Son vaxtlarda Türk İslam Birliyinə zəmin meydana gətirəcək dostluq və qardaşlığı gücləndirən əhəmiyyətli hadisələr yaşanır. Yaxın keçmişə qədər İslam dünyası içindəki məzhəb fərqlilikləri bəzi şəxslər tərəfindən bir növ ayrılıq olaraq görülmüş, hətta bu vəziyyət mübahisə və qarşıdurma vasitəsi olaraq istifadə edilmişdir. Halbuki, müsəlmanların müxtəlif fikirlərə sahib olması heç bir şəkildə bir ayrılıq mövzusu deyil, tam əksinə, müsəlmanların zənginliyidir. Qurana və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə əməl edən hər müsəlman, düşüncəsi, məzhəbi, fikiri nə olursa olsun bütün müsəlmanların qardaşı olduğu şüuru ilə hərəkət edər, birləşdirici olar. Hörmətli Adnan Oktar da əsərlərində bu mövzunun üzərində əhəmiyyətlə dayanmış, müsəlmanların fərqli məzhəb və düşüncələrə sahib olmalarının əsla ayrılıq mövzusu olmadığını ifadə etmişdir.
Hörmətli Adnan Oktar müxtəlif televiziya kanallarına və qəzetlərə verdiyi müsahibələrdə də, “Şiə, sünni, cəfəri, ələvi bütün müsəlmanların qardaş olduqlarını”, “Allahın Quranda bildirdiyi şəkildə qurğuşun ilə qaynadılmış binalar kimi saf bağlamalı olduğunu”, “hər müsəlmanın bir başqasını coşğu ilə sevməsi, düşüncələrinə hörmət etməsi, dəyər verməsi, mərhəmət və xoşgörüşlə yaxınlaşmalı olduğunu” söyləmiş və müsəlmanların hər cür ayrılığı ortadan qaldırmalarını təşviq etmişdir. Hörmətli Adnan Oktarın bu yöndəki şərhlərinin dərhal ardından, İslam dünyasında müsbət dəyişikliklər yaşanmağa başlanmış, fərqli çevrələrdən və ölkələrdən “Məzhəb qarşıdurmasının sona çatmalı olduğu, bütün müsəlmanların qardaş olduğu” yönündə mətbuatda əhəmiyyətli açıqlamalar yer almışdır.
HÖRMƏTLİ ADNAN OKTARIN İSLAM DÜNYASININ BİRLİK OLMASI İLƏ ƏLAQƏDAR BƏZİ AÇIQLAMALARI
Adnan Oktar: Məzhəb ayrı-seçkilikləri, hənəfi, sünni, şafi heç bir ayrı-seçkilik etmədən MÜSƏLMANLAR BİR-BİRLƏRİNİ ÇOX SEVSİNLƏR, QARDAŞ OLSUNLAR. Hamımız Eyni Allaha inanırıq, eyni peyğəmbərə inanırıq, eyni qibləyə dönürük, eyni peyğəmbərləri sevirik, eyni mələkləri sevirik, hər şeyimiz eynidir, bu cür xırdalıqlarla bölünməyə cəhd etmək, hətta düşmən olmaq, şeytanın oyununa gəlmək olar. Əsla belə bir şey olmasın. Hamımız səmimi qəlbdən inşaAllah müsəlmanlarıq. Qəlbdən qardaşlarıq. (“SUUD 1” TV, 23 aprel 2008)
“Milli Gazete”, 26 iyun 2008
Türkmeneli TV: Hocam, bilirsiniz, İraqda işğaldan sonra şiə-sünni məsələsi, məzhəb qarşıdurması yarandı, bu səbəbdən də son həftələrdə Sadra bağlı silahlı polislər hökumətlə qarşıdurma yaşadılar. Sizcə şiə-sünni məsələsini MOSSAD və İsrail və ya Amerika agentləri ortaya atdı, yoxsa cəmiyyətin içindən hərəkət edən bir faktormu?
Adnan Oktar: Bunu da ateist sionistlər edirlər, masonlar edirlər. Məsələn, şiələr, Allahın aslanlarıdır, yəni çox igid, gerçək müsəlmanlardır, xalis müsəlmanlardır, sünni müsəlmanlar onsuz da dinə bağlı, xalis müsəlmanlardır. BU BÖLÜNMƏ ÇOX AĞILSIZ HƏRƏKƏTDİR, BİR-BİRİNƏ DÜŞMƏN OLMAQ ÇOX AĞILSIZ HƏRƏKƏTDİR VƏ DOĞRUDAN DA OYUNDUR. Ağlı başında olan heç bir sünni, heç bir şiə, heç bir ələvi belə bombalama hadisələrinə girməz, müsəlmanları qətl etməz, məscidlərə bomba atmaz, belə şey olmaz. (“Türkmeneli” TV, 22 aprel 2008)
“Vakit” qəzeti: Amma Belə bir ayrılıq görmürsünüz, yəni görürsünüzmü elə bir şey?
Adnan Oktar: Müsəlmanlar içərisində? Yəni az da olsa, zəif də olsa var, o da qalxmalıdır. Yəni biz dünyada sünni-şiə ayrı-seçkiliyi görürük, hərçənd təməldə elə bir mövzu yoxdur, amma zəmində elə bir mövzu varmış kimi olur, amma zamanla bunun üstünə çox gedilməsi, bununla əlaqədar yazılar yazılması, danışılması, məsələn, şiə, cəfəri qardaşlarimizla oturub söhbət edilməsi, biz qardaşıq birlikdəyik, bərabərik mesajının verilməsi, çox əhəmiyyətlidir.
“Vakit” qəzeti: Ən azından fitnənin baş alıb getdiyi bu zamanda...
Adnan Oktar: Əlbəttə, əlbəttə... Məsələn, ziyafət təşkil edib əhli sünnənin qabaqcılları, cəfərilərin qabaqcılları, ələvilərin qabaqcılları, hamsı birlikdə əl-ələ tutub biz qardaşıq, bir-birimizi çox sevirik, çox hörmət edirik, aramızdan su belə keçmir mesajının verilməsi çox əhəmiyyətlidir. Çox gözəl təsir edər. ( “Vakit” qəzeti, 25 may 2008)
Adnan Oktar: Mən Əhli Sünnə məzhəbinə mənsubam, hənəfiyəm. Lakin Şiə qardaşlarımı, çox təqvalı, çox mükəmməl hesab edirəm. Çox yaxşı insanlar kimi qəbul edirəm. Xalis müsəlmanlar kimi qəbul edirəm. Eynilə vəhabi olan qardaşlarımı da son dərəcə təqvalı, son dərəcə dindar, dini çox gözəl yaşayan insanlar olaraq qəbul edirəm. Yəni sanki biz bir məktəbin tələbələri kimiyik. Amma eyni məktəbin tələbəsiyik. Yəni eyni məqsədə xidmət edirik, çünki Allahimiz bir, kitabimiz bir, qibləmiz birdir. Eyni peyğəmbərə inaniriq. Hər şeyimiz eynidir. Yalnız təqvada yarış var. Təqvada yarışırıq. ONUN ÜÇÜN, MƏZHƏB AYRI-SEÇKİLİYİ SƏBƏBİ İLƏ MÜSƏLMANLARA QARŞI MƏSAFƏLİ OLMAQ TAM BİR FİTNƏDİR.
Səmimi müsəlmanın əsla etməyəcəyi bir şeydir. Yəni mən şiə qardaşlarıma baxıram, həddindən artıq təqvalıdırlar, Vəhabi qardaşlarıma baxıram çox təqvalıdırlar, məzhəb ayrı-seçkiliyi nə deməkdir? Onları qəribsəmək nə deməkdir? Bu, çox qəribə bir şeydir. Müsəlmanlar ancaq təqvada yarışa bilərlər. Allah Quranda ifadə edir, təqvada yarış vardır. TƏQVADA YARIŞARIQ, AMMA HAMISI QƏLBƏN SEVDIYIMIZ, MÜKƏMMƏL MÜSƏLMAN OLAN QARDAŞLARIMIZDIR. (“Al-Baghdadi” TV, 29 iyun 2008)
TIMETÜRK: Yaxşı, sizcə bugünkü müsəlmanların, ümumiyyətlə, müsəlmanların ən böyük problemi nədir?
ADNAN OKTAR: Bölünmə, yəni bölünmə çox təhlükəlidir, müsəlmanlar bir-birlərini sevməlidirlər, necə sevilməz, mən məsələn, şiələrə baxıram çox təqvalı dindar insanlardır, yəni bu insanlara necə qarşı çıxılar? Ələvilərə baxıram, çox dindardırlar və onlar insan sevgisi ilə dolu insandırlar. Bu insanlara necə qarşı çıxılır, mən anlamıram, vəhabilər desən yenə dinə çox həssas insanlardır. ALLAHIMIZ BİR, KİTABIMIZ BİR, QİBLƏMİZ BİR, HƏR ŞEYİMİZ BİR, EYNİ PEYĞƏMBƏRLƏRƏ İNANIRIQ, EYNİ MƏLƏKLƏRİ SEVİRİK. YƏNİ TAMAMİLƏ, SÜNİ BİR AYRILIQ VAR. HALBUKİ, İNASNIN MƏZHƏBİ AYRI OLAR, AİLƏLƏRİMİZ DƏ AYRIDIR, AMMA BİR-BİRİMİZİ SEVİRİK. BİZ DOSTUQ, QARDAŞIQ, BU ORTADAN QALXMALIDIR.
Səid Nursi buna çox diqqət çəkmişdir, ixtilaf deyir, ixtilaf bir də zərurətlər, insanların maddi ehtiyaclardan qaynaqlanan bel bükmələri, boyun bükmələri. Halbuki, müsəlman aclıqdan ölməz, heç bir şey də olmaz. Allaha təvəkkül edib, Allahın yolunda Allahın razılığı üçün cəhd göstərməlidir. AMMA ƏN ƏHƏMİYYƏTLİ MÖVZU SEVGİDİR, MÜSƏLMANLARIN BİR-BİRİNİ SEVMƏSİDİR, hətta Allahın yaratdığı hər şeyə qarşı şəfqət duymaqdır. Yəni dinsiz də olsa ona şəfqət duyub onu qurtarmağa, qorumağa çalışmalıdır. (“TIMETÜRK”, 24 iyul 2008)
Al-Baghdadi TV: İslam aləmində bir çox fərqli təşkilatlar var. Məzhəblər var, siz bu şəxslərə nə tövsiyə edərsiniz?
Adnan Oktar: Mənim düşüncəmi bilirsiniz, əhli sünnə inancındayam. Lakin müsəlmanlar hədəf olaraq, Quranın ifadə etdiyi, Quranda Allahın bizlərə açıqladığı tək hədəfə yönəlməlidirlər; Allahın razılığı… ƏVVƏLA MƏZHƏB AYRILIQLARINI ORTADAN QALDIRMAQ LAZIMDIR, bu çox böyük vicdansızlıqdır, vəhabilik, şiəlik, sünnilik hamısı qardaş məzhəblərdir. İç-içəyik. Qardaşıq. ƏSLA, ƏSLA MƏZHƏB AYRILIĞI VAR DEYƏ MÜSƏLMANLAR BİR-BİRLƏRİNƏ DÜŞMƏNÇİLİK ETMƏSİNLƏR. Hamısı təqvalı məzhəblərdir. Hamısı dinə həssas olan məzhəblərdir. Heç bir ayrı-seçkiliyimiz yoxdur. Hamımız eyni Allaha inanırıq. Eyni peyğəmbərə inanırıq. Eyni qibləyə dönürük. Eyni peyğəmbərləri sevirik. Hər şeyimiz təxminən eynidir. Təfərrüatdakı bu ayrılıqlara görə müxalifət ruhu çox çirkin olar. Şeytanın oyununa aldanmaq olar. Qardaşlarımız buna çox diqqət yetirməlidirlər.
Bir də bir-birlərini çox sevməlidirlər, bütün müsəlmanlar bir-birini sevməlidirlər. Məsələn, bir sünni müsəlmanla bir şiə qarşılaşdığı zaman dərhal qucaqlaşıb salam-sağ ol etməli, hal-əhval soruşmalıdırlar, məsələn, vəhabi qardaşlarımızla qarşılaşdıqda onların evinə gedib onlarla qucaqlaşmalı, yeməklərini yeməli, hətta bəzən eşidirəm namaz qılarkən arxasında namaz qılmırlar, bu çox anormal şeydir. Arxalarında rahatlıqla namaz qılmalıdırlar. Şiə də olar. Vəhabi də olar, sünni də, heç fərqi yoxdur, hamımız qardaşıq. Bu düşmənə şərait yaratmaq olar. KÜFRƏ ŞƏRAİT YARATMAQ OLAR. BU, MÜSƏLMANA YARAŞMAZ. (“Al-Baghdadi” TV, 5 avqust 2008)
“Radikal”, 25 sentyabr 2008
HÖRMƏTLİ ADNAN OKTARIN “İSLAM BİRLİYİNƏ ÇAĞIRIŞ” ADLI KİTABINDAN MÖVZU İLƏ ƏLAQƏDAR HİSSƏ
Fərqliliklərə xoşgörüş göstərərək birləşmək
Müsəlmanların birlik olmaları, yalnız mövcud vəziyyətin sona çatması üçün lazım olan siyasi ehtiyac deyil. Bundan daha da əhəmiyyətlisi, birlik, onsuz da müsəlman olmağın gərəklərindən biridir. Müsəlmanlar həyatlarının hər anında olduğu kimi, milli və beynəlxalq siyasətlərində də Quran əxlaqına görə davranmalıdırlar. Quran əxlaqı isə əsas İslam dünyasının ittifaq etməsini tələb edir. Quran əxlaqının əsas alınması, bu ittifaqın uzunmüddətli olmasını və ondan gözlənilən aktiv rolu boynuna götürməsini təmin edəcək.
İslam əxlaqı müsəlmanların daim birləşdirici davranmalarını, həmrəylik və birlik içində din qardaşları olmalarını tələb edir. Allah Quranda möminlərə “çəkişib bir-birlərinə düşməmələrini” (Ənfal surəsi, 46) əmr etməkdə və bunun müsəlmanları zəiflədəcək bir vəziyyət olduğunu bildirməkdədir. Bir başqa ayədə də bu şəkildə əmr edilir:
Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir. (Ali İmran surəsi, 105)
Vicdanı və ağlı ilə hərəkət edən, öz mənfəətlərini deyil, ədaləti güdən bir möminin digər iman edənlərlə ittifaq edə bilməməsi, həmişə anlaşılmazlıq içində olması mümkün deyil. Bu, fərdlər təməlində etibarlı olduğu kimi cəmiyyətlər və millətlər təməlində də etibarlıdır. Necə ki, Allah Quranda bu gerçəyə də diqqət çəkmiş, müsəlman cəmiyyətlərin bir-birlərinə qarşı ədalətsizlik etmələrini və düşməncə davranmalarını qadağan etmişdir. Quranda belə davrananların qarşısının alınmalı olduğu və fərqli müsəlman cəmiyyətlərin “aralarının düzəldilməli” olduğu bildirilir.
Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları barışdırın. Əgər onlardan biri digərinə qarşı təcavüz etsə, təcavüzkar dəstə ilə, o, Allahın əmrini yerinə yetirməyə qayıdanadək, vuruşun. Əgər o qayıtsa, hər iki dəstəni ədalətlə barışdırın və insaflı olun. Sözsüz ki, Allah insaflıları sevir. (Hucurat surəsi, 9)
Əlbəttə, hər müsəlman cəmiyyət arasında, regional, mədəni və ənənəvi bəzi anlayış və davranış fərqlilikləri ola bilər. Fərqli şərhlər, fərqli baxışlar, fərqli məzhəblər olacaq. Bu son dərəcə təbiidir. Olmamalı olan, bu fərqliliklər səbəbi ilə bir müsəlman cəmiyyətin və ya qrupun digərinə qarşı olması, onunla dialoqu kəsməsi, ortaq dəyərlərdə razılıq əldə edə bilməyəcək qədər digərini yad və hətta rəqib olaraq görməsidir. Bu, qəbul ediləcək vəziyyət deyil.
Allah, Quranda müsəlmanları bu səhvə yol verməmələri üçün xəbərdar etmiş və kitab əhlinin bu mövzudakı səhvlərini də ibrət olaraq göstərmişdir. Quranda kitab əhlinin (xristianlar və yəhudilərin) səhvləri bildirilərkən, bu cəmiyyətlərin öz aralarında parçalanıb, ayrılmaları da ifadə edilməkdədir. Beyyinə surəsinin 4-cü ayəsində kitab əhlinin özlərinə açıq-aşkar dəlillər gəlmiş olmasına baxmayaraq, təriqətlərə ayrıldıqları xəbər verilir. Digər ayələrdə isə bu ayrılığın səbəbləri arasında, “aralarındakı təcavüz və haqsızlıq”, “aralarındakı qısqanclıq”, “haqqa qarşı olma” kimi pis əxlaq xüsusiyyətləri bildirilməkdədir. Bu ayələrdən bəziləri belədir:
Onlara məhz elm gəldikdən sonra, öz aralarındakı paxıllıq ucbatından, ixtilafa düşdülər. (Şura surəsi, 14)
Həqiqətən, Allah yanında qəbul olunan din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, bilsin ki, Allah tez haqq-hesab çəkəndir. (Ali İmran surəsi, 19)
Bu ayrılığa düşmə səbəbi ilə kitab əhlinin tarixinin böyük qarşıdurmalarla dolu olduğu bilinən bir gerçəkdir. Xristianlığın ilk 1600 illik tarixi, bir-birləri ilə zidd düşən fərqli xristian məzhəblərinin tarixi sayıla bilər. Kiçik şərh fərqlilikləri belə xristianların bir-birlərini inkarçılıqla günahlandırmağa səbəb olmuşdur. Bu çəkişmə içində Roma katolik kilsəsi zamanla güc əldə etmiş, ancaq sonrakı əsrlərdə də bu dəfə bu kilsə “azğın” (heretik) saydığı fərqli dini məzhəblərə (bunlar arasında Docetism, Montanism, Adoptionism, Sabellianism, Arianism, Pelaqianism və Qnosticism sayıla bilər) qarşı böyük bir təzyiq tətbiq etmişdir.
Papalığın 11-ci əsrdən etibarən Katharlar və Boqomillər kimi fərqli dini axınlara tətbiq etdiyi təzyiqlər, ardından da protestantlar ilə katoliklər arasında baş verən və bir əsrdən çox davam edən qanlı müharibələr, Avropa tarixinin ən qaranlıq çağları olmuşdur. Maraqlıdır ki, Avropa mədəniyyətinin yüksəlişi, ancaq bu məzhəb savaşlarının bitməsindən sonra başlamışdır. Siyasi tarixçilərin qəbul etdiyi kimi, müasir Avropa, fərqli xristian məzhəblərinin bir-birlərinə dözümlülük göstərməsi lazım olduğu fikirinin hakim olduğu məşhur Vestfaliya sülhündən (1648) sonra doğulmuşdur.
İnsanların dində parçalanmalarının təməlində, Allahın əmr etdiyi əxlaqı gərəyi kimi yaşamadıqları durur. Bu əxlaq təvazökarlığı əsas götürür. Təvazökarlıqdan uzaqlaşanlar, özlərini və öz fikirlərini mütləq doğru olaraq görər, özlərindən fərqli düşünənləri aşağı hesab edər və onlara düşmənlik bəsləyərlər. Öz fikirlərinin mütləq doğru olduğundan heç şübhə etmədikləri üçün, özlərini heç bir zaman sorğulamaz və dolayısilə daha yaxşıya, daha doğruya gedə bilməzlər. Yalnız öz şərhini bəyənib bununla öyünənlərin vəziyyətinə Quranda, “... Lakin ümmətlər öz dinini aralarında parçalayıb firqələrə bölündülər. Hər firqə özündə olana sevinir. (Muminun surəsi, 53) ayəsində diqqət çəkilmişdir.
Bu, Allahdan qorxub çəkinənlərin və axirət günündə hesab verəcəyinə iman edənlərin şiddətlə çəkinməli olduğu bir vəziyyətdir. Bu mövzunun əhəmiyyətini anlayanlar, digər möminləri də parçalanmaqdan, dağılmaqdan, ayrılmaqdan çəkindirməli, müsəlmanların Quran əxlaqında ittifaq etmələrini təmin etmək üçün cəhd göstərməlidirlər.
Nümunəvi müsəlmanlar insanlara Rəbbimizin təcəlliləri olduğunun şüuru ilə- sevgi, mərhəmət və şəfqətlə yanaşarlar. Özləri ilə eyni inancı paylaşan, Qurana iman edən, Allahın əmrlərini yerinə yetirən və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsinə uyanları isə qardaşları olaraq görər və bir-birlərinin vəliləri olduqlarını unutmazlar. Edilməli olan, fərqli müsəlman cəmiyyətlər arasında ola biləcək mədəni və ənənəvi fərqliliklər və bəzi düşüncə ayrılıqları səbəbi ilə bölünməkdən çəkinmək, bunları ön plana çıxarıb ixtilafa zəmin yaratmaq yerinə, Quran əxlaqını yaşamaqda ittifaqı dəstəkləməkdir.
Müsəlmanlar ittifaqda bir-birlərini dəstəkləməli, ixtilaflı mövzularda da xoşgörüşlü olmalı, anlayışlı davranmalıdırlar. Yuxarıda da vurğuladığımız kimi, xüsusilə bu mövzunun əhəmiyyətini dərk edən səmimi müsəlmanlar və İslam dünyasının qabaqcıl mütəfəkkir və ziyalıları bu mövzuda güclü cəhdlər etməli, müsəlmanlar arasında birlik və bərabərliyi təşviq etməlidirlər. Müsəlman dünyası içində sevgi, hörmət, mərhəmət, tolerantlıq üzərinə qurulmuş bir həmrəylik yaradılmalıdır.
Bir daha xatırlatmaq lazımdır ki, İslam əxlaqının əsasında ixtilaf və ayrılıqları deyil, inanc birliyini və ortaq dəyərləri təməl alan anlayış vardır. Hz. Məhəmməd (s.ə.v), “Sizə iki şey buraxıram onlardan möhkəm yapışdıqca əsla dəlalətə düşməyəcək və azmayacaqsınız: Quran və mənim sünnəm” sözləri ilə müsəlmanlara əməl etməli olduqları yolu göstərmişdir. Bizlərə düşən bu yola uymaqdır. Haqq dinə əməl etmək və ayrılığa düşməkdən çəkinmək, Rəbbimizin bütün inananlara əmridir. Allah, ayəsində bu şəkildə buyurmuşdur:
Allah Nuha tövsiyə etdiyini, sənə vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizin üçün də dində qanun etdi: “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın!” Sənin dəvət etdiyin tövhid müşriklərə ağır gəldi. Allah istədiyi kəsi Özü üçün seçər və Ona üz tutanı Özünə tərəf yönəldər. (Şura surəsi, 13)