ADNAN OKTARIN KƏHF SURƏSİNDƏN HZ. MEHDİ (Ə.S) VƏ TƏLƏBƏLƏRİ HAQQINDA İZAHLARI
KÜFR MƏDƏNİYYƏTİNDƏN AYRILMAQ İNSANIN BEYNİNİ TƏMİZ VƏ SAF HALA GƏTİRİR
“Madam ki, siz onları və Allahdan savayı ibadət etdiklərini tərk etdiniz, onda mağaraya sığının ki, Rəbbiniz sizə Öz mərhəmətini geniş etsin və işinizdə sizin üçün fayda hazırlasın." (Kəhf surəsi, 16)
Küfrdən ayrılmaq, küfr mədəniyyətindən ayrılmaq insanın beynini təmiz, saf və parlaq hala gətirir. Bir çox insan küfrdən tam ayrıla bilməz. Yarı müsəlmandır, yarı küfr içindədir. Küfrün mədəniyyətini yaşayır.
Küfrdən ayrılmaq çox önəmlidir. Məsələn, İslamı izah edir, təbliğ edir, amma insan küfr ilə iç-içə yaşayır, ona etina edir, onlar kimi yemək yeyir, onlar kimi musiqi dinləmə adəti var, onlar kimi danışır. Yəni, dil, üslub olaraq. Hər şeyi ilə onlara bənzəyir. Müsəlmanın musiqisi ayrıdır deyə bir şey yoxdur, amma orada bir ruh var, bir fəlsəfə var, onu nəzərdə tuturam. Yoxsa, təbii ki, hər şey iç-içədir yəni, onların yediyindən sən də yeyərsən, amma, oradakı bir ruh, fəlsəfə ayrılığı vardır. İnanc ayrılığı vardır. Ondan qurtulmaq üçün küfrdən qurtulmaq lazımdır. Yəni, küfrlə iç-içə olaraq ola bilər, yenə müsəlman qurtula bilər, amma, hər igidin işi deyildir o. Ən yaxşısı, ayədə deyir, “üz çevirin”, üz çevirməkdir. Ayədə də o gənclər üz çeviriblər. Mağaraya çəkilmələri, mağara dedikləri, bu cür həyatdan qopmuş bir sistem olmadığı başa düşülür. Çünki müvəffəqiyyət var. Mağarada müvəffəqiyyət olmaz. Yatan bir insanın necə müvəffəqiyyəti olsun? Yəni, həyatın bir yuxu kimi olduğu oradan başa düşülür. Küfrdən özlərini təcrid etdikləri başa düşülür, amma müvəffəqiyyətli bir fəaliyyət başa düşülür. Bax, “işlərinizdən sizə fayda”. Təbii ki, ayənin sirrini tam bilmirik. Zahirinə görə getdilər mağarada yatdılar kimi görünür, amma batininin necə olduğunu Allah bilir.
MEHDİ TƏLƏBƏLƏRİ HƏYATIN BÜTÜN SOSİAL İSTİQAMƏTLƏRİNDƏN ÇƏKİLİB ÖZLƏRİNİ TAMAMİLƏ ALLAHA HƏSR EDƏCƏKLƏR
“Orada olsaydın günəşin doğduğu zaman onların mağarasının sağ tərəfinə yönəldiyini, batdığı zaman isə onlardan uzaqlaşıb sol tərəfə addadığını görərdin” (Kəhf surəsi, 17)
Bizim bildiyimiz qaranlıq bir mağara olmadığı da başa düşülür. Günəş içinə düşdüyünə görə, günəşlə əlaqədar olduqlarına görə açıq bir sistem var. Yenə bağlı, amma bağlı və açıq. Yəni həm bağlı, həm də açıq. Xaricə qapalıdır yəni, insanlara qapalıdır, amma eyni zamanda günəşin də vurduğu açıq bir sistemdir. Yəni, o zamanın bir Mehdi hərəkatıdır mənim gördüyüm bu iş. Xalqdan gizləniblər, xalqın həyat şəklindən təcrid olublar. Öz aralarında xüsusi bir həyat qurublar. Xalqdan ayrılıblar. Yəni, həyatın bütün sosial istiqamətlərindən çəkiliblər. Elə görünür. Və özlərini sadəcə Allaha həsr ediblər. İslama, Qurana həsr ediblər. Məsələn, bir insan elə bir şey gördü mü dövrümüzdə? özünü Allaha həsr edən bir cəmiyyət görsə insan, “oo” deyər, bir çoxu da, “azmış bunlar” deyər. “Bunlar ağlını itirib. Həyatın bütün sosial istiqamətlərindən çəkiliblər. Bunlar, sanki ölü kimidirlər” deyərlər.
