şərəfini, qürurunu yüksəldir, cənnətdəki mövqeyini genişlədir. Müsəlmanlar arasında etibarını, gücünü artırar. Küfrə yara toxunduğunda adamın axirəti yanar, dünyası yanar. Yoldaşları içində etibarı sıfıra enər, çox alçaldılar. Psixologiyası çökər. Belədir bu yəni. Müsəlmanın onsuz da yaraya ehtiyacı vardır. Yarayla, ağrıyla, əziyyətlə müsəlman, müsəlman olar, qiymətli hala gələr. Cəsarət, müsəlmana yaraşan budur. Bədiüzzaman, “Xövh damarı” deyir, “Qorxu damarı Müsəlmanları məhv edir” deyir. Xüsusilə deyir; “Xüsusilə üləmanı xövh damarından tutaraq təsirsiz hala gətirər dəccal” deyir, dəccaliyyət. Həqiqətən də elədir. O qorxunu yaşayanlar başqalarına da qorxunu tövsiyə edirlər. “Mən qorxuram, sən də qorx” -deyir. Var ayədə, şeytandan Allaha sığınaram, “Onlar, özlərinə insanlar: “Sizə qarşı insanlar yığışdılar, artıq onlardan qorxun” dedikləri halda imanları artanlar və: “Allah bizə yetər, O nə gözəl vəkildir” deyənlərdir. (Ali imran surəsi, 173) “Bu bizə vəd edilmişdi. Peyğəmbər (s.ə.v) bizə bunu vəd etmişdi” deyərlər deyir Quranda.