DOĞRU OLAN ƏVVƏL QURAN MÖCÜZƏLƏRİYLƏ, İMAN HƏQİQƏTLƏRİYLƏ İNSANLARIN İMANINI GÜCLƏNDİRMƏKDİR
Bütün məsələ iman məsələsidir. Bir insanın imanı güclüdürsə onun əxlaqı da çox gözəl və mükəmməl olar. İmanı zəifdirsə bir çox şeyə gücü çatmaz. Bu səbəbdən, imanı zəif olan adama təsəvvüflə yaxınlaşsan heç bir nəticə ala bilməzsən. Quran möcüzələri ilə, iman həqiqətləri ilə imanını gücləndirib, ondan sonra nə izah edirsənsə et. Ən doğru olan, ağıllı olan budur. İmanı zəif adama sən təsəvvüf izah edirsən. İNSANIN AĞLI ƏHƏMİYYƏTLİDİR. AĞLI GÖRÜB, ÜRƏYİ TƏSDİQ ETMƏLİDİR. AĞILLA ÜRƏK EYNİ GÜCDƏ OLMALIDIR. İKİSİ BİRLİKDƏ HƏRƏKƏT ETMƏLİDİR. ƏGƏR AĞILINI İSTİFADƏ ETMƏZSƏ SIRF ÜRƏK İLƏ TƏSDİQ ZƏİF İMAN MEYDANA GƏTİRƏR. BU SƏBƏBDƏN İSLAM ALƏMİNDƏ BU HAL MEYDANA GƏLİR. GÜCLÜ İMANDA, TƏHQİQİ İMANDA, AYNƏL YAKİNDƏ İMAN ÇOX GÜCLÜ OLAR. TƏSİRİ DƏ BÖYÜK OLAR, İNŞAALLAH.
HZ. MEHDİ (Ə.S)-IN TƏLƏBƏLƏRİ PAYIZ BULUDLARI KİMİ ONUN ƏTRAFINDA TOPLANARLAR
Hədis: Rəsulullah (s.ə.v) dedi ki: “Dinin ustadı hz. Mehdi (ə.s) özüylə birlikdə olan tərəfdarları ilə səfər edər. Tələbələri payız buludları kimi onun ətrafında toplanarlar”.
HZ. MEHDİ (Ə.S) TƏLƏBƏLƏRİ BULUD KİMİ TƏRTƏMİZDİRLƏR. BULUDUN XÜSUSİYYƏTİ NƏDİR? YAĞIŞ DOLUDUR, RƏHMƏT DOLUDUR. DEMƏK Kİ TƏLƏBƏLƏRİ HZ. MEHDİ (Ə.S)-IN ƏTRAFINI RƏHMƏT BULUDLARI KİMİ ÖRTƏCƏKLƏR. ELMLƏRİ VƏ MƏDƏNİYYƏTLƏRİ MEHDİ (Ə.S)-IN VƏSİLƏSİYLƏ YAĞIŞ KİMİ YAĞACAQ. DEMƏK Kİ, BULUD KİMİ GÖYLƏRDƏ OLACAQLAR, UCA OLACAQLAR, DƏYƏRLİ OLACAQLAR, İNŞAALLAH.
HÖRMƏTLİ ADNAN OKTARIN ƏNFAL SURƏSİNDƏN AYƏ İZAHI
Ənfal surəsi, 73-cü ayə
“Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər”.
İnkar edənlər də birlikdirlər, möminlər də birlikdirlər. MÖMİNLƏRİN BİRLİYİNDƏ İNKAR EDƏNLƏRİ DƏ QAZANMA DÜŞÜNCƏSİ VARDIR, İNŞAALLAH. Amma bu ayəyə görə müsəlmanların birlik olması, birləşməsi fərzdir. Əksinə olduqda Allah: “Bəla verərəm, məhv olarsınız. Aranızda fitnə vəfəsad çıxararam” -deyir. Baxın, İslam aləmi məhv oldu və hər yer fitnəylə qaynayır. Amma Allah: “ƏGƏR BİRLİK OLSANIZ FİTNƏNİ DƏ, FƏSADI DA QALDIRARAM. İKİ BƏLANI DA ÜZƏRİNİZDƏN QALDIRARAM. ƏKSİNƏ OLSA BU BƏLALAR SİZİ İZLƏYƏR” –deyir. Yüz ildən bəridir ki, müsəlman aləmi bu bəlalar içindədi. Bu bəla Mehdi (ə.s)-a və İsa Məsih (ə.s)-a tabe olduqlarında bitəcək, inşaAllah.