ALLAH MÜVƏFFƏQİYYƏTİ, NURU, GÖZƏLLİYİ, KEYFİYYƏTİ MEHDİ TƏLƏBƏLƏRİNƏ VERƏCƏKDİR
Müsəlmanca bir rəftar içərisində bunun doğru olduğunu görürük. Çünki müvəffəqiyyəti Allah bunlara verir. Kədəri, əzabı küfrə verir. Nuru, gözəlliyi, keyfiyyəti, yaxşılığı, varlılığı yenə onlara verir. Çünki deyir ki, bax, “Birinizi bu gümüş pulunuzla şəhərə göndərin. Qoy baxsın ən təmiz yemək hansıdırsa, ondan sizə azuqə gətirsin.” (Kəhf surəsi, 19). Demək ki, pis yeməklər də var. Pis yeməyi küfr yeyir orda. Pulları da var, Allah onlara pul da verib, ehtiyaclarını aradan qaldıracaq şəkildə. Kimsəyə möhtac deyillər. Onu başa düşürük. Pullarının bir qismini xərcləyib yemək almağa gedirlər, amma, təmiz yeməklər. Pis yeməyi küfr yeyir. Halal olmayan yeməklər, çirkli yeməklər. Müsəlman təmiz olanı yeyir.
“...onların da mağaranın içində geniş bir yerdə yerləşdiklərini görərdin. Bu, Allahın dəlillərindəndir. Allah kimi doğru yola yönəldərsə, o, doğru yoldadır. Kimi də azdırarsa, ona doğru yolu göstərən bir yaxın adam tapa bilməzsən.” (Kəhf surəsi, 17).
Allahın taledə göstərdiyi gözəllikləri burada başa düşürük. Məsələn, müsəlmanlar bir evdədirsə, evin kiçik otaqları olur, bir də salonu olur. Geniş yeri olur. Müsəlman kiçik otaqda yerləşə bilmir. Çünki sığışa bilməz, rahat ola bilməz, hava ala bilməz. Nə edər? Geniş yerdə yığışar. Demək ki, mağaranın kiçik hissələri də var idi. O qapalı yerin kiçik hissələri də var. Otaqlar var müstəqil şəkildə. Amma, möminlər nə edirlər? Bir yerdə dururlar o geniş, o salon hissəsində. Mağaranın salon hissəsi deyək. Orada yığışırlar, orada söhbət edirlər, orada Allahı zikr edirlər. Çünki işlərində bir müvəffəqiyyətdən bəhs edilir. Bir iş var demək ki, bir fəaliyyət var və eyni zamanda da yatırlar.
ALLAH HƏYATI YUXU HALINDA YARADIR
Quran, o dərin sirrə işarə edir. Dünyada insanlar yuxuda olduqlarını bilmirlər. Halbuki, hamısı indi yuxu içərisindədirlər, yuxu görürlər. Bir qismi, məsələn, fəlsəfə tədqiqatçıları bu həqiqəti, heyrət və dəhşət içində dərk edirlər. Məsələn, Enşteyn bu mövzunu belə başa salır. “Elm adamları bu mövzunu dəhşət və heyrət içində dərk etdilər” deyir. “Maddənin mövqeyini, zamanın və məkanın olmadığını, nisbi olduğunu dəhşət və qorxu içində başa düşdülər” deyir. Quran bu zəruri həqiqətə diqqət çəkmiş olur.
“Onlar yatmış ikən sən onları oyaq hesab edərdin.”(Kəhf surəsi, 18) Çox dəqiqdir. Oyaq, necə? Gözü açıq. Gəzir, yeyir, içir. Halbuki, həyat bir yuxudur. Bir yuxu halındadır. Quran ona işarə edir. Amma, təbii ki, oradakı mənzərənin nə olduğunu biz bilmirik. Allah orada simvolik izahla bizə mehdiyyət hərəkatının necə olacağını başa salır. Hz. İsa Məsih (ə.s)-ın tələbələrinin necə olacağını izah edir. Çünki bax, Kəhf və Rəqim əhli, iki kiçik mömin qrup var, küfrə və dəccaliyyətə qarşı mübarizə aparan.
Kəhf surəsi birbaşa olaraq mehdiyyəti izah edən bir surədir. Əvvəldən axıra qədər mehdiyyəti izah edir. Amma simvollarla, sirli izahatlarla şərh edir. Yəni, açıq-aydın, açıq-aşkar bir izahat olmaz. Yəni, ağlı olan, dərinliyi olan, təfəkkür gücü olan oradakı sirləri, o simvolları həll edər təbii ki, Allahın diləməsi ilə, Allahın ilham etməsi ilə.
“...Biz onları sağa-sola çevirirdik. Onların iti isə girəcəkdə qabaq pəncələrini uzadıb yatmışdı.”
Bax, it də var mağarada. Bu it qollarını uzadıb yatır. Lazım gələndə başqa bir vəzifəsi də olur bunun, bu itin. Mağaranın ağzında, onları qoruma vəzifəsi aldığı bəllidir. Buradan, bu yatmanın bizim bildiyimiz bir yatma olmadığını başa düşürük. Yəni, çünki yuxusunda insan yeyər içər, gəzər, danışar elə deyilmi? Hər şeyi edər, iti də vardır, amma bir yuxudur bu. Həyatın bir yuxu olduğunu da Allah orada şərh etmiş olur.
İNSANLARIN BÖYÜK QİSMİ HZ. MEHDİ (Ə.S)-IN VƏ HZ. İSA MƏSİH (Ə.S)-IN TƏLƏBƏLƏRİNDƏN QAÇACAQDIR
“...Əgər sən onları görsəydin, dönüb onlardan qaçardın və dəhşət səni bürüyərdi.” (Kəhf surəsi, 18)
Təbii ki, bu, dəhşət verici bir görünüş mənasında deyil. Çünki bu insanlar mömin, müttəqi insanlardır. O görünüşün heybətidir. Məsələn, mehdiyyət hərəkatında da insanların bir çoxu mehdiyyət hərəkatından qaçacaq. Bunu Peyğəmbərimiz (s.ə.v) açıq-açıq söyləyir, çox əhatəli izah edir. Müsəlmanların böyük hissəsi o dövrdə onları dinsizliklə, dəlalətlə, küfrə düşməklə ittiham edəcəklər. İnsanlar qaçacaq onlardan. Hətta, deyir; “cənazələrinə gəlməzlər, evlərinə gəlməzlər, insanlar yeməklərini yeməzlər, onlar yalnız yaşayarlar” deyir. Açıq-açıq şərh edilib. Küfr və dəlalətlə ittiham ediləcəkləri bir çox hədislə izah edilir. Yəni, qorxulub qaçılacaq bir görünüşləri var. Çünki anormal bir görünüş verəcəklər demək ki. Hz. İsa Məsih (ə.s)-ın tələbələri də elədir. Məsələn indi, həm hz. Mehdi (ə.s), həm hz. İsa Məsih (ə.s) yer üzündədir Allahu aləm. Amma, bax, insanlıq hər ikisini də dərk edə bilmir. Çünki geniş miqyaslı bir qaçış olduğu üçün. Məsələn, hz. İsa Məsih (ə.s)-ın tələbələrindən də insanlar qaçacaqlar. Yanaşa bilməzlər. Çox az topluluq onlara yanaşar. Bir şəkildə qorxar. Mehdi (ə.s) tələbələrində də elədir.
ALLAH TƏRƏFİNDƏN SEÇİLƏN, XÜSUSİ İLHAM EDİLƏN VƏ DƏRİN ŞƏKİLDƏ YUXUYA APARILAN İNSANLAR MEHDİ TƏLƏBƏSİ OLACAQLAR
Çox nadir seçilmiş insanlar, Allah tərəfindən xüsusi ilham edilmiş və Allah tərəfindən dərin şəkildə yuxuya aparılan insanlar Mehdi (ə.s)-a yaxınlaşır. Kəhf əhli kimi. Belə bir insan taleyində olduğu üçün, istəsə də, gedə bilməz. Həqiqi Mehdi tələbəsinin iradəsi çatmaz getməyə. Onsuz da istəməz, amma gedə bilməz. Amma o biriləri də istəsə də, hz. Mehdi (ə.s) tələbəsi ola bilməzlər. Peyğəmbərimiz (s.ə.v) deyir ki, “313 nəfərdirlər.” “Əhli-Bədrin sayı qədərdir” deyir bir başqa rəvayətdə.
“Beləcə onları oyatdıq ki, nə baş verdiyini bir-birindən soruşub öyrənsinlər. Onlardan biri: “Burada nə qədər qaldınız?” – dedi. Bəziləri: “Bir gün yaxud günün bir hissəsi qədər qaldıq” – dedilər. Digərləri də dedilər: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. Birinizi bu gümüş pulunuzla şəhərə göndərin. Qoy baxsın ən təmiz yemək hansıdırsa, ondan sizə azuqə gətirsin. Amma ehtiyatlı olsun və sizin barənizdə heç kəsi duyuq salmasın!” (Kəhf surəsi, 19)
Çox nəzakətlidir bu gənclər. Çox əfəndidirlər. Kimsəyə sataşmaz, dava etməz, hadisə törətməzlər. Kimsəni əsəbləşdirəcək şəkildə danışmazlar. Nəzakətlidirlər.
“Beləcə onları oyatdıq ki, nə baş verdiyini bir-birindən soruşub öyrənsinlər. Onlardan biri: “Burada nə qədər qaldınız?” (Kəhf surəsi, 19)
Bax, aralarında bir sorğulama aparırlar. Yəni, müşavirə edirlər. İşləri müşavirə ilədir yəni, danışıq ilə.
KƏHF ƏHLİ ZAMANIN VƏ MƏKANIN OLMADIĞINI YAXŞI BİLƏN İNSANLARDIR
Orada zamanın nisbiliyi vurğulanır. “Nə qədər qaldınız?” Çünki axirətdə də soruşulur bu sual. Zamanın nisbi olduğunu onların bildiyini də görürük. Onların üslubundan zamanın və məkanın olmadığını da yaxşı bildiklərini başa düşürük.
“Bəziləri: “Bir gün yaxud günün bir hissəsi qədər qaldıq” – dedilər.” (Kəhf surəsi, 19)
Eyni axirətdə verilən cavab kimi.
“Digərləri də dedilər: “Qaldığınız müddəti Rəbbiniz daha yaxşı bilir. Birinizi bu gümüş pulunuzla şəhərə göndərin. Qoy baxsın ən təmiz yemək hansıdırsa, ondan sizə azuqə gətirsin.” (Kəhf surəsi, 19)
Bax, ancaq seçərək tapa bilir halal yeməyi. Küfr o qədər bürüyüb ki, ətrafı.
ÇƏTİN BİR MÜHİT OLDUĞU ÜÇÜN MEHDİ TƏLƏBƏLƏRİ ÖZLƏRİNİ GİZLƏYƏCƏKDİR
“Amma ehtiyatlı olsun və sizin barənizdə heç kəsi duyuq salmasın!" (Kəhf surəsi, 19)”
Deməli, özlərini gizləyəcəklər Mehdi tələbələri. Demək ki, bir bəla olacaq. Fitnədən çəkinəcəklər, münafiqlərdən, küfrdən, xəbərçilikdən, hər cür iftiradan çəkinəcəklər. Özlərini sezdirməmək üçün xüsusi diqqət edəcəklər. Sezdirmək istəmədikləri üçün nə hz. Mehdi (ə.s)-ı tapa bilir insanlar, nə hz. İsa Məsih (ə.s)-ın tələbələrini tapa bilirlər, bu xüsusiyyətlərinə görə. Nə Kəhf əhlini tapa bilirlər, nə Rəqim əhlini tapa bilirlər bu dəqiqə. Amma vaxtı gələndə təbii ki, insanlar bu Kəhf əhlini də, Rəqim əhlini də tapacaqlar. Quranın işarəsi ilə o görülür.
“Çünki onlar sizi tapsalar ya sizi daşqalaq edər, ya da öz dinlərinə döndərərlər. Onda siz heç vaxt nicat tapa bilməzsiniz!” (Kəhf surəsi, 20)
Yəni, küfrün, dəccaliyyətin azğınlığı o dövrdə vurğulanır. Öz inanclarına çevirmək üçün ailələrin uşaqlara nə qədər təzyiq göstərdiklərini görürsünüz. Namazlarını gizli qılır bir çox gənc. Bir çox gənc qız namazlarını gizli qıla bilir. Hətta, bir qismi heç qıla bilmir qorxduğuna görə. Müsəlman olduğuna görə evə heç Quran apara bilmir. Özünü gizlədir. Kəhf əhli də o şəkildə.
Məhz küfr çox azğın, təcavüzkardır. Öz inancına zorla çevirmək istəyir. Məsələn, müşrik xurafatçı, hökmən xurafatçı və müşrik olacaqsan deyir. Kommunist deyir ki, hökmən kommunist olacaqsan. Bir qisim ailələr, xalqdan bir qismi, “dini də unut, Allahı da unut, sadəcə dolanışıq və həyatın ardınca get” deyir. Bu da ayrı bir dindir. Dolanışıq dini, həyat dini. Adamın biri “nədir hədəfin?” deyir. “Çörək qazanmaq” deyir. “Həyatda qayə nədir?” deyirsən adamın birinə, “Çörək pulu qazanmaq” deyir. “Sən niyə yaşayırsan?” deyirsən, “Çörək pulu qazanmaq üçün yaşayıram” deyir. Qardaşım sən heyvansan mı? Heyvan ot üçün yaşayar, ot yemək üçün yaşayar. Çörək üçün yaşayıram nə deməkdir? Sən Allah üçün yaşayarsan. Təbii ki, cahilliyindən, elmsizliyindən söyləyir bunu.
“Beləcə, insanları onların halından xəbərdar etdik ki, Allahın vədinin həqiqət olduğunu və o Saatın gələcəyinə şübhə olmadığını bilsinlər.” (Kəhf surəsi, 21)
Axırda, insanlar onu tapacaqlar. “Şəhər xalqı” demək ki, böyük bir şəhərdədirlər. Mağara var, amma şəhərin ortasında bir mağara olduğu başa düşülür, şəhər xalqı tapdığına görə. Şəhər xalqının hamısı dağa çıxmaz. Şəhərin içində tapırlar. Şəhərin içində bir mağara olduğu başa düşülür. Təbii ki, doğrusunu Allah bilir. Amma, simvollardan, verilən dəlillərdən bunları başa düşürük.
Qiyamətdən bəhs edildiyinə görə, Axırzamanda baş verir bu hadisələr. Qiyamətdən bəhs edilirsə, deməli, Axırzamanla əlaqəli bir hadisədir. Bunu açıq şəkildə başa düşürük. Məsələn, istər Duxan surəsində olsun, istərsə də hamısında olsun bu mövzu açıq şəkildə görülür.
QURAN AYƏLƏRİNİN HƏR BİR CÜMLƏSİNİ TƏK-TƏK DÜŞÜNƏRƏK OXUMAQ LAZIMDIR
Quranı uyğun olaraq, yavaş-yavaş oxuyacaqsan. Bütün ayəni bitirmək deyil, ayədəki cümlələri oxuyacaqsan. Vəhyin enişi də o cür idi, bilirsiniz. Uyğun olaraq deyir Allah. Yavaş-yavaş gəlir. Qəlbinə ilham edilir və yaxud birbaşa vəhy edilir. Amma Quranın başa düşülməsi üçün uyğun olaraq oxunması, yəni, yavaş oxunması önəmlidir. Hikmətinin anlaşılması üçün. Məsələn, məscidlərdə qışqıra-qışqıra ərəbcəsi ilə oxuyub keçirlər. Amma, orada bir insan ərəbcə bilməz. Ərəbcəni bilən də hikmətini başa düşə bilməz, o qədər sürətli oxusan əgər. Həm də orada musiqiyə fikir verir. Yəni, onu qaydalı oxumağa çalışır. Hikmətinin, əsasını düşünmür.