Ölümü bir gözəl dadma vardır, bir də ağrılı dadma vardır
“Hər nəfs ölümü dadacaq” -deyir Allah. Bir “gözəl dadma” var, bir də “ağrılı dadma” var. Allah gözəl dadanlardan olmağı nəsib etsin. Bir “Bal kimi dadma” var, xoş qoxular içərisində gözəlliklə belə iltifatlarla, məmnuniyyətlərlə, cəsarətləndirilərək, Allah xatırlanaraq təkbirlərlə gözəl can alınması var. Bir də şillə yumruq yeyərək, qaranlıq içində süründürülərək, rəzil-rüsvay olaraq can alınması var. Allah gözəl canı alınan möminlərdən etsin bizləri. Can gözəl alındısa onsuz da Cənnət dəqiqdir, inşaAllah.
Hörmətli Adnan Oktarın Furqan surəsindən ayə izahları
Furqan surəsi, 33-cü ayə
Onların sənə gətirdikləri heç bir nümunə yoxdur ki, biz (ona qarşı) sənə haqqı və ən gözəl şərh tərzini gətirmiş olmayaq.
Onların sənə gətirdikləri heç bir nümunə yoxdur ki, Nə etsələr etsinlər Biz (ona qarşı) sənə haqqı və ən gözəl şərh tərzini gətirmiş olmayaq. Mükəmməl açıqladıram, deyir Allah.
Furqan surəsi, 41-ci ayə
Onlar səni gördükdə ancaq sənə lağ edir və deyirlər: “Budurmu Allahın elçi göndərdiyi kəs?”
Onlar səni gördükdə ancaq sənə lağ edir və deyirlər: “Allahın, elçi olaraq göndərdiyi Allahın Mehdi olaraq göndərdiyi budurmu?” deyir Allah ayədə. Bütün mehdilərə lağ edilmişdir, bütün peyğəmbərlərə lağ edilmişdir -guya-. Amma deyir ki, lağ etdikləri şey onları bürüyüb əhatə etdi deyir. Sonunda məğlub olurlar. O onların axmaqlığından. Yəni axmaqlıq əlamətidir Peyğəmbərə lağ etmək, Mehdilərə lağ etmək axmaqlıq əlamətidir. 101 əlamətindən biri də odur. Peyğəmbərlərə lağ edər axmaqlar. Xeyli əlaməti vardır axmağın.