HÖRMƏTLİ ADNAN OKTARIN YUNUS SURƏSİNDƏN AYƏ İZAHLARI
Yunus surəsi, 86-cı ayə
“Və bizi Öz mərhəmətinlə kafir camaatın əlindən qurtar”. Yəni Allaha inanmayan, zülm edən, əziyyət verən insanların cəmiyyətindən qurtar. “Mərhəmətinlə qurtar”. Axırzamanda Allahın rəhmətinin təcəllisi kimdir? Mehdi (ə.s.)-dır. Yəni, “Mehdi (ə.s.) ilə qurtar” şəklində bir məna var. “Və bizi Öz mərhəmətinlə kafir camaatın əlindən qurtar”. Allahın Rəhman və Rəhim adının təcəllisi Mehdi (ə.s.) olduğuna görə, inşaAllah Allah, Məhəmməd ümmətini rəhmətiylə, Mehdi (ə.s)-ı vəsilə edərək qurtaracaq, inşaAllah.
Yunus surəsi, 87-ci ayə
“Biz Musaya və onun qardaşına: “Camaatınız üçün Misirdə evlər hazırlayın, evlərinizi namazgah edin və namaz qılın. Möminləri müjdələ!” – deyə vəhy etdik”.
“Biz Musaya və onun qardaşına: “Camaatınız üçün Misirdə evlər hazırlayın ...” DEMƏLİ MÖMİNLƏRIN ALLAHIN XATIRLANDIĞI EVLƏRƏ GİRMƏK, ALLAHIN XATIRLANDIĞI EVLƏR TİKMƏK VƏ ORADA ALLAHIN XATIRLANMASINI TƏMİN ETMƏK MÜSƏLMANIN VƏZİFƏSİDİR. ELƏ EVLƏR OLMALIDIR Kİ, ORADA ALLAH XATIRLANMALIDIR. ““Camaatınız üçün Misirdə evlər hazırlayın, evlərinizi namazgah edin və namaz qılın. Möminləri müjdələ!” – deyə vəhy etdik”. Hz. Musa (ə.s)-a evlər hazırlamağı vəhy edilir. Deməli o dövrdə Müsəlmanlar bir yerə yığılıb, evlərdə Tövrat oxuyurdular. Allahı xatırlayırdılar. Məsihdən yəni Moşiyahdan bəhs edirdilər. İslam Birliyi olacağından bəhs edirdilər və evlərin sayını getdikcə artırırdılar. Təmiz, nurlu evlərdə Allahın hökmləri xatırladılırdı və orada namaz qılırdı müsəlmanlar. O dövrdə Yəhudilər namaz qılırdı. “Namazı doğru qılın” -deyir, “səhv deyil, doğru qılın” -deyilir. “Möminləri də müjdələ”. O vaxt möminlər müjdələnilmişdir. 4000 ildir gözlədikləri müjdə indi Axırzamanda reallaşır, inşaAllah. Əlbəttə cənnətlə də müjdələnir, o dövrdə əmin-amanlıqla, bərəkətlə də müjdələnirlər, inşaAllah.