HƏR İNSANIN ÜRƏYİNƏ PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İN PEYĞƏMBƏR OLDUĞU VƏHY EDİLƏR
Bir peyğəmbəri anlamaq o qədər çətin deyil. Allah ürəyinə ilham edər, vəhy edər. Yəni adam deyir ki; “Mən necə anlayacağam?” Necə anlayacaqsan, bilirsənmi? Qəlbinə vəhy edilər. Oradan anlayacaqsan. HƏR İNSANIN QƏLBİNƏ PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İN PEYĞƏMBƏR OLDUĞU VƏHY EDİLƏR ONSUZ DA. Adam müqavimət göstərir, müqavimət göstərdiyi üçün “Anlamadım” deyir. Necə anlamazsan? Dəqiq, düzgün vəhy olaraq sənin qəlbinə məlumat gəlir. HƏR İNSANA İSTİSNASIZ PEYĞƏMBƏRİMİZ (S.Ə.V)-İN PEYĞƏMBƏR OLDUĞU İLHAM OLAR, ALLAH TƏRƏFİNDƏN VƏHY EDİLƏR. İnsanlar müqavimət göstərərlər. Aydın olmayacaq bir tərəfi yoxdur. İstəsəniz danışın, baxın elə kəslərlə, ağızlarından tez-tez qaçırarlar. Yəni danışıqlarında inandıqlarını hiss etdirərlər. İnanarlar. “İnanmırıq” deyə bir şey yoxdur. İnanmaması üçün bir səbəb də yoxdur, məntiq yoxdur. Yəni hz. Məhəmməd (s.ə.v)-dən mənim canım Peyğəmbərimdən hər hansı bir narahatlıq duyduqları bir mövzu olmalıdır. Məsələn, bu səbəbdən sevmirəm deməlidir. Tapa bilmirlər, yox, deyə bilməz. Yaxud “Peyğəmbər olmadığına dair bir dəlil söylə” deyirik. Məsələn, “Bu səbəbdən ola bilməz” desin. Onu da deyə bilmir. Ona görə, orada vicdana uymaq kifayətdir.