İNCİLDƏN ŞƏRHLƏR
Pavlusdan Romalılara məktub 11/18-20, “Amma bəzi budaqlar qoparılıbsa və sən, ey yabanı zeytun ağacı, onların arasında peyvənd olunub zeytun ağacının barlı kökünə şərik olmusansa, o budaqların qabağında öyünmə; öyünsən, bil ki, sən kökü deyil, kök səni daşıyır. O zaman deyəcəksən: budaqlar qoparıldı ki, mən onların yerinə peyvənd olunum. Doğrudur; onlar imansızlıqlarına görə qoparıldı, amma sən imanına görə yerində durursan. Buna görə təkəbbürlü olma, əksinə, Allahdan qorx!”.
Bax, müsəlmanlar arasına girib adam olan, düzələn, anormal istiqamətlərini qaldıran bir insanın lovğalanması, müvəffəqiyyət qazanması, bax “mən aliməm, onu bilirəm, bunu bilirəm, mədəniyəm” deməsinin çirkin olduğunu hz. İsa (ə.s) çox gözəl bir örnəklə izah edir. “Səni orada adam etdilər” -deyir. “Sən vəhşi idin, yabanı idin insan oldun, adam oldun. Amma sən onu özünə vermə”, “əsas budağa ver onu” -deyir, “səni öyrədənlərə ver, onlar vəsilə oldular” -deyir. Necə izahat, mükəmməl deyilmi?
Pavlusdan Korintlilərə birinci məktub. 8/1-3. “Bilik insanın lovğalanmağına səbəb olur, məhəbbət isə onu ruhən inkişaf etdirir. Kim fikirləşir ki, bir şey bilir, o hələ lazım olduğu kimi heç nə bilmir”.
Bir az kitab oxuyur, bir az bir şey öyrənir çox şey bildiyini zənn edir, halbuki çox az bir şey bilmiş olur, çox-çox kiçik bir şey. Çox az bir məlumat. Eqoistlik edilməməlidir, elmdən, məlumatdan ötəri eqoistlik edilməməlidir, bax “mən ağıllıyam, mən zəkiyəm, mən ən yaxşı bilərəm” deyilməməsini İncildə İsa Məsih (ə.s) çox gözəl izah etmişdir.
Biliklə insan vəhşi ola bilər. Məsələn kommunist olur, stalinist olur, terrorist ola bilir, amma sevgiylə olmur. Sevgiylə insan olur. Allahdan qorxur, Allahı sevir, insanları sevir. Biliklə onu birləşdirdiyində möhtəşəm bir şey ortaya çıxır. Bilik varsa, sevgi yoxdursa, o insan məhv olar. Sevgi həyatdır. Bir şey bildiyini sanan heç bir şey bilmədiyini anlamalıdır. Onu vurğulayır. Heç bir şey deyərkən, yəni çox az şey bildiyini bilməlidir. O biliyi də ona verən Allahdır.
Pavlusdan Filipililərə məktub, 2/3. “Heç bir işi özünü göstərərək və ya lovğalıqla etməyin. Qoy hər biriniz təvazökarlıqla digərini özündən üstün saysın”.
Əlbəttə “Mən ən böyüyüm, mən ən ağıllıyam, mən ən gözələm” demək çirkindir. Həmişə başqasını tərifləmək gözəldir. Elə olan insan gözəlləşər. “Mən ən gözələm, ən ağıllıyam, ən mədəniyəm, ən yamanam, ən zəki olanam, məndən başqa zəki yoxdur, mənim kimi bir adamdan başqasını görə bilmirəm” desə, özün ən ağıllı olduğuna qəti qərara gəlsə, bunun olmayacağını izah edir.
Luka 18/9-14. “Öz düzgünlüklərinə güvənib başqalarına xor baxan bəziləri üçün də İsa belə bir məsəl çəkdi: “Sizə bunu söyləyim, özünü ucaldan hər kəs alçaldılacaq, özünü alçaldan isə ucaldılacaq””.
Bax bu dəyişməmiş bir İncilin hökmü, çox mükəmməl bir izahdır. Özünü böyüdəni Allah kiçildir. Özünü kiçildəni də Allah böyüdür. Eqoizm olmaz, böyüklük olmaz.
Pavlusdan Korintlilərə birinci məktub 5/6-8. “Sizin öyünməyiniz yaxşı deyil. Məgər bilmirsiniz ki, azacıq maya bütün xəmiri acıdır? Əslində mayasız olduğunuz kimi köhnə mayadan təmizlənin ki, təzə xəmir olasınız”.
Mükəmməl bir ifadə, küfrdən bir toxum qaldığında bütün orqanizm onunla batır, birlik içində çox təhlükəlidir.
“Buna görə köhnə maya ilə, kin və pislik mayası ilə yox, amma səmimiyyətin və həqiqətin mayasız çörəyi ilə bayram edək”.
Tərtəmiz olacaqsınız yəni, “o çirkli maya qalmayacaq” -deyir. “O çirkli mayanı tamamilə atacaqsınız, yalnız səmimilik və dürüstlüklə çirkli maya olmadan tərtəmiz yenidən özünüzü inkişaf etdirin” -deyir. Həqiqətən elədir. Məsələn, küfrdən gələn bir insan, küfrdəki maya qaldısa adam olmur. O maya onu örtür yenə, yenə o dəli ruha qayıdır, o anormal ruha qayıdır. Amma o mayanı tamamilə atarsa, həqiqətən tərtəmiz olur. Çox şahanə bənzətmələrdir.