(Bədiüzzaman - Məktubat; 370- 371)
Bədiüzzaman deyir ki, indi diqqətimi çəkdi; “İnsanın yüzdə səksəni əhli təhqiq deyil ki” Yəni araşdırmaçı deyil. “həqiqətə nüfuz etsin və həqiqəti həqiqət tanıyıb qəbul etsin”. Yüzdə səksən nə demək? Demək olar ki, hamısı deməkdir. Yüzdə iyirmilik qisimi ancaq əhli təhqiqdir deyir.
“Bəlkə surətə” Xarici görünüşə, “hüsnü zənnə görə” gözəl zənnə görə “məqbul və etimad edilən insanlardan eşitdikləri misalları təqlidən qəbul edərlər”. Yəni misal kimi onları təqlid edərlər, onlardan alarlar.
“Hətta qüvvətli bir həqiqəti, zəif bir adamın əlində zəif görər”. Məsələn biz əhəmiyyətli bir şeyi, Peyğəmbərimiz (s.ə.v)-in hədislərini izah edirik. Amma bizim izah etdiyimiz hədislər dünya səviyyəsində təsirli bir nəşr orqanında tanıdılmış olsa, yer-yerindən oynayar. “Hətta qüvvətli bir həqiqəti”. Məsələn Peyğəmbərimiz (s.ə.v)-in böyük bir möcüzəsi, “zəif bir adamın əlində zəif görər”. “Əhəmiyyəti yoxdur” -deyir. Peyğəmbər (s.ə.v)-in hədisini ifadə edirik, “eynilə təsdiqləndi” -deyirik. Zəif və əhəmiyyətsiz görür. “Və qiymətsiz bir məsələni, dəyərli bir adamın əlində görsə”. Məsələn heç əhəmiyyət verilməyəcək bir məsələni, “dəyərli bir adamın” yəni əhəmiyyətli bir adamın yaxud əhəmiyyətli bir mətbuat orqanı, əhəmiyyətli bir xəbər agentliyinin əlində görsə “dəyərli qəbul edər”. Əhəmiyyətli qəbul edər. Yəni dəyərli qəbul edər. İnsandan qəsdi; əhəmiyyətli xəbər qaynağıdır. Xəbər verildikdə yeri yerindən oynadan yer.
“Məhz ona görə, mənim kimi zəif və qiymətsiz bir biçarənin əlindəki haqqayiki imaniyə” İman həqiqətləri “və Quraniyənin” Quranın möcüzələrinin “qiymətini, əksər insanların nöqtei nəzərində salmamaq üçün” xalqın ümumi nəzərində salmamaq üçün “bilməcburiyə elan edirəm ki:” məcburiyyətlə açıqlayıram, elan edirəm ki, “İxtiyarımız və xəbərimiz olmadan” iradəsiz olaraq “biri bizi xidmət etdirir” Yəni Allah bizi xidmət etdirir. “Biz bilməyərək, bizi mühüm işlərdə işlədir”. “Xəbərim belə yoxdur. Allah məni mühüm işlərdə işlədir” -deyir.
“Dəlilimiz də budur ki: Şüurumuz və ixtiyarimızdan kənar bir qisim inayətə” Allahın köməyi “və təshilata” hər cür Allahın faydasına, köməyinə “məzhər oluruq. Elə isə, o inayətləri qışqıraraq elan etməyə məcburuq”. Allahın o nemətlərini hər kəsə açıqlamağa məcburuq.
HÖRMƏTLİ ADNAN OKTARIN HZ. MEHDİ (Ə.S) İLƏ ƏLAQƏDAR HƏDİS İZAHI
“İmamınız və rəhbəriniz (Mehdi) olmadan, bir-birinizdən nifrət etdiyiniz zamanda vəziyyətiniz nə olacaq? O zaman çox ağır şəkildə araşdırılacaqsınız, ayırd ediləcəksiniz və ələniləcəksiniz. Aclıqlar olacaq. Bir adam səhər idarəçi olacaq və axşamına öldürüləcək”. (Beklenen Mehdi, Allame Muhammed Bakır el-Meclisi, Biharul Envar, Cild 13 (Köhnə nəşr)/ Cild 51-52-53 (Yeni nəşr))
Həqiqətən bu Axırzamanda görülən bir şeydir. Bir lider gətirirlər başa, dərhal öldürürlər. İranda da elə oldu. Livanda da, başqa yerlərdə də Ərəb ölkələrində həmişə elə oldu. Arxa-arxaya, arxa-arxaya. Sürətlə liderlərin öldürülüşü Axırzamana rast gələn bir hadisədir.
HÖRMƏTLİ ADNAN OKTARIN KƏHF SURƏSİNDƏN AYƏ İZAHLARI
Kəhf surəsində anası və atası mömin olan iki uşaqdan bəhs edilir. O usaqlardan biri dəccaldır. Ayədə deyilir ki; “... azğınlığa və küfrə sürükləməsindən narahat olub qorxduq”. Bax, azğınlıq içində, inkar içində və küfrə sürükləyən biri. Azğınlıq, inkar və küfrə sürükləmək dəccalın xüsusiyyətləridir. Və insanları narahatlığa və qorxuya sövq edir. Xısır (ə.s): “Narahat olub qorxduq” -deyir. Və bir də hz. Mehdi (ə.s)-dan bəhs edir. Mehdi xarakterli uşaqdan bəhs edir. Mehdi (ə.s)-ın xüsusiyyəti nədir? Birinci xüsusiyyəti ruh və bədən cəhətdən təmiz olmasıdır. İkinci xüsusiyyəti xeyirli olmasıdır. Üçüncü xüsusiyyəti mərhəmətli olmasıdır.
Ayədə bir divardan bəhs edilir. Bu simvollarla hər şey izah edilmişdir. Diqqətlicə baxan adam Quranda mehdiyyətin bütün sirlərini görər. Bir divar var. Quranda: “Divarın altında müqəddəs əmanət var” deyilir. Hz. Süleyman (ə.s)-ın sandığı da o divarın altındadır. Bir yerdəki divardan bəhs edilir.
Kəhf surəsində iki yetim uşaqdan bəhs edilir. Biri hz. Mehdi (ə.s), biri İsa Məsih (ə.s). İkisi də yetimdirlər. Çünki İsa Məsih (ə.s)-ın onsuz da atası yoxdur. Hədislərdə hz. Mehdi (ə.s)-ın də atasını gənc yaşda itirəcəyi ifadə edilir.
Baxın, “altında” deyir. “divarın altında onlara aid bir xəzinə var” İsa Məsih (ə.s) və hz. Mehdi (ə.s)-a aid bir xəzinə var. “Ataları saleh biri idi”. Ataları kimdir? Peyğəmbərimiz (s.ə.v)-dır. Müqəddəs sandığı və müqəddəs əmanətləri nə vaxt tapırlar? Yetkinlik çağına çatdıqlarında. Yəni Allahın onları irəlidə yaşadacağı gözəl əxlaq içərisində inkişaf etdirəcəyi bir zaman var. O zamanda “Öz xəzinələrini çıxarsınlar” -deyir. Demək ki, o xəzinələri şəxsən özləri tapacaqlar. Yəni bu xəzinə onların görmədiyi bir yerdə deyil. Onların iştirak edəcəyi bir araşdırma ilə, şəxsən olacaqları bir yerdə tapılacaq. Xəzinənin mövcudluğuna şahid olacaqlar.
“Beləcə ikisi yola düşdü” Hz. Mehdi (ə.s) və İsa Məsih (ə.s). Olduqları yerdə gəmi var. Onsuz da boğazdadırlar, orada gəmilər var. Və israrla ifadə edilən; Hz. Mehdi (ə.s)-ın etdiklərinə insanların səbr edə bilməyəcəyinə işarə var. Səbr edə bilməyəcəklər. Heyrətlənəcəklər. Etiraz edəcəklər. Quran bunu çox güclü şəkildə vurğulayır. “Sənə demədimmi ki, mənimlə birlikdə olanda (edəcəyim əməllərə) əsla səbr edə bilməzsən?” (Kəhf surəsi, 75)
Kəhf surəsinin mühüm və çaşdırıcı bir xüsusiyyəti də bilirsiniz ki, 110 ayədən ibarətdir. 18-ci surə. 110 x 18 = 1980 tarixini verir. Hz. Mehdi (ə.s)-ın çıxış tarixini verir.
81-də də, Kəhf surəsi 81-ci ayədə də təmiz, xeyirli, mərhəmətli bir uşağın gəlişindən bəhs edir.
(Kəhf surəsi, 84)
“Həqiqətən, Biz ona yer üzündə” Dünyada “möhkəm bir hökmranlıq verdik”. Yəni dünyada iqtidarlar var amma möhkəm deyil. Dünyadakı iqtidarların heç biri möhkəm deyil. Sapsağlam olan iqtidar hz. Mehdi (ə.s) dövründə olacaq. “... və hər şeyin yolunu ona öyrətdik”. Hər şeydən. Hər cür imkanı verdik; hər cür texnoloji imkan, hər cür asanlıq verdik.
(Kəhf surəsi, 90)
“Nəhayət, günəşin doğduğu yerə çatdıqda onu elə bir qövm üzərində doğan gördü ki, onlar üçün günəşə qarşı heç bir örtük yaratmamışdıq”. 90-cı ayədə bir qövmün üzərinə bir günəş doğulmasından bəhs edilir. İnşaAllah, bəlkə də, A9 tv-ə də işarə edir. İnsanlara elm, mədəniyyət təqdim etdiyi üçün, gözəllik təqdim etdiyi üçün. Əlbəttə ki, bir çox mənası var. Mehdiyyətə xidmət edən bir kanal olduğu üçün oraya da bir işarə var.
(Kəhf surəsi, 93)
“Nəhayət, iki dağ arasına gəlib çatdıqda ...” Təxminən 2013- cü il tarixini verir. Məsələn Marmaray dəniz altında iki dənizə qarşı səddir. Suyun axmasına mane olan bəndə sədd deyilir. Gediş-gəliş yolu olaraq iki sədd tikilmiş vəziyyətdədir. Nə deyir? “İki səddin arasına gəlib çatdı” Yəni səddin giriş qapısına qədər çatdı. Ona da işarə var. Dənizdən qoruyan iki sədd var. İnsanların enib mindiyi yer də iki səddin arası olmuş olur. Çünki biri gediş, biri gəliş yeri olur. Əsas qapıya çatdı mənasını da verir. Ona da işarə edir.
(Kəhf surəsi, 94)
“Onlar dedilər: “Ey Zülqərneyn! Yəcuc–Məcuc tayfaları bu ərazidə fitnə-fasad törədirlər”. Yəni o dövrdə anarxiya vardı. Dünyanın hər tərəfində qan axıdırlar, terror haddisələri törədirlər. Dünyadakı bütün terror törədən, qan axıdan hər kəsə işarə edilmiş olur.
(Kəhf surəsi, 91)
“Bax belə! Onun yanında “özü əhatə edən məlumat olduğunu” (və ya yanında olub-bitən hər şeyi) Biz (elmimizlə) tamamilə əhatə etmişdik”. Hz. Mehdi (əs)-in yanında da özü əhatə edən məlumat olacaq. Bəzi müəllimlər kimi təfərrüata girib təfərrüatda boğulmayacaq. Hikməti izah edəcək. Qısa və köklü olaraq bir şeyi tam açıqlamış olacaq. Dini də eləcə. İslamı da hikmətlə, qısa və köklü olaraq izah edəcək. Bu səbəbdən təfərrüatda ümmətin boğulması vəziyyətini ortadan qaldıracaq. Çünki şeytan ümmətin böyük hissəsini təfərrüatda boğdu. Və ümmətə qarşı, islama qarşı bir oyun oynadı. Bu ortadan qalxacaq inşaAllah.