HÖRMƏTLİ ADNAN OKTARIN AYƏ İZAHLARI
Fil surəsi, 1, 2, 3, 4, 5-ci ayələr
“Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi? Məgər Rəbbin onların hiyləsini dolaşığa salmadımı? Onların üzərinə qatar-qatar quşlar göndərdi. O quşlar ki, onların üstünə odda bişmiş bərk gildən daşlar yağdırdı. Allah onları sanki yeyilmiş əkin yarpağına döndərdi”.
Quşlar birlikdə hərəkət etdiyində nəticə alar. Bax, quşlar bir ümmət olaraq birlikdə hərəkət edirlər. ALLAH HAVADAN MÜDAFİƏNİN GÜCLÜ OLACAĞINA DA İŞARƏ EDİR. BAX, FİL YERDƏDİR, AMMA HAVADAN MÜDAFİƏYƏ GÜCÜ ÇATMIR. QUŞLAR KİÇİK OLSALAR DA FİLLƏRİN GÜCÜ ÇATMIR. HAL-HAZIRDA DÜNYANIN QƏBUL ETDİYİ ƏN ƏHƏMİYYƏTLİ MÜDAFİƏ SİSTEMİ HAVA QÜVVƏLƏRİDİR, ELƏ DEYİL? ALLAH QURANDA DA HAVA QÜVVƏLƏRİNƏ VƏ TOPLU HƏRƏKƏTİN ƏHƏMİYYƏTİNƏ DİQQƏT ÇƏKİR. QUŞLAR KİÇİKDİRLƏR AMMA TOPLU HƏRƏKƏT ETDİKLƏRİNDƏ ÇOX DƏQİQ NƏTİCƏ ALIRLAR. TƏK, BİR ÜMMƏT OLARAQ HƏRƏKƏT EDİRLƏR. FİLLƏR BÖYÜKDÜRLƏR VƏ YAXŞI NƏTİCƏ ALLACAQLARI ZƏNN EDİLİR, AMMA TOPLU HƏRƏKƏTƏ QARŞI GÜCÜ ÇATMIR.
Qədr surəsi, 2-3-cü ayələr
“Qədr gecəsinin nə olduğunu sənə bildirən nədir? Qədr gecəsi, min aydan daha xeyirlidir”.
Allah: “Qədr gecəsi min aydan daha xeyirlidir” -deyir. Bəlkə də, İsa Məsih də Qədr gecəsində enəcək. Bax, “Mələklər və ruh, onda Rəblərinin icazəsiylə hər bir iş üçün enərlər”. DEMƏK Kİ, MƏSİH DƏ ALLAHIN İCAZƏSİYLƏ QƏDR GECƏSİNDƏ ENƏCƏK. Kral Məsihi, yəni Mehdi (ə.s)-ı və İsa Məsihi axtaraq. Seyidinə İsa Məsih, İsa İbni Məryəm. Xristian camaatlardan soruşaq. Digər camaatlardan soruşaq. Ondan xəbər alaq. Xəbər alanlar, bir şeylər eşidənlər bizə bildirsinlər. Mormonlardan xəbər alaq, digər xristian camaatlardan xəbər alaq. Suriyadan, İsraildən, Amerikadan soruşun. Mormonlar içində onun gəlmə ehtimalı da yüksəkdir, ona bir baxaq, onlardan soruşaq. Masonlardan soruşaq. Məbəd Cəngavərlərindən soruşaq. Hər yerdən xəbərini araşdıraq. Amma zərər vermədən, araşdırarkən İsa Məsihin yeri bilinməməlidir. Yəni qardaşlarımız əgər ağıllı şəkildə edəcəksə gözəl olar. Artıq ondan bir xəbər gözləyirik inşaAllah. Mehdi (ə.s)-dan da, İsa Məsihdən də xəbər alan bizə xəbər versin.
Maun surəsi, 4, 5, 6-cı ayələr
“Vay halına namaz qılanların - o şəxslərin ki, onlar namazlarında qafildirlər. Onlar göstəriş üçün namaz qılırlar”.
Allah ayədə xurafatçıları dəqiq təsvir edir. Allah; “göstəriş üçün namaz qılırlar” -deyir. Xurafatçıları çox dəqiq izah edən bir ayədir. “Vay halına namaz qılanların - o şəxslərin ki ...” Bax, namaz da qılır. “Onlar namazlarında qafildirlər”. Çünki xurafatçı fikirləriylə səhv şeylər edirlər. “... göstəriş üçün namaz qılırlar”. Doqmatiklərin əsas xüsusiyyəti nədir? Nümayiş etdirmələri. Nümayişə çox maraqlıdırlar.
Məsəd surəsi, 1-5-ci ayələr
Şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə. “Əbu Ləhəbin əlləri qurusun, qurudu da! Nə var-dövləti, nə də qazandıqları onu qurtara bilməyəcək. O, alovlanan oda atılacaqdır. Onun odun şələsi daşıyan arvadı da. Arvadının boynunda xurma liflərindən kəndir olacaqdır”.
Allah, küfrün iki əlinin quruyacağını söyləyir. İqtisadi istiqamətdən və mənəvi cəhətdən qurudular. “Əbu Ləhəbin əlləri qurusun, qurudu da!” Yəni hər istiqamətdən; maddi-mənəvi quruyacaqlar. Ayə ona işarə edir. “Nə var-dövləti, nə də qazandıqları onu qurtara bilməyəcək”. Əbcədi 2011-ci il tarixini verir. İqtisadi böhranın davam etdiyi illərdir. Dünyanın, malı və qazandıqları özünə bir faydası oldumu? Heç bir faydası olmadı. Hal-hazırda pərişan vəziyyətdədirlər. Yəni hal-hazırda tam mənasıyla bir çaxnaşma var. Mətbuat bunu çox dilə gətirmir. İqtisadi böhranın səbəbini tapa bilmirlər. İnsanlar içinə qapandı. İstehsal yox. Amerika, Çin, Avropa məhv olmağa doğru gedir. Bir şey oldu. Bir fövqəladəlik var.
Odun hambalı kimi həyat yoldaşı olmaz. Həyat yoldaşının da xalis olmasının lazım olduğunu Qurandan anlayırıq, yəni odun hambalı kimi həyat yoldaşı olmaz, cəhənnəmə aparan həyat yoldaşı olmaz, inşaAllah.