Hörmətli Adnan Oktarın yeni izahları (28 May 2015; 20:00)
ucgen

Hörmətli Adnan Oktarın yeni izahları (28 May 2015; 20:00)

1218

ALLAH ÇOX ƏHATƏLİ BİR İMTAHAN EDİR

Elə sıradan bir imtahan olmur. Ciddi bir imtihan var, ciddi bir təhsil var. Sırf imtahan deyil, adı imtahandır, əslində təhsildir.

(Fəcr surəsi, 27-30) “Ey arxayın olan kəs! Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön! Mənim qullarımın cərgəsinə keç! Cənnətimə daxil ol!”

Məsələn, bir şey olur, səbir edirik. Amma, səbri mərhələ-mərhələ daha da gücləndiririk, daha da inkişaf etdiririk. Bu nədir? Təhsildir. Harayadır bu təhsil? Cənnətə görədir bu təhsil. Allah bir ovuc mömini seçir, burada təhsilləndirir. Birbaşa gedəndə hz. Adəm (ə.s)-ın mövqeyi olur. Olmur yəni. Təhsil olanda baş yerinə gəlir. Şəxsiyyət yerinə gəlir, nemətin qiyməti bilinir.

...“Məgər orada sizə düşünəcək kimsənin düşünə biləcəyi qədər uzun ömür vermədikmi?...  (Fatir surəsi, 37) deyə bildirir Allah.

Həqiqətən yaxşı verilən zamandır. Tövbə üçün də yaxşıdır, təhsil üçün də yaxşıdır. Amma, 30 yaşa qədər çox bir şey yoxdur insanda, mənim gördüyüm. O sadəcə kamilliyə hazırlıq olur. 40 yaşından sonra kamillik başlayır. Daha dərin düşünmə başlayır. Əslində, insan gözündə büyüdür, gözəl əxlaq, səbir, gözəl şeylər. Gözdə büyüdürsə əgər, insan səbirdə çox çətinlik çəkir. O zaman dözməsi lazımdır. Dözmək ayrıdır, səbir ayrıdır. Səbir zövqlə edilən ibadətdir. Rahatlıqla edilən ibadətdir. Gözəl bir imtahanla imtahan edir Allah. Əslində gözəl bir təhsildir eyni zamanda. Sonunda kamillik olur. Nəzakət olur, cənnət əxlaqına uyğun bir şəxsiyyət olur.

 

ÖLÜM MÜSƏLMAN ÜÇÜN ASANDIR

Mənim başa düşdüyüm ölüm, müsəlman üçün elə də yorucu bir şey deyil. Birdən-birə yuxudan oyanma şəklində olur. “Asanca” deyir ya Allah, tamamilə asanlıq mənasında söyləyər Allah, yarısı asan deyə söyləməz. Məsələn, birisi bir az dərd çəkirsə, bir az çətinlik çəkirsə onun adı asanlıq olmaz. Sıfır çətinliyə asanlıq deyilir, Quranın üslubuna görə. Sıfır çətinlik. Sıfır çətinlik necə olur? Sən durduğun yerdə, birdən pərdə açılar, irəliləyərsən. Səni qucaqlayar, götürərlər. Buna deyərlər, asanlıq deyə, amma oyanma şəklində. Nə qaşıntın qalar, nə baş ağrın qalar, nə aclığın, nə yuxusuzluğun, nə yorğunluğun, hər şey müsbət olar bir anda. Vücudun üzərindəki mənfi gücün hamısı gedir. Birdən pozitiv olursan. Amma təbii ki, Allah bunu öncədən göstərmiş olsa, bütün dünyaya çəkilən əziyyət gedər o zaman. İmtahan bir insana ləğv olunsa, onsuz da Allahın ədalətinə görə bütün ədalət yanmış olar. Elə bir şeyə icazə verməz Allah. Yoxsa, insan çox istəyər ölümün necə olduğunu, məsələn, cənnətdən bir yer görmək istəyər, cəhənnəmi... Peyğəmbər (s.ə.v)-ə Allah göstərib cəhənnəmi, amma bu da çox çətindir Peyğəmbər (s.ə.v) üçün. Çox qorxar, çox əzab çəkər. Peyğəmbər (s.ə.v)-də də maşaAllah ürək varmış, kim səbir edə bilər yeddi qat aləmə gedirsən, Meraca qaldırılırsan. İnsan nə olur, mən düşünə bilmirəm. Heç üzüntü vermir.

 

İNKARÇILARIN QƏLBİ QURANA QARŞI PƏRDƏLƏNMİŞDİR

Sən Quran oxuduğun zaman səninlə Axirətə inanmayanların arasına gözəgörünməz pərdə çəkdik.” (İsra surəsi, 45) deyir Allah.

İnsana istədiyin qədər oxu, istədiyin qədər izah et, onun beyni sadəcə Qurana qarşı kilidlənir. Məsələn, bir fəlsəfə kitabı oxusam, başa düşər. Roman oxusam başa düşər, amma möcüzə olaraq, sadəcə Qurana məxsus olaraq, deyir Allah, pərdə qıldıq, başa düşə bilməz deyir. Məsələn, Kafkadan oxusam başa düşər. Həm də çox yaxşı, tez başa düşər. Amma Quranı bu dəqiqə oxusam başa düşməz, pərdəyə görə. Bu, Quranın bir möcüzəsidir. Həddindən çox küfrü zəkası olur, amma Quranı anlaya bilmir.

“Münafiqlər Peyğəmbər (s.ə.v)-in yanından ayrılanda, “o, biraz əvvəl nə söylədi?” deyirlər.” O çox mənalıdır.

(İsra surəsi, 46) “Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik,” Bax, dərk etməyə də imkan olmur. Qavraya bilmir. Düşünür, qavraya bilmir. Möcüzədir bu. Bir daha anlaya bilmir. Tibb kitabını da, başa salsan mükəmməl başa düşər, amma Quranı dərk edə bilmir.

“...qulaqlarına da tıxac vurduq. Sən Quranda Rəbbinin Tək Allah olduğunu yada saldığın zaman onlar bu dəvətə nifrət edərək arxalarını çevirib gedərlər. “Aman aman” deyir adamın biri. “Mənə izah etmə, qulaq asmaq istəmirəm” deyir. Amma, boş bir söhbət açaq. Əlini yanağına qoyub böyük bir diqqətlə izləyər. Sadəcə Qurana dözə bilmir. Məsələn, heç bir əsərdən, heç bir kitabdan qaçmaz. Hələ ki, boş bir söhbətsə. Məsələn, 1900-cü illərdəki futbol tarixini izah edəcəyik desən, sabaha qədər dinləyər həyəcanla.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr