CƏNNƏTDƏ VAXT BİTMƏZ
CƏNNƏTDƏ VAXT BİTMƏZ, ƏLHƏMDÜLİLLAH. YÜZ TRİLYON İL KEÇƏR, ON KATRİLYON İL KEÇİR, MİN KATRİLYON İL KEÇƏR, DAHA DÜNƏN KİMİ, SANKİ CƏNNƏTƏ YENİ GƏLMİŞİK KİMİDİR. MİN KATRİLYON VUR MİN KATRİLYON İL KEÇƏR, DAHA DÜNƏN KİMİ XATIRLAYAR. CƏNNƏTDƏ YADDAŞ DA ÇOX QÜVVƏTLİDİR. İLK GÜNÜ DÜNƏNKİ KİMİ XATIRLAYARSAN. HEÇ UNUTMAZSAN.
HƏDİS: “HZ. MEHDİ (Ə.S.)-A ARALARINDA QADINLARIN DA OLACAĞI 314 ADAM BEYƏT EDƏCƏK”
MaşaAllah 314 nəfər. Üç, bir, dörd. Pi sayı 3.14-lə başlayır; üç, bir, dörd. Mehdi (ə.s)-ın tələbələri də elə, sayı 314 nəfərdir. Pi sayının 3.14-lə başlaması çox mənalıdır.
HÖRMƏTLİ ADNAN OKTARIN AYƏ İZAHLARI
Ənkəbut surəsi, 14-cü ayə
“Biz Nuhu öz qövmünə (peyğəmbər) göndərdik. O, min ildən əlli il az bir müddət ərzində onların arasında qaldı. Tufan onları zülm etdikləri zaman yaxaladı”.
Yəni küfrün sonu gəlir. Yəni 950 il. Bilirsiniz ki türklər hz. Nuh (ə.s)-ın soyundandır. Hz. Nuh (ə.s)-ın oğulları vardı, oğlu Yafəs vardı. Türklərin o soydan gəldiyi deyilir. Onsuz da hər kəs Nuh qövmündəndir, soyundandır. Hal-hazırda dünyadakı hər kəs Nuh soyundandır.
Biz türklər 1071-ci ildə Anadoluya gəldik. Anadoluya yerləşdik, Allah buranı bizə yurd etdi. 1071-ə 950 əlavə edin. 2021. Küfr Allahın izniylə 2021-ci ildə bitər. Nə darvinizm, nə materializm saxta elm mənasında heç bir şey qalmaz. 950 ilin hikməti də budur. Hz. Nuh (ə.s)-ın övladları olan bizlər Anadoluya girişimizdən 950 il sonra İslam Birliyi dünyaya yayacağıq. Bir zəfərin tarixi 2021-ci ildir.
Quranda bu tarixlər boş yerə verilməz. Mütləq bir şey izah edər. Bu ayə eyni zamanda 1950-ci illərdə də bir şeylər olacağına işarə edir. Çünki, 1000 var, 1000-dən 50 əskik deyilir. O zaman 1950 edir. Demək ki, 1950-ci illərdə də bir şey var. Ayə orada xüsusi şifrələr verir.
Muhəmməd surəsi, 24-cü ayə
“Məgər onlar Quran haqqında düşünmürlərmi? Yoxsa qəlbləri qıfıllıdır?”
“Məgər onlar Quran haqqında düşünmürlərmi?” Çünki Quranı yaxşıca düşündüyümüzdə hikmətlər, sirlər çıxır. “Yoxsa qəlbləri qıfıllıdır?” Məhz qəlbləri qıfıllı olanlar Quranı düşünməz.
Muhəmməd surəsi, 25-ci ayə
“Hidayət yolunu tanıdıqdan sonra (haqdan dönüb) geriyə üz tutanlara şeytan (günah işləri) gözəl göstərdi və onlara uzun əməllərə qapdırmışdır”
Hidayət açıqca müəyyən olmuş, darvinizm, materializm yıxılmış, Quran möcüzələri ortaya çıxmış olmasına baxmayaraq, geriyə küfrə dönənləri şeytan azdırmış və uzun əməllərə qapdırmışdır. Boş işlər, uzun əməllər, onlara qapdırmışdır